Təqdimat Ənənəvi Bankçılıqda olduğu kimi İslam Bankçılığında da risklərin idarəedilməsi vacib məsələlərdən biridir. Ənənəvi Bankçılıqda müşahidə olunan risklərin əksəriyyəti İslam Banklarında da müşahidə olunur. Lakin İslam Bankçılığında həmin risklər bir az spesifikliyi ilə fərqlənir. Bundan başqa İslam Banklarının məruz qaldığı bəzi risklərin ənənəvi bankçılıqda müşahidə olunmaması ilə yanaşı, ənənəvi bankçılıqdakı müəyyən risklər də İslam Bankçılığında müşahidə olunmur. Daha da aydın olması üçün İslam Banklarının və ənənəvi bankların məruz qaldığı risklər sadalanacaq və İslam Banklarının məruz qaldığı risklərin spesifik və fərqli istiqamətləri şərh ediləcək.