Ağayev Samir


İslam Maliyyə İnstitutlarının auditi



Yüklə 1,34 Mb.
səhifə107/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   103   104   105   106   107   108   109   110   ...   162
2.6 İslam Maliyyə İnstitutlarının auditi
İslam Maliyyə İnstitutlarının mühasibat uçotu və maliyyə hesabatlarının təqdim olunması ilə bağlı müəyyən qədər məlumat verildi. Bu institutların auditi haqqında da qısaca məlumat vermək münasib olardı.

Məlumdur ki, audit, təşkilatların hazırladığı maliyyə hesabatlarının tətbiq olunan maliyyə hesabatları standartları və digər normativlər çərçivəsində hazırlanıb – hazırlanmadığına dair rəy bildirməyi nəzərdə tutur. İslam Maliyyə İnstitutlarının auditi isə ənənəvi audit proseduralarından daha geniş bir anlayışdır. Çünki, İslam Maliyyə İnstitutlarının auditi yalnız maliyyə hesabatlarının yox, eyni zamanda bankın şəriət şurasının (shariah board) direktivləri üzrə şəriətə müvafiqliyinin yoxlanılmasını da əhatə edir (etməlidir).



Beynəlxalq Audit Standartlarının (International Standards of Auditing - ISA) məhdudiyyətlərini nəzərə alaraq, AAOIFI (Accounting and Auditing Organization for Islamic Financial Institutions) İslam Maliyyə İnstitutları üçün spesifik standartlar və metodologiyalar hazırlayıb. Məsələn, İslam Maliyyə İnstitutları üçün 1 nömrəli audit standartında deyilir ki, auditin məqsədi auditorun hazırlanan maliyyə hesabatlarının AAOIFI – nın şəriət qaydaları və prinsipləri, eləcə də mühasibatlıq standartları çərçivəsində hazırlanıb – hazırlanmadığına dair rəy bildirməkdir.
Yekun
Məlum oldu ki, IFRS – in müdafiəçiləri IFRS – i nə qədər müdafiə etsələr də, IFRS İslam Maliyyə İnstitutlarının fəaliyyətini tamamilə əhatə edə bilmir. Bu səbəbdən həqiqətən İslam Maliyyə İnstitutları üçün spesifik olan standartlara ehtiyac var. AAOIFI (Accounting and Auditing Organization for Islamic Financial Institutions) bu sahədə təqdir olunacaq addımlar atıb və standartları daimi olaraq təkmilləşdirməyə can atır. Mövcud standartların gözdən keçirilməsi və təkmilləşdirilməsi AAOIFI – nın əsas vəzifələrindən biridir. Bununla belə bu standartların bütün ölkələr tərəfindən qəbul edilməməsi də heç də bazarın xeyrinə olan bir hal deyil.



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin