1.7 Muşarakah və Mudarabahın xüsusi problemləri Yuxarıda sadalanan bütün nüanslar İslam Maliyyə Sisteminin inkişafı üçün ümumi maneələrdir. Bunlarla paralel olaraq İslam Maliyyə İnstitutlarının maliyyələşmə alətləri ilə bağlı da çatışmazlıqları mövcuddur. Məsələn, İslam Banklarının PLS (Profit and Loss Sharing – Mənfəət və zərərin bölüşdürülməsi) şərtlərini tamamilə tətbiq etməsi çox çətindir. Çünki, investisiyalar haqqında qərar vermək xüsusi bacarıqlar (real sektorda əməliyyatlar aparmaq, biznes/əməliyyat risklərinin idarə olunması) tələb edir. Həmçinin, bu məqsədlə xüsusi bacarıqlı heyətin saxlanması daha çox xərcə səbəb ola bilər. Bu da İslam Banklarının çatışmazlıqlarından biridir.
İslam banklarının digər çatışmazlığı ondan ibarətdir ki, Muşarakah və Mudarabah alətləri daha ciddi monitoring tələb etdiyi üçün daha çox xərcə səbəb olur.