Ağayev Samir


İslam Maliyyə Sistemində Mərkəzi Bankın çatışmazlıqları



Yüklə 1,34 Mb.
səhifə96/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   92   93   94   95   96   97   98   99   ...   162
1.6 İslam Maliyyə Sistemində Mərkəzi Bankın çatışmazlıqları
Məlumdur ki, ölkədə faiz dərəcələri və inflyasiya makro səviyyədə mərkəzi bank tərəfindən tənzimlənir. Bu məqsədlə mərkəzi bank məcburi ehtiyat normaları (banklar depozitlərinin müəyyən hissəsini mərkəzi bank tərəfindən müəyyənləşdirilmiş proporsiyada mərkəzi bankın faizsiz hesablarında saxlayır), açıq bazar əməliyyatları (mərkəzi bank qiymətli kağızları banklardan alır və banklara satır) və bankların birbaşa kreditləşdirilməsi alətləri vasitəsilə pul kütləsinə təsir edərək faiz dərəcələrini tənzimləyir. Məsələn, faiz dərəcələrinin artırılmasına ehtiyac varsa mərkəzi bank banklara verdiyi kreditlərin faiz dərəcələrini artırır, qiymətli kağızları banklara sataraq və məcburi ehtiyat normalarını artıraraq dövriyyədəki pul kütləsini azaldır və ya əksinə, faiz dərəcələrini azaltmaq ehtiyacı varsa, onda mərkəzi bank banklara verdiyi kreditlərin faiz dərəcələrini azaldır, qiymətli kağızları banklardan alaraq və məcburi ehtiyat normalarını azaldaraq tədavüldəki pul kütləsini artırır.

İslam Maliyyə Sisteminin tənqidçiləri bu sistemdə Mərkəzi Bankın rolunun və tənzimləmə metodlarının da bir qədər qaranlıq qaldığını iddia edirlər. Bildirilir ki, tamamilə ideal faizsiz sistem yaradılsa belə, faiz dərəcələrinin dolayısı ilə tənzimlənməsinə mütləq ehtiyac var. Tənqidçilər həmçinin iddia edir ki, ən azından infilyasiya tənzimlənməlidir və bu tənzimləmə mərkəzi bank tərəfindən həyata keçirilməlidir. Xüsusilə də nəzərə alsaq ki, İslam Bankları əksər hallarda İslami hüquqi çərçivəyə malik olmayan ənənəvi maliyyə sistemində fəaliyyət göstərirlər, o zaman bu bankların da (İslam banklarının) tənzimlənməsi çətinliklər törədir. Bu faktor isə İslam Banklarının və ümumilikdə İslam Maliyyə Sisteminin növbəti çatışmazlığı kimi özünü biruzə verir.

Bunlara cavab olaraq bildirmək olar ki, sadalanan məqamlarda müəyyən qədər həqiqət var. Lakin, bu tənqidçilərin özlərinin də etiraf etdiyi kimi ideal faizsiz sistemdə faiz dərəcələrinin birbaşa tənizmlənməsinə ehtiyac yoxdur. İnflyasiyanın tənzimlənməsinə gəldikdə isə, bankların birbaşa kreditləşdirilməsi istisna olmaqla digər alətlərin, yəni məcburi ehtiyat normaları və açıq bazar əməliyyatlarının tətbiqi İslam Bakçılığında da mümkündür. Məsələn, Mərkəzi Bank İslam Banklarının depozitlərinin bir hissəsini öz faizsiz hesabında saxlamaq tələbini müəyyənləşdirə bilər. Eyni zamanda, Mərkəzi Bank, İslam Banklarına qiymətli kağızları sataraq və onlardan geri alaraq pul kütləsinə təsir edə bilər. Sadəcə olaraq burada ən vacib şərt ondan ibarətdir ki, qiymətli kağızlar şəriətə müvafiq olsun və ənənəvi sistemdə olduğu kimi faiz elementləri üzərində qurulmasın. Nümunə kimi Küveytin Banklar haqqında qanununda Mərkəzi Bankın bu məqsədlə tətbiq edə biləcəyi alətləri misal göstərə bilərik. Bunlar aşağıdakı kimidir:


  • Mərkəzi Bank İslam Banklarını şəriətə müvafiq olan və Mərkəzi Bankın direktorlar şurasının müəyyənləşdirdiyi qaydalar çərçivəsində maliyyə alətləri vasitəsilə maliyyə vəsaitləri ilə təmin edir.

  • Mərkəzi Bank İslam Banklarına şəriətə müvafiq qiymətli kağızları satır və alır.

Artıq başa düşdüyümüz kimi, İslam Bankçılıq modelində də Mərkəzi Bankın tənzimləmə metodları mümkündür. Bununla belə qeyd etmək lazımdır ki, ənənəvi maliyyə sistemində fəaliyyət göstərən İslam Bankları üçün Mərkəzi bank tərəfindən tənzimləmə məqsədilə, spesifikliyi səbəbindən (məsələn aktiv təminatlı olması) şəriətə müvafiq qiymətli kağızların yaradılması çox çətindir və çox vaxt mərkəzi banklar və dövlətlər bu işdə könülsüz kimi görünürlər.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin