Ağayev Samir



Yüklə 1,34 Mb.
səhifə135/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   131   132   133   134   135   136   137   138   ...   162
5.2 Sukuk eyni zamanda korporasiyalar üçün də alternativ maliyyələşmə mənbəyi kimi çıxış edə bilər, xüsusilə proyektlərin maliyyələşdirilməsi zamanı.

6 İslam Maliyyəsi xidmətləri Azərbaycanın maliyyə sisteminin diversifikasiyasına və bankların gəlirlərinin artmasına səbəb ola bilər. Bu həm də Azərbaycanın ümumi bank sistemində rəqabətin güclənməsinə və faiz dərəcələrinin azalmasına və ya artması meyillərinin qarşısının alınmasına səbəb ola bilər. “Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyası” da əsas hədəflərdən biri kimi bank sisteminin inkişafını, bu sektorda rəqabətin artırılmasını və struktur islahatlarını nəzərdə tutur.

7 İslam ipotekasının tətbiqi evsiz təbəqənin bir hissəsinin ev problemini həll edə bilər. Bu isə öz növbəsində dövlətin evsizlərlə bağlı sosial proqramını yüngülləşdirə bilər.

8 İslam Bankları qeyri – kommersiya xarakterli sosial layihələrə də vəsaitlər ayıra bilər, necə ki, bu hallar beynəlxalq İslam Bankçılığı praktikasında geniş müşahidə olunur. Bu bankların əksəriyyətində, hətta demək olar ki, hamısında xeyriyyə fondları təsis edilir. Bu fondlarda könüllü ödənişlər, o cümlədən zəkat ödənişləri toplanılır. Yığılan vəsaitlər isə xeyriyyə məqsədli istiqamətlərdə xərclənilir. Bütün bunlar isə əhalinin sosial problemlərinin həll edilməsində və rifahın yüksəlməsində müəyyən rol oynaya bilər.

Göründüyü kimi İslam Bankçılığı və Maliyyəsi Azərbaycanın yalnız maliyyə sektorunun inkişafına yox, eləcə də real sektorun daha da inkişaf etməsi üçün səbəb ola bilər. Təbii ki, yuxarıda sadalanan bütün bu məqamlar İslam Maliyyə Sisteminin tam şəkildə tətbiq edilməsi və dövlət tərəfindən tam hüquqi dəstək (qanunvericilik bazası, vergi rejimi, mühasibat direktivləri və s.) alması zamanı mümkündür.


Yekun
Bu sahə son vaxtlar illik 15-20% kimi əla templərlə inkişaf edib. Xüsusilə böhran zamanı bu tip bankların çox dayanıqlı olduğu praktiki olaraq isbatını tapdı. İslam banklarının ənənəvi banklar kimi yalnız maliyyə sektoruna yox, məhz real sektora xidmət etməsi çox mühüm bir faktordur. Buna görə də artıq qeyri –İslam ölkələrində də (İngiltərə, ABŞ, Sinqapur, Fransa və s) belə banklar təqdir olunmaqda və yaradılmaqdadır. Həm sahənin inkişafını, həm portfellərin diversifikasiyası arzusunda olan qurumları, fiziki şəxsləri, həm də Azərbaycanda İslam inancını həyatında tətbiq edərək ənənəvi bankların xidmətlərindən yararlanmayan vətəndaşların ehtimal olunan artımını nəzərə alaraq, İslam Bankçılığının və eləcə də digər İslam maliyyəsi xidmətlərinin Azərbaycanda da tətbiqini məqsədəuyğun hesab etmək olar.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin