Ağayev Samir



Yüklə 1,34 Mb.
səhifə103/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   99   100   101   102   103   104   105   106   ...   162
2.1 Problemə yanaşmalar
Ümumiyyətlə, İslam Maliyyə İnstitutları və İslam Bankları fəaliyyətlərinin fərqli xüsusiyyətlərindən asılı olaraq həm texniki, həm də fəlsəfi planda mühasibatlıq problemləri ilə üzləşirlər. Hal – hazırda İslam Maliyyə İnstitutları üçün münasib mühasibat uçotu standartları geniş müzakirə və mübahisə mövzusudur. IFRS – in müdafiəçiləri bu standartların economic substance over legal form (iqtisadi məzmunun hüquqi formadan üstünlüyü prinsipi) olduğunu dəlil gətirərək IFRS – i bütün təşkilatlar üçün, o cümlədən İslam Maliyyə İnstitutları üçün də münasib hesab edirlər. Lakin, əks mövqedə olan İslam Maliyyəsi ekspertləri IFRS – in İslam Maliyyə İnstitutlarının əməliyyatlarını (zəkat, murabaha, icara, investisiya hesabları və s.) tamamilə əhatə etmədiyini iddia edirlər. Bu səbəbdən bəzi İslam ölkələri İslam Maliyyə İnstitutlarının fəaliyyəti üçün əsas mühasibat uçotu standartları olaraq AAOIFI (Accounting and Auditing Organisation for Islamic Financial Institutions) standartlarını qəbul ediblər. Digər bir İslam ölkəsi olan Malaziya isə ölkədə bütün növ təşkilatlar, o cümlədən İslam Maliyyə İnstitutları üçün IFRS – i tətbiq edir. İslam Maliyyə İnstitutlarının fəaliyyəti ilə əlaqəli IFRS – in əhatə edə bilmədiyi məsələlərdə isə texniki normativlər (qaydalar) müəyyənləşdirilir. Malaysian Accounting Standards Board (MASB) hesab edir ki, IFRS Şəriətlə ziddiyət təşkil etmir və İslam Maliyyə İnstitutları üçün münasibdir. MASB – a görə fərq tanınma və ölçülmədə deyil, yalnız əlavə informasiyaların təmin olunmasındadır. İslam Maliyyə İnstitutları üçün mühasibatlıq məsələlərində də Malaziyanın bu yumşaq mövqeyi digər İslam ölkələri və alimləri tərəfindən tənqid olunur.

MASB İslam Maliyyə İnstitutlarının faəliyyətininin spesifikası ilə əlaqəli IFRS – in əhatə etmədiyi sahələr üçün bu günə qədər 4 texniki qayda müəyyənləşdirib. Bunlar TR i-1 Accounting for Zakat on Business (Biznesin Zəkatı ilə əlaqəli Mühasibat Uçotu), TR i-2 Ijarah (İcarə), TR i-3 Presentation of Financial Statements of Islamic Financial Institutions (İslam Maliyyə İnstitutlarının maliyyə hesabatlarının təqdim edilməsi) və TR i-4 Shariah Compliant Sale Contracts (şəriətə müvafiq satış müqavilələri) qaydalarıdır.

İndoneziyada da vəziyyət bir qədər Malaziyadan fərqlənir. Burada, İslam Maliyyə İnstitutlarının fəaliyyəti ilə əlaqəli əhatə edilə bilməyən sahələrdə ayrıca texniki tövsiyyələr yox, standartlar qəbul olunub və bu standartlar tətbiq olunur.

Bəhreyn və Qətər isə AAOIFI – nın standartlarını qəbul edib və bu standartlar məcburi xarakter daşıyır. Bundan başqa, körfəz ölkələrində iri İslam Bankları və Maliyyə İnstitutları da AAOIFI standartlarına müvafiq şəkildə maliyyə hesabatlarını hazırlayırlar.

İndi isə gəlin haqqında danışdığımız problemlərdən bəzilərini ayrı – ayrılıqda nəzərdən keçirək.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin