Ağayev Samir


Murabahada Erkən Ödənişə görə güzəşt məsələləri



Yüklə 1,34 Mb.
səhifə52/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   48   49   50   51   52   53   54   55   ...   162
2.2.2 Murabahada Erkən Ödənişə görə güzəşt məsələləri
Murabaha üsulunda ən çox müzakirə olunan məsələlərdən biri də erkən ödənişlərə görə qiymətdə güzəştin edilməsi praktikasıdır. Erkən ödənişə görə güzəşt cumhur (əksər) rəyə əsasən İslamda qəbul edilməzdir, xüsusilə də bu güzəşt erkən ödənişi stimullaşdırmaq üçün əvvəlcədən razılaşdırılırsa. Lakin, islam alimlərinin çox az hissəsi bu üsulu caiz (icazəli) hesab edir. Onların əsas dəlili də Abdullah ibn Abbasın rəvayət etdiyi hədisdir. Hədisdə bildirilir ki, peyğəmbər (ona və ailəsinə Allahın salamı olsun) bir qrup insanlara borcun həcmini azaldaraq (güzəşt edərək) vaxtı çatmamış borcları erkən qəbul etmək tapşırığı vermişdi. Lakin, cumhur alimlər bu hədisi səhih olaraq qəbul etmirlər. Hətta hədis səhih olsa belə alimlər qeyd edirlər ki, bu hadisə ribanın haram edilməsindən əvvəl baş vermişdi. Bütün bu məqamları ümumiləşdirərək deyə bilərik ki, müştəri könüllü olaraq erkən ödəniş etməsi halında güzəşt tələb edə bilməz. Lakin bununla belə institut (İslam Bankı) əvvəlcədən razılaşdırılmamaq şərtilə (nə şifahi nə də müqavilə yolu ilə) könüllü olaraq borc həcminə müəyyən güzəşt edə bilər.

AAOIFI standartları da Murabaha zamanı daha erkən ödəniş üçün diskontu qadağan edir. Amma əgər bank tərəfindən hər hansı bir öhdəlik və əvvəlcədən razılaşdırılmış şərt yoxdursa, onda bank bu üsuldan istifadə edə bilər. İslam aləmində nüfuzlu təşkilat olan İslam Fiqh Akademiyası və Küveyt Maliyyə Evi1 də eyni mövqe nümayiş etdirib.



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin