Mudarabah sukukundan yalnız emitentin də maliyyələşmədə iştirak etməsi ilə fərqlənir. Həm də burada hər iki tərəf idarəetmədə iştirak edə bilər. Pay bazisli sukuk olduğu üçün təkrar bazarda tranzaksiyası icazəlidir.
Lakin təkrar bazarda tranzaksiya zamanı da müəyyən məhdudiyyətlər var. Məsələn, sekyuritizasiya baş veribsə, yəni muşarakah sertifikatları emisiya olunubsa, amma hələlik bu yığılan vəsaitlərə heç bir uzunmüddətli aktiv alınmayıbsa, o zaman muşarakah sertifikatlarının təkrar bazarda satılması qadağandır. Çünki, belə hal pul ilə pulun mübadiləsidir ki, bu da öz növbəsində ribadır və İslamda haram hesab edilir. Lakin sekyuritizasiya zamanı uzunmüddətli aktivlər alınaraq biznes fəaliyyətinə başlanılıbsa, onda bu sertifikatlar təkrar bazarda tranzaksiya edilə bilər.