Tam İslamlaşmış Banklar
|
Islam Pəncərələri
|
Bank of London and the Middle East
|
ABC International Bank
|
European Islamic Investment Bank
|
Ahli United Bank
|
Gatehouse Bank
|
Bank of Ireland
|
Islamic Bank of Britain
|
Barclays
|
QIB UK
|
BNP Paribas
|
|
Bristol & West
|
|
City Group
|
|
Deutsche Bank
|
|
Europe Arab Bank
|
|
HSBC Amanah
|
|
IBJ International London
|
|
J.Aron & Co
|
|
Lloyds Banking Group
|
|
Royal Bank of Scotland
|
|
Standard Chartered
|
|
UBS
|
|
United National Bank
|
Böyük Britaniyada İslam Maliyyəsi ixtisasları tədris edən Universitetlərin və Profesional İnstitutların siyahısı2
|
Universitetlər və Biznes Məktəbləri
|
Profesional İnstitutlar
|
Aston Business School
|
Chartered Institute of Management Accountants
|
Bangor Business School
|
Chartered Institute for Securities and Investment
|
Cass Business School
|
Association of International Accountants
|
Dundee University
|
Institute of Islamic Banking and Insurance
|
Durham University and Business School
|
|
Durham University
|
|
ICMA Centre Henley University of Reading
|
|
Glamon University
|
|
London School of Business and Finance
|
|
Newcastle Business School
|
|
Salford Business School
|
|
2.2 Yaponiya
Yaponiya da artıq vergi qanunvericiliyinə və aktivlərin sekyuritizasiya qanununa müəyyən düzəlişlər edib. Bu düzəlişlər nəticəsində İcara və Murabaha Sukuklarının emisiyası mümkün olacaq. 2011 – ci ildə həyata keçirilən bu düzəlişlərin yapon şirkətləri üçün əlavə maliyyələşmə imkanlarına səbəb olacağı gözlənilir. Paralel olaraq İslam maliyyə prinsiplərinə uyğun investisiya etməklə müsəlman investorlar da Yaponiya bazarlarında fəal iştirak edə biləcəklər.
2.3 Fransa
Fransa İslam Maliyyə Sisteminin və İslam Banklarının inkişafı üçün böyük potensial vəd edir. Həqiqətən də Fransa İslam Maliyyəsi üçün çox cəlbedicidir, çünki, burada həm də 6 milyon müsəlman yaşayır. Bu, qərbi avropada ən yaxşı göstəricidir.
2008 – ci ildə Fransanın iqtisadiyyat naziri Christine Lagarde Fransanı avropanın İslam Maliyyəsi mərkəzinə çevirmək niyyətini bəyan etmişdir. Bu tarixdən sonra qanunvericilər şəriətə müvafiq investisiya fondlarının fəaliyyətinə və sukuk listinginə icazə verdi. Paris Fond Birjası sukuk üçün ayrıca seqment təsis etdi. Fransa həmçinin AAOIFI standartlarının fransız dilinə tərcüməsini də öz öhdəsinə götürüb. Lakin, bütün bu müsbət cəhdlərə rəğmən istənilən nəticə əldə edilməyib. Bununla belə ölkədə artıq bir bankın İslam pəncərəsi mövcuddur və 2013 – 2014 – cü illərdə ölkədə ilk İslam Bankının təsis edilməsi gözlənilir. İddia edilir ki, Fransanın dünyəvi cəmiyyəti İslam Maliyyə İnstitutlarının fəaliyyətinə yaxşı baxmırlar. Lakin, Fransa dövləti böhran zamanı da özünü sübut etmiş bir bazardan tamamilə imtina etmək niyyətində deyil.
2.4 Almaniya
Alman maliyyə institutları İslam Maliyyəsi sektorunda fəal olsalar da, Almaniya daxilində bu fəallıq müşahidə olunmur. Məşhur Alman bankları müxtəlif filialları vasitəsilə körfəz ölkələrində və Asiyada öz müştərilərinə İslam Maliyyəsi məhsulları təqdim edirlər. Lakin Almaniya daxilində demək olar ki, İslam Maliyyə xidmətləri ümumiyyətlə təklif olunmur. Çünki, dövlət özü də bu sektorun inkişafında maraqlı deyil və bu sahədə hər hansı bir təşəbbüs göstərmir, baxmayaraq ki, Almaniyada müsəlmanlar yaşayır. Lakin gələcəkdə Almaniyanın da dövlət olaraq İslam Maliyyə xidmətlərinə qarşı çox da biganə qalmayacağı proqnozlaşdırılır.
2.5 Luksemburq
İndiyə qədər bəzi İslam ölkələrində hələ də İslam Banklarının olmadığı halda çox maraqlıdır ki, İslam ölkəsi olmayan Luksemburqda İslam Maliyyə İnstitutlarının və xidmətlərinin 30 ildən çox tarixi var. Avropada ilk İslam Maliyyə İnstitutu məhz Luksemburqda təsis edilib. Avropada ilk Takaful da məhz Luksemburqda təsis edilib, 1982 – ci ildə. Həmçinin, avropada ilk sukuk da Luksemburq Fond Birjasında listinqdən keçib. Ümumiyyətlə Luksemburq Fond Birjasında total dəyəri 7.3 mlrd dollar olan 16 sukuk listinqi qeydə alınıb. Luksemburqun Mərkəzi Bankı 2009 – cu ildən IFSB – nin üzvüdür və bu sahədə də ilk avropa ölkəsidir.
Luksemburq vergi orqanları ölkədə İslam Maliyyə xidmətlərinin daha da effektli fəaliyyətini təmin etmək üçün 2010 – cu ildə ənənəvi maliyyə məhsullarına tətbiq olunan vergi qaydalarını Murabaha və Sukuk əməliyyatlarına da olduğu kimi tətbiq etmək qərarı verib.
Luksemburqda 45 İslam İnvestisiya fondu fəaliyyət göstərir. Ernst & Young 2010 Islamic Funds & Investments hesabatına görə Luksemburq şəriətə müvafiq investisiya fondlarının həcminə görə dünyada 5 – ci pillədə qərarlaşıb.
İslam Maliyyə Sistemi Luksemburqun təhsil və tədris sahəsində də yer alır. Belə ki, Luksemburq Maliyyə Məktəbi və Luksemburq Universitetinin magistratura proqramlarında İslam Maliyyə Sistemi üzrə modullar mövcuddur.
Dostları ilə paylaş: |