Ağayev Samir


I BÖLMƏ. İslam və İqtisadiyyat



Yüklə 1,34 Mb.
səhifə8/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   4   5   6   7   8   9   10   11   ...   162
I BÖLMƏ. İslam və İqtisadiyyat

Fəsil 1. İslam İqtisadi Modeli
1 İslam Hüquq Sistemi
Təqdimat
İslam İqtisadi Modelini və İslam Maliyyə Sistemini əsaslarını bilmək üçün mütləq İslam dininin qayda – qanunlarını öyrənmək lazımdır. Bu qaydaların əsas bazası isə şəriət adlanır. Müsəlmanların inancına görə bu qaydalar insan beyninin məhsulu olan dünyəvi – hüquqi modellərdən fərqlidir, çünki, qayda və qanunları müəyyənləşdirən qismində Allah çıxış edir. Burada iqtisadi fəaliyyəti tənzimləyən şəriət qanunlarını anlamaq üçün İslama bir hüquq sistemi kimi baxmaq lazımdır. Paraqrafın adının “İslam Hüquq Sistemi” olması da məhz bu zərurətdən yaranır.

Bu paraqrafda ilkin olaraq İslam dini və onu digər dinlərdən fərqli edən xüsusiyyətlər haqqında məlumat veriləcəkdir. Daha sonra isə şəriətin əsas hökm mənbələri nəzərdən keçiriləcək. Növbəti bölmədə isə bu hökmlərlə əlaqəli müəyyən üsullar və qaydalar (usul – al fiqh) müzakirə olunacaq.


1.1 İslam Dini
Tarix boyu insanlar kainat haqqında düşünmüş və müxtəlif fərziyələrə yuvarlanmışlar. Dünyaya baxışlarına görə insanlar müxtəlif düşüncə tərzlərinə və öz düşüncə tərzlərinə müvafiq olaraq həyat tərzlərinə malikdirlər. Bəzi insanlar materialist, bəziləri də idealist olurlar. İdealist cərəyana mənsub olan müxtəlif insanlar müxtəlif dinlərə inanırlar. Bu dinlərin arasında səmavi dinlər (yahudilik, xristianlıq və İslam) daha böyük çəkiyə malikdirlər, ən azından bu dinlərə mənsub olan insanların say çoxluğuna görə. Səmavi dinlərin ən sonuncusu da İslam dinidir.

İslam dini və İslamda bütün münasibətlər Tovhid (yəni tək tanrılıq) konsepsiyasına əsaslanır. Bu din peyğəmbərlərin sonuncusu olan Muhamməd (ona və ailəsinə Allahın salamı olsun) vasitəsilə insanlara çatdırılıb. İslama görə (eləcə də digər səmavi dinlərə görə) bütün kainatın, canlıların və insanların yaradıcısı Allahdır və insanların bunun qarşılığında Allaha qarşı müəyyən öhdəlikləri vardır. Müsəlmanlar inanırlar ki, İslam dini Allahın təqdir etdiyi dindir və İslamdan başqa din Allah qatında məqbul deyil. Bu məqamlar aşağıda göstərilən və İslamın müqəddəs qaynağı olan Quranda öz əksini tapır:


Allah yanında (haqq olan) din, əlbəttə, İslamdır”. (Ali-İmran 19).

Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul edilməz və o şəxs axirətdə zərər çəkənlərdən olar”. (Ali-İmran 85).



«Necə ola bilər ki, onlar (kitab əhli) Allahın dinindən başqa bir din axtarsınlar? Halbuki, göylərdə və yerdə olanların hamısı istər-istəməz ona (Allaha) təslim olmuşlar və onun hüzuruna qayıdacaqlar». (Ali-İmran 83).


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin