Təqdimat İslam Bankları İslam Maliyyə Sistemində ən əhəmiyyətli yerə malikdir. Təsadüfü deyil ki, bəzən İslam Maliyyəsi anlayışı ilə İslam Bankçılığı anlayışı eyniləşdirilir, bu, ən düzgün yanaşma olmasa da. Təkcə onu bildirmək kifayətdir ki, İslam Maliyyə aktivləri qlobal miqyasda təxminən 1.3 trln dollar təşkil edirsə, bunun 1.2 trln dolları birbaşa və dolayı yolla İslam Bankçılığının payına düşür. Göründüyü kimi rəqəmlər mövzunun əhəmiyyəti barədə ilkin təəssüratlar yaradır.
Bu paraqrafda əvvəlcə İslam Bankçılığının nə olduğuna və mexanizmin necə işlədiyinə aydınlıq gətiriləcək. Növbəti hissələrdə İslam Bankçılığında tətbiq olunan alətlər və onların praktiki aspektləri haqqında detallı məlumatlar veriləcək. Daha sonra İslam Bankçılığında depozitlərin ənənəvi bankçılıqdan fərqli xüsusiyyətləri haqqında bəhs ediləcək. Sonda isə İslam Bankçılığının qısa tarixi nəzərdən keçiriləcək.