Ağayev Samir



Yüklə 1,34 Mb.
səhifə121/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   117   118   119   120   121   122   123   124   ...   162
1.22 Bruney Sultanlığı
Bruney çox kiçik dövlətdir. Əhalisinin sayı təxminən 407 mindir. İqtisadiyyatı əsasən enerji daşıyıcıları üzərində qurulub. Ölkənin Ümumi Daxili Məhsulunun təxminən 90% - i xam neft və qaz ehtiyatlarının payına düşür.

Bruneydə İslam Maliyyə xidmətləri 1991 – ci ildə təsis edilən Tabung Amanah Islam Brunei (TAIB) qurumunun fəaliyyəti ilə başladı. 1993 – cü ildə Islamic Bank of Brunei Berhad, 2000 – ci ildə isə Islamic Development Bank of Brunei Berhad (IDBB) bankları təsis edildi. 2005 – ci ildə isə sultanın əmri ilə bu banklar Bank Islam Brunei Darussalam (BIBD) adlı yeni bankda birləşdirildi.

Bruneydə İslam Maliyyə aktivlərinin ümumi həcmi 3.8 mlrd dollar qiymətləndilib. İslam Bankçılığının ümumi bank sistemində payı isə təxminən 40% - dir.1

Bruneydə İslam Bankçılığının və İslam Maliyyə xidmətlərinin yaxşı qanunvericilik bazası mövcuddur. 2008 – ci ildə İslam Bankları və Takaful haqqında ayrı – ayrılıqda qanun qəbul edilib. Qeyd etmək faydalı olardı ki, 2011 – ci ilə qədər ölkədə Mərkəzi Bank yox idi. 2011 – ci ildə isə Mərkəzi Bank funkiyasını yerinə yetirən Monetary Authority of Brunei Darussalam dövlət qurumu təsis edilib. Bu vaxta qədər isə Mərkəzi Bank funksiyaları Maliyyə Nazirliyinin müxtəlif departamentlərinə aid idi.

Bruney həmçinin təhsil və tədris sahəsində də İslam Maliyyəsi üzrə önəmli addımlar atıb. Ölkədə İslam Maliyyə Sistemi sahəsində bakalavr, magistr və doktorantura proqramları mövcuddur.
1.23 Qambia
Qambia Afrika qitəsində yerləşir. Əhalisi 1.7 milyondur. Əhalisinin təxminən 90% - müsəlmanlardır.

Qambiada İslam Bakçılığı İslam Bankları haqqında qəbul olunmuş xüsusi qanunla tənzimlənir. Bu ölkədə hal – hazırda 14 bank fəaliyyət göstərir ki, bunlardan da biri İslam Bankıdır. Maraqlı faktlardan biri də budur ki, cəmi bir bankın olduğu ölkədə 2008 – ci ildən sukuk – al salam (salam üzərində qurulan sukuk) adlanan dövlət İslam istiqrazları da emisiya edilir.



Arab Gambian Islamic Bank Limited ölkədəki yeganə İslam bankıdır. Bank 1994 – cü ildə təsis edilib və 1996 – cı ildə isə mərkəzi bank tərəfindən lisenziya alıb. Bank ölkə ərazisində 5 filial vasitəsilə xidmət göstərir və bankın 130 – dan çox işçisi var. Bank həmçinin qanuni olaraq səhm və daşınmaz əmlak bazarlarında əməliyyatlar aparmaq hüququna da malikdir.

Yekun
Qeyd etmək faydalı olardı ki, İslam Maliyyə İnstitutları yalnız bu paraprafda məlumat verilən İslam ölkələrində yox, həmçinin Algeria, Özbəkistan, Seneqal və s. kimi bu paraqrafla əhatə edilməyən İslam ölkələrində də bu və ya digər şəkildə fəaliyyət göstərir.

Beləliklə, deyə bilərik ki, İslam ölkələrində İslam Maliyyə İnstitutları və İslam Maliyyə xidmətləri əsasən bazar tələbinin formalaşması və artması nəticəsində meydana gəlmişdir. Bu, ənənəvi bankların xidmətlərindən yararlanmayan müsəlmanların dindar kəsiminin tələbi idi. Dövlətlər də bu təbəqənin həm ehtiyaclarını ödəmək, həm də əllərdə yığılmış pullarını investisiya şəklində iqtisadiyyata axmasını təmin etmək üçün müəyyən səviyyələrdə və formalarda İslam Maliyyə xidmətlərinin tətbiqinə şərait yaratmağa başladılar. Ümumiləşmə apararaq deyə bilərik ki, İslam Maliyyə İnstitutları İslam ölkələrində ya tam İslami hüquqi çərçivəyə malik maliyyə sistemində, ya İslam Bankları haqqında ayrıca qanunun qəbul edildiyi bir sistemdə, ya da vahid qanunla hər iki növ maliyyə xidmətlərinin tənzimləndiyi bir sistemdə fəaliyyət göstərir. İslam Maliyyə xidmətlərinə marağın artması və əhalisinin əksəriyyətinin müsəlmanlar olması, İslam ölkələrində sahənin gələcəkdə də inkişaf edəcəyini və yayılacağını proqnozlaşdırmağa imkan verir.





  1. Yüklə 1,34 Mb.

    Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin