Ağayev Samir



Yüklə 1,34 Mb.
səhifə55/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   51   52   53   54   55   56   57   58   ...   162
2.5 İcara
İslam Banklarının tətbiq etdiyi digər bir üsul isə icara adlanır. İcara - ənənəvi bankçılıqda da Lizinq adı ilə müşahidə olunur. Lzinqin şərtləri Beynəlxalq Maliyyə Hesabatları standartları (IFRSs) və ayrı – ayrı dövlətlərin Milli Mühasibat Uçotu Standartlarında və qanunlarda göstərilib. Məsələn, Beynəlxalq Mühasibat Uçotunun 17 – ci standartında (IAS17 Lease) Maliyyə Lizinqinin tərifində göstərilir ki, İcarə müddətində bütün risk və mükafatlar lizinq alana ötürülür, ona görə də Lizinq alan avadanlıqda hər hansı bir problemə görə məsuliyyət daşıyır. İcaranın ənənəvi lizinqdən əsas fərqi də məhz budur. İcarada Lizinq verən (Lessor) avadanlıqda hər hansı bir qüsura və texniki xidmətə görə məsuliyyət daşıyır. Yəni, icara daha çox əməliyyat lizinqinə bənzəyir.

Digər bir fərq isə gecikdirilən ödəmələrə görə tətbiq olunan cərimələrdir. Ənənəvi lizinqdə bu cərimələr Gəlir Hesabatına yazılır, İcarada isə əgər cərimə tətbiq olunarsa bu cərimə məbləğləri xeyriyyə fondlarına ödənilir, çünki borcun həcminin artırılması riba olduğu üçün cərimə qadağandır.

Bundan başqa maliyyə lizinqi icarə müddətinin sonunda müqaviləyə əsasən lizinq subyekti olan aktivin avtomatik olaraq lizinq alana ötürülməsi ilə nəticələnir ki, bu da şəriətdə qəbul olunmazdır. İslamda təqdir olunan lizinq zamanı lizinq subyekti olan aktivin yalnız istifadə hüququ lizinq alana ötürülür, mülkiyyət hüququ yox. Həm istifadə hüququnun, həm də mülkiyyət hüququnun eyni bir müqavilə ilə lizinq alana ötürülməsi şəriətə ziddir. Çünki, İslam Müqavilə Fiqhi 2 ayrı – ayrı tranzaksiyanı bir müqavilə ilə həyata keçirməyi ciddi qadağan edir. Ona görə də icarada (İslam lizinqində) lizinq verən mülkiyyətçilik hüququnu özündə saxlamalı və mülkiyyətçiliklə bağlı bütün riskləri daşımalıdır. Əgər ikinci bir əməliyyata ehtiyac varsa, mütləq ayrıca müqavilə bağlanmalıdır.

İcaranın ənənəvi lizinqdən digər bir fərqli cəhəti ondan ibarətdir ki, burada ödənişlər müqavilə bağlandığı andan deyil, lizinq subyekti olan aktivin istifadə edildiyi andan etibarən hesablanır və ödənilir.



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin