Ağayev Samir


Kommersiya və Kooperativ sığorta arasında fərqlər



Yüklə 1,34 Mb.
səhifə88/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   84   85   86   87   88   89   90   91   ...   162
7.4 Kommersiya və Kooperativ sığorta arasında fərqlər
Qeyd etmək lazımdır ki, Takaful ənənəvi maliyyədə də məlum olan kooperativ sığortaya bənzəyir. Lakin ənənəvi sığorta şirkətləri əsasən kommersiya sığortası ilə məşğul olurlar. Kommersiya və kooperativ sığorta arasında fərqləri də bilmək münasib olardı.

Kommersiya sığortasına nəzər saldıqda görürük ki, bu cür sığorta sığortaladığı şəxslərdən asılı olmayan şirkət tərəfindən həyata keçirilir. Bu şirkət lazım gəldikdə (hadisə və ya hər hansı digər hal baş verdiyi zaman) sığorta ödənişi etmək öhdəliyinin əvəzi olaraq ona edilən bütün daxilolmalar üzərində hüquq qazanır. Halbu ki, Takafulda bu belə deyil, çünki yuxarıda da qeyd edildiyi kimi, burada fond bütövlükdə sığorta edənlərə məxsusdur. Kooperativ sığortada isə eyni növ riskə məruz qalan bir çox adam bir araya gələrək müəyyən yardımlar ödəyirlər. Bu yardımların məqsədi, müəyyən zərərə məruz qalaraq bunu əldə etmək haqqı olan hər hansı şəxsə kompensasiyanın ödənilməsidir. Əgər ödənilən yardımın məbləği kompensasiyaların məbləğindən çoxdursa, sxemin üzvləri qalan fərqi geri götürmək hüququna malikdirlər (halbu ki, belə bir praktika nadir istisnalar şərtilə ənənəvi və ya kommersiya sığortasında mövcud deyil). Əgər kəsir yaranarsa, üzvlərdən bu kəsiri bağlamaq üçün əlavə yardımlar etməsi xahiş olunur və ya kompensasiya həmin kəsirə uyğun olaraq azaldılır.

Takaful fondu kommersiya və ya ənənəvi sığortada olduğu kimi iştirakçılar (sığorta olunanlar) tərəfindən ödənilən haqlarla zərərə görə ödənilən kompensasiyalar arasındakı fərqdən gəlir götürmək məqsədi güdmür. Əksinə, əgər daxilolmaların məbləği zərərlərə görə ödənilən kompensasiyaların məbləğindən çox olursa, artıq qalan məbləğ iştirakçıların özünə qaytarılır. Kommersiya sığortasında isə, bundan fərqli olaraq hər hansı artıq qalan məbləğ müştərilərinə kompensasiya ödəmək öhdəliyinin qarşılığında bütünlüklə sığorta şirkətinə aid olur.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin