Ağayev Samir


İslam Maliyyə İnstitutlarının mühasibatlıq problemləri : IFRS İslam Maliyyə İnstitutları üçün münasibdirmi?



Yüklə 1,34 Mb.
səhifə102/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   98   99   100   101   102   103   104   105   ...   162
İslam Maliyyə İnstitutlarının mühasibatlıq problemləri : IFRS İslam Maliyyə İnstitutları üçün münasibdirmi?


Təqdimat
Əvvəlki paraqraflarda da İslam Maliyyə İnstitutlarının, İslam Banklarının fəaliyyətinin ənənəvi banklardan və ənənəvi sistemdən fərqləndiyinə dair kifayət qədər məlumatlar verilib. Məhz bu fərqli xüsusiyyətlər onların qeyri – İslami hüquqi çərçivələrə malik olan ölkələrdə fəaliyyəti zamanı önəmli problemlər yaradır. Bu problemlərə banklar haqqında qanunvericilik, vergi qanunvericiliyi, bu qanunlarla əlaqəli hüquqi – normativ aktlar, tələblər, eləcə də tətbiq olunan mühasibatlıq və maliyyə hesabatları standartları daxildir. İndi məhz sonuncu çatışmazlıq – mühasibatlıq və maliyyə hesabatları standartlarının İslam Maliyyə İnstitutları üçün nə dərəcədə münasib olub – olmaması haqqında danışacağıq. Bunun üçün Benəlxalq Maliyyə Hesabatları Standartları IFRS – lə İslam Banklarının fəaliyyəti zamanı meydana çıxan ziddiyətlər arasında paralellər aparılacaq və IFRS – in İslam Maliyyə İnstitutları ilə əlaqəli əhatə edə bilmədiyi məqamlar araşdırılacaq.

Əslində, paraqrafın adı oxucularda müəyyən miskonsepsiya yarada bilər. Belə ki, yalnız IFRS – in İslam Maliyyə İnstitutları üçün münasib olmadığı düşünülə bilər. Lakin, yalnız IFRS deyil, ayrı – ayrı milli mühasibat uçotu standartları da İslam Maliyyə İnstitutları üçün tamamilə münasib deyil, yəni bu standartların İslam Maliyyə İnstitutlarının spesifik fəaliyyəti ilə bağlı əhatə edə bilmədiyi məqamlar var. Həm də milli mühasibat uçotu standartları da əsasən GAAP – a əsaslanır və IFRS – lə prinsipcə oxşardılar. Sadəcə olaraq standartların müəyyənləşdirilməsində, formatların tətbiq edilməsində və s. məqamlarda bir – birlərindən fərqlənirlər. Ona görə müəyyən mənada mövzunun adındakı IFRS şərti xarakter daşıyır və ümumilikdə əksər dövlətlərdə tətbiq olunan mövcud standartların İslam Maliyyə İnstitutlarının fəaliyyətini tamamilə əhatə edə bilmədiyini nəzərdə tutur. Lakin, bu araşdırmada, yuxarıda da qeyd edildiyi kimi müqayisə qismində IFRS istifadə ediləcək.

Həmçinin, paraqrafın sonunda İslam Maliyyə İnstitutları üçün münasib olan audit haqqında da qısaca məlumat veriləcək.

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin