Ağayev Samir



Yüklə 1,34 Mb.
səhifə131/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   127   128   129   130   131   132   133   134   ...   162
3.4 Kövsər Bank
Kövsər Bank Azərbaycandakı ilk kommersiya banklarından biridir. "Kövsər Bank" ASC 1988-ci ildən etibarən Azərbaycan bank sektorunda fəaliyyət göstərir. Bankın əvvəlki adı "Universal Bank" olmuşdur.

Bankın yeni Nizamnaməsi 10 mart 2001-ci ildə səhmdarların ümumi yığıncağında təsdiq olunmuş və 24 sentyabr 2001-ci ildə "Kövsər Bank" adı altında Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. 21 oktyabr 2002-ci ildə Milli Bank bütün növ bank fəaliyyəti üçün "Kövsər Bank"a 02-10/381 №-li yeni lisenziya vermişdir. "Kövsər Bank" ASC Bakı şəhəri Vergilər Departamentinin 1 saylı filialında 1300174701 №-li VÖEN-lə qeydiyyatdan keçmişdir. Bundan sonra, o, öz fəaliyyətində İslam Bankçılıq metodlarını tətbiq etməyə başlamışdır. Bu, İslam Bankçılıq sisteminə əsasən fəaliyyət göstərən Azərbaycanda ilk, MDB ölkələrində isə ikinci bankdır. Bank 2002-ci ildən etibarən İslam bankçılığı nöqteyi-nəzərindən müştərilərə kredit verilməsi əməliyyatlarını dayandırmışdır.


3.5 Amrahbank
2008-ci ildə Amrahbankın səhmlərinin strateji investor olan Bəhreyndə yerləşən “Beynəlxalq İnvestisiya Bankı"na (“BİB“) 49% pay ilə satılması, Bankın tarixində mühüm bir mərhələ kimi qeyd olunur. Dünya miqyasında nüfuzlu bir təşkilat sayılan Beynəlxalq İnvestisiya Bankı, "Amrahbank"da korporativ idarəetmənin təkmilləşdirilməsində, Bankın fəaliyyətinin müxtəlif istiqamətlərində böyük rol oynamış, o cümlədən risklərin idarə olunması və s. sahələr üzrə bilik və təcrübəsini bölüşmüşdür. Bu strateji əməkdaşlıq “Amrahbank”a müxtəlif aparıcı maliyyə təşkilatları ilə sıx münasibətlər yaratmağa geniş imkanlar açmışdır.

Amrahbank Kuwait Finance House Group-nun bölməsi olan Turkapital ilə icarə əməliyyatları həyata keçirmişdir. Kiçik və orta müəssisələrin fəaliyyətlərinin maliyyələşdirilməsi məqsədi ilə Amrahbank İİB-nin törəmə təşkilatı olan "Ticarətin Maliyyələşdirilməsi üzrə İslam Korporasiyası"ndan kredit xətlərini almışdır.




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin