Ağayev Samir



Yüklə 1,34 Mb.
səhifə110/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   106   107   108   109   110   111   112   113   ...   162
1.7 Türkiyə
Türkiyə əhalisinin 99%-i müsəlmandır. Türkiyədə İslam Banklarının ilkin cücərtiləri 1980 – ci illərdə müşahidə olunub. Bu vaxtlarda mövcud qanunvericilik belə bir bankingin fəaliyyyətini tamamilə məhdudlaşdırırdı. Lakin, 1983 – cü ildə verilən fərmanla xüsusi maliyyə evləri anlayışı leqallaşdırıldı. Bu fərman Türkiyədə İslam Bankları üçün ilkin hüquqi baza rolunu oynadı. Qeyd etmək lazımdır ki, bu institutların faizsiz xidmətlər göstərilməsinə icazə verilsə də, hər hansı bir şəkildə dinə və ya İslama istinad edilmirdi. Mövcud fərman bu institutlar üçün o qədər də effektli deyildi və ənənəvi banklarla müqayisədə böyük məhdudiyyətlər tətbiq edirdi. Məsələn, xüsusi maliyyə evləri Mərkəzi Bankın sığorta proqramlarından kənar tutulurdu və bu institutlara dövlət istiqrazlarına investisiya etmək qadağan olunurdu. Nəticədə, xüsusi maliyyə evləri uzun müddət böyük məhdudiyyətlər çərçivəsində fəaliyyət göstərməyə məcbur oldu.

Sonralar AK partiyasının hakimiyyətə gəlməsi vəziyyəti dəyişdi. Türkiyənin ağır böhrandan xilas olması və inkişafı, maliyyə sektorunun stabilliyinin təmini məhz bu illərə təsadüf edir. Maliyyə sektorunun inkişafı öz növbəsində alternativ modellərin tədqiqinə və tətbiqinə şərait yaratdı. 2005 – ci ildə ölkədə qəbul olunan Banklar Haqqında Qanun İslam Bankları üçün yeni eranın başlanğıcı oldu. Belə ki, bu qanun ənənəvi banklarla yanaşı, qanunvericiliklə iştirak bankları adlanan İslam Banklarının fəaliyyətini də tənzimləyir. Qanuna görə, ölkədə üçlü bank sistemi mövcuddur. Bunlar kommersiya bankları, investisiya & inkişaf bankları və iştirak banklarıdır. Bu qanuna görə banklara (iştirak banklarına) mənfəət və zərərin bölüşdürülməsi prinsipləri ilə depozitlər qəbul edib lizinq, biznes layihələri və s. kimi qanunvericiliyin icazə verdiyi müxtəlif sahələrə investisiya etməyə icazə verilir. Həmçinin, bu qanun, əvvəlki fərmandan fərqli olaraq iştirak banklarına da ənənəvi banklar kimi eyni imkanları yaradır. Məsələn, artıq iştirak bankları da depozitlərin sığortalanması mexanizminə qoşula bilirlər. Qanuna görə iştirak bankları cari hesab xidmətləri də göstərə bilərlər ki, bu hesablara görə də heç bir ödəniş edilmir. Qanunun 3 – cü maddəsi isə bildirir ki, mənfəət və zərərin bölüşdürülməsi prinsipi ilə qəbul olunan depozitlərə görə (qanuna görə bu iştirak hesabları adlanır) ənənəvi banklarda olduğu kimi əvvəlcədən sabit faiz təklif edilmir, yalnız bank gəlirli olduğu halda gəlirin bir hissəsini əvvəlcədən razılaşdırılmış proporsiyaya uyğun olaraq depozitorla paylaşır. Depozitin ilkin dəyərinin geri qaytarılmasına da bank tərəfindən təminat verilmir. İştirak hesabları yalnız iştirak banklarında açıla bilər və ənənəvi banklara iştirak hesabı açmağa icazə verilmir.


Qanundan əvvəl mövcud olan Xüsusi Maliyyə Evləri Birliyi isə qanunun qəbul olunmasından sonra adını dəyişərək Türkiyənin İştirak Bankları Assossasiyası oldu. Bu qurumun məqsədi quruma üzv olan iştirak banklarının hüquqlarını və maraqlarını qorumaqdan ibarətdir. Hal – hazırda ölkədə fəaliyyət göstərən iştirak bankları bunlardır:
Albaraka Turk Katilim Bankasi

Kuveyt Turk Katilim Bankasi

Turkiye Finans Katilim Bankasi

Asya Katilim Bankasi


Türkiyədə İştirak bankları önəmli uğurlar əldə ediblər. Məsələn, əgər 2003 – cü ildə onların aktivləri cəmi 3 mlrd dollar idisə, 2011 – ci ildə bu rəqəm 26.5 mlrd dollar təşkil edib. Başqa bir göstəriciyə diqqət yetirək. Əgər 2003 – cü ildə iştirak banklarının ümumi bank aktivlərində çəkisi 2.01% idisə, 2011 – ci ildə bu göstərici 4.2 % təşkil edib.1

Türkiyədə iştirak banklarının da depozitləri sığortalanır, lakin ənənəvi mexanizm altında. Yəni burada həm ənənəvi bankların, həm də İslam Banklarının (iştirak bankları) depozitləri vahid qaydalar çərçivəsində sığortalanır.

Türkiyədə İslam Maliyyə Sisteminin ümumi həcmi 28 mlrd dollardır və bu, dünyada 8 – ci ən yaxşı göstəricidir.2

Türkiyədə də artıq 2011 – ci ildə sukuk emisiyası baş tutub. Emitent “Kuveyt Türk Katılım Bankası”dır. Sukuk Icara sukukudur.

Analitiklər düşünür ki, AK partiyasının hakimiyyəti İslam Bankları və İslam Maliyyə xidmətlərinin leyhinə olacaq və gələcəkdə bu sahə dövlət dəstəyi ilə daha da genişlənəcək.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin