Ağayev Samir


Şəriətə müvafiq səhm indeksləri



Yüklə 1,34 Mb.
səhifə74/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   70   71   72   73   74   75   76   77   ...   162
5.2 Şəriətə müvafiq səhm indeksləri
Artıq məlum olduğu kimi, müxtəlif İslam Banklarının, investisiya şirkətlərinin səhmlərin şəriətə müvafiqliyini qiymətləndirmək üçün müxtəlif kriteriyaları var. Bu qurumların əksəriyyəti bu tip kriteriyaları açıqlamırlar. Şəriətə müvafiq səhm investisiya bazarları arasında ən məşhur göstərici Dow Jones İslam Bazar indeksi (Dow Jones Islamic Market Index) – dir. Həm də Dow Jones İslam Bazar indeksi investisiya kriteriyalarını bütün dünyaya açıqlayır. Bu kriteriyalar haqqında yuxarıda qarışıq şəkildə məlumat verilsə də, ayrıca və daha detallı şəkildə qeyd etmək faydalı olardı. Dow Jones İslam Bazar indeksinin kriteriyaları aşağıdakılardır:

  1. Cəmi borcların şirkətin 12 aylıq orta bazar kapitallaşmasına olan nisbəti 33% - dən aşağı olmalıdır. Burada həm cari borclar, həm də uzunmüddətli borclar nəzərə alınır.

  2. Nəğd və nəğd ekvivalentlərinin və faiz qazandıran qiymətli kağızların məbləğlərinin cəminin şirkətin 12 aylıq orta bazar kapitallaşmasına olan nisbəti 33% - dən aşağı olmalıdır.

  3. Debitorların orta bazar kapitallaşmasına olan nisbəti 33% - dən aşağı olmalıdır. Burada həm cari, həm də uzunmüddətli debitorlar nəzərə alınır. Əvvəllər Dow Jonesda bu göstərici 45% idi və kəsirin məxrəcində bazar kapitallaşması əvəzinə cəmi aktivlər indikatoru istifadə olunurdu.

İslam prinsiplərinə əsaslanan digər bir məşhur səhm indeksi isə “FTSE Global Islamic Index Series” – dir.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin