Təqdimat Əvvəlki paraqrafda İslam Bankçılığının praktikada tətbiq etdiyi maliyyələşmə üsulları haqqında məlumat verildi. Bu üsullarla yanaşı İslam Bankları Salam və İstisna alətlərindən də istifadə edirlər. Salam və İstisna alətləri digər İslam maliyyələşmə üsullarından müəyyən qədər fərqlənir. Ona görə də bu alətlərin ayrıca bir paraqrafda müzakirə olunması daha məqsədəuyğundur.
Paraqraf əvvəlcə satışın qaydalarını təkrarlamaqla başlayır. Növbəti hissədə bu qaydalardan nisbətən kənarlaşan salam haqqında bəhs edilir. Salamın fyuçerslərdən fərqləri isə növbəti hissənin mövzusudur. Sonda isə digər bir alət İstisna haqqında məlumat veriləcək.