28 Məkruh. Şəriət tərəfindən bəyənilməyən əməllərdir və bu əməllərdən uzaq durmaq məsləhət görülür. Lakin, haram qədər şiddətli deyil və bu əməllərə görə cəza tətbiq edilə bilməz.
29 Mandub. İslamda yerinə yetirilməsi tələb olunmayan, lakin insanın öz faydası üçün yerinə yetirilməyi ciddi olaraq məsləhət görülən əməllərdir.
30 Maisir. Şans və ya başqasının tamamilə uduzması hesabına əldə edilən asan qazancdır.
31 Mudarabah.Mənfəətə şərik prinsipi ilə həyata keçirilən kommersiya fəaliyyəti növüdür. Bu zaman sərmayəsi olan bir tərəf kapital yatırır, yaxşı biznes ideyası olan lakin sərmayəsi olmayan digər tərəf isə işi həyata keçirir. Kapital yatıran tərəf rabb al – mal, biznesi idarə edən tərəf isə mudarib adlanır. Mənfəət əvvəlcədən razılaşdırılmış proporsiyada tərəflər arasında bölünür, zərər isə yalnız mudarib tərəfindən ödənilir.
32 Muşarakah.Bu zaman hər iki tərəf kapital yatırır və hər iki tərəf biznesin idarəedilməsində iştirak edir. Mənfəət də, zərər də əvvəlcədən müəyyənləşdirilmiş şəriklik paylarına uyğun olaraq bölüşdürülür. Şəriklik payları adətən ilkin tətbiq olunan kapitala görə (equity investment) müəyyənləşir.
33 Murabaha.‘Ribh’sözündən götürülüb, mənası mənfəət deməkdir. Murabaha zamanı bank hər hansı əmlakı satın alır sonra üzərinə rəsmi mənfəət normasını qoyaraq hissəli ödənişlə (deferred sale) müştəriyə satır. İslam Bankçılığı praktikasında ən geniş tətbiq olunan alətdir.
34 Musavamah.Murabahaya bənzəyir, lakin murabahadan fərqli olaraq burada satıcının mal üçün ilkin olaraq çəkdiyi xərclər açıqlanmır.