Ağayev Samir


Ekvivalent Maliyyə Məhsulları çatışmır



Yüklə 1,34 Mb.
səhifə94/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   90   91   92   93   94   95   96   97   ...   162
1.4 Ekvivalent Maliyyə Məhsulları çatışmır
Həmçinin, standartlar, qanunvericilik və insan kapitalı ilə əlaqəli problemlərlə yanaşı İslam Maliyyə Sistemində ənənəvi maliyyə sistemində olan bir sıra maliyyə alətləri və məhsullarına alternativlərin və ekvivalent alətlərin olmaması strateji planda və ya növbəti onillikdə İslam Maliyyəsinin indiki artım tempini və diversifikasiya imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər. Xüsusilə də yaxın gələcəkdə dünya iqtisadiyyatı və maliyyə bazarlarının bum tsiklini bərpa etdiyi təqdirdə bu hal daha da sürətlənə bilər. Lakin, hələlik yaxın gələcəkdə dünya iqtisadiyyatının və maliyyə bazarlarının bu səviyyəyə çatması haqqında nikbin proqnozlar yox səviyyəsindədir. Məhz haqqında danışılan alternativ maliyyə məhsullarının olmaması hal-hazırda da risklərin və likvidliyin idarəedilməsi sahəsində İslam Maliyyə İnstitutlarının fəaliyyətində problemlər yaradır. Çünki, maliyyə derivativlərindən istifadə etmək, eləcə də dövlət qiymətli kağızlarında sərbəst nəğd vəsaitləri saxlamaq İslam Maliyyə Sistemində qadağan edilir. Likvidliyin təmini istiqamətində dövlət qiymətli kağızlarına alternativ İslam Sukuklarının təqdim edilməsi istiqamətində müəyyən işlər görülüb və hələ də davam edir. Lakin istənilən halda İslam dini tranzaksiyaların aktiv bazisli (asset based) olmasını tələb etdiyi üçün bu məqsədlə təqdim olunan sukuklar, ənənəvi maliyyə sistemində olan dövlət qiymətli kağızları vasitəsilə həyata keçirilən əməliyyatlar qədər çevik deyil. Bütün bu faktorlar İslam Banklarına dair aparılan tətqiqatların nəticələrində də müşahidə olunur. Bu nəticələrə görə kiçik İslam bankları böyük İslam banklarına nisbətdə daha səmərəlidir. Lakin daha böyük miqyasda əməliyyatlar zamanı İslam bankları daha az səmərəlidir. Bunun da səbəbi kiçik bankların böyük banklara nisbətdə daha çox komisyon gəlirləri və minimal riskli investisiyalara üstünlük verməsi ilə izah olunur. Böyük miqyasda əməliyyatlar zamanı isə banklar yuxarıda qeyd edildiyi kimi risklərin və likvidliyin idarəedilməsi problemləri ilə üzləşir ki, bu da onların kiçik banklara nisbətdə daha səmərəsiz olması ilə nəticələnir.

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin