2.3 Mudarabah İslam Banklarının istifadə etdiyi digər bir maliyyələşmə üsulu mudarabah adlanır. Mudarabah – mənfəətə və zərərə şərik prinsipi (Profit and Loss Sharing - PLS) ilə tətbiq olunan maliyyələşmə üsuludur. Bu zaman Bank proyekti tamamilə maliyyələşdirir, müştəri (Fiziki şəxs, hüquqi şəxs) isə biznesin idarəedilməsini həyata keçirir. Belə halda bank Rabbul-Mal (investor), müştəri firma isə Mudarib (Manager) kimi çıxış edir. Şəriklik payları əvvəlcədən müəyyən olunur. Uğursuzluq halında bank tamamilə kapitalını itirir, müştəri – mudarib isə yalnız vaxtını və tətbiq etdiyi əməyi itirir.