Ağayev Samir



Yüklə 1,34 Mb.
səhifə78/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   74   75   76   77   78   79   80   81   ...   162
6.1 Sukukun ümumi cizgiləri
İslam dini bütün kommersiya və maliyyə əməliyyatlarının real aktiv bazisli (asset-based) olmasını tələb edir. Yəni, daha ümumi yanaşsaq və klassik iqtisadi terminlə desək, İslam Kommersiya hüququ “pul-əmtəə-pul” münasibətini dəstəkləyir. Buna görə də İslam Maliyyə Sistemi real sektora daha çox xidmət edir. İslam Maliyyə Sistemində əməliyyatların aktiv bazisli olması özünü qiymətli kağızlara, daha doğrusu istiqrazlara münasibətdə də göstərir. Buna görə İslam istiqrazları adlanan Sukuk da ənənəvi istiqrazlardan fərqlənir.

Təxminən 20-25 il əvvəl İslam Maliyyə Sisteminin tənqidçiləri hesab edirdilər ki, burada yalnız pay əsaslı qiymətli kağızların emisiyası mümkündür və buna görə də investorlar sabit gəlirli qiymətli kağızların çatışmazlığı ilə üzləşirlər. Lakin, zaman keçdikcə məlum oldu ki, borc əsaslı qiymətli kağızların da emisiyası mümkündür. Bu, Sukuk vasitəsilə reallaşdı.

Sukuk hər hansı bir aktivdə, məsələn avadanlıqda mülkiyyət hüququna əsaslanır. Sukuk həm pay bazisli, həm də borc bazisli ola bilər. Deyildiyi kimi Sukukun istiqrazlardan əsas fərqi aktiv bazisli olmasıdır. Yəni, ənənəvi istiqrazlardan fərqli olaraq Sukukda gəlirlər nəzərdə tutulan aktivin yaratdığı nəğd vəsaitlərdən meydana gəlir. Ənənəvi istiqrazlar isə tipik sələm nümunəsidir. Sual oluna bilər ki, əgər Sukuk aktiv bazisli əməliyyatdırsa və mülkiyyət hüququna əsaslanırsa, onun səhmlərdən fərqi nədir. Fərq bundadır ki, səhmlər bütövlükdə şirkətə mülkiyyət hüququ verir və hər hansı bir müəyyən olunmuş tarix üçün nəzərdə tutulmayıb. Lakin, Sukuk bütövlükdə şirkətə yox, konkret bir real aktivə mülkiyyət hüququ verir və müəyyən olunmuş konkret bir tarix üçün nəzərdə tutulub. Yəni, Sukukun dəyəri tam geri ödənilməlidir. Daha da anlaşıqlı olması üçün Sukukların bir neçə növünə nəzər salaq.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin