6.4 İcara Sukuku Hər hansı bir aktivə - daşınar və daşınmaz əmlaka mülkiyyət və rental gəlirlərin mənimsənilməsi hüququnu verən sukuk növüdür. İcara sukuku İslam kapital bazarlarının sabit gəlir vəd edən (fixed rate of return) alətlərindəndir. İcara sukuku həmçinin dəyişkən gəlirli (floating rate) də ola bilər. Bu zaman gəlirlilik səviyyəsi hər hansı bir göstəriciyə, adətən “LIBOR”a benchmark olunur.
6.5 Murabaha Sukuku Burada emitent malın satıcısı, sukuka abunə yazılanlar malın alıcısı, reallaşdırılmış nəğd vəsaitlər isə malın alış qiymətidir. Sukuk sahibləri malın mülkiyyətçiləridir və bu da həmin malın növbəti satışı zamanı yaranan gəliri mənimsəməyə hüquq verir. Murabaha zamanı ilk satış nəğd ödənişlə, ikinci satış isə hissəli ödənişlə həyata keçirilir. Bu iki satış eyni tsikldə baş verir və sonuncu alış üzrə borc yaradır. Borcu təmsil etdiyi üçün bu sukukların təkrar fond bazarında tranzaksiyası bütün məzhəblərin ittifaqına görə haramdır. Bu müddəa qlobal miqyasda İslam Maliyyə İnstitutları üçün audit/maliyyə/mühasibatlıq standartlarını müəyyənləşdirən AAOIFI – nın müvafiq standartında da əks olunub. Murabaha sukuku sabit gəlir vəd edən İslam maliyyə alətlərindəndir.