Ağayev Samir



Yüklə 1,34 Mb.
səhifə45/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   41   42   43   44   45   46   47   48   ...   162
1.3 İslam İnkişaf Bankı
İslam Maliyyə Sistemi dedikdə bəlkə də ilk yada düşən təşkilat İslam İnkişaf Bankıdır. Həqiqətən, bu gün İslam Maliyyə Sistemini İslam İnkişaf Bankı olmadan öyrənmək gülməli olardı. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, dünya iqtisadiyyatı üçün nə qədər önəmli rol oynayırsa, İslam İnkişaf Bankının da müsəlman aləmində çəkisi və yeri ən azı bir o qədər önəmlidir. İslam İnkişaf Bankı 1973 – cü ildə Ciddə şəhərində keçirilmiş İslam ölkələrinin maliyyə nazirlərinin konfransı zamanı təsis edilib. Bankın əsas məqsədi İslam qaydalarına uyğun olaraq üzv ölkələrin və digər müsəlman cəmiyyətlərinin sosial – iqtisadi inkişafına şərait yaratmaq və yardım etməkdir. Bankın əsas funksiyaları investisiyalar və bağışlanan borclar vasitəsilə müxtəlif məhsuldar layihələrdə iştirak etməkdir. Hal – hazırda 56 ölkə bankın üzvüdür. Üzvlük üçün əsas şərt ölkənin İslam Konfransı Təşkilatının üzvü olmasıdır. Bankın mənzil qərərgahı Ciddə şəhərində yerləşir. Maliyyə ili isə İslam (hicri) təqvimidir. Rəsmi dili ərəb dilidir, amma ingilis və fransız dilləri əlavə olaraq istifadə edilir.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin