Ağayev Samir


İslam İqtisadi Modelinin Əsasları



Yüklə 1,34 Mb.
səhifə17/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   13   14   15   16   17   18   19   20   ...   162
2 İslam İqtisadi Modelinin Əsasları
Təqdimat
Ümumiyyətlə, mövzunun təfsilatına keçməzdən əvvəl qeyd etmək faydalı olardı ki, bəzi yazarlar İslamı ayrıca bir iqtisadi model kimi tədqiq etməyin və ya qələmə verməyin əleyhinədir. Onların fikrincə İslam bərqərar olunanda cari olaraq tətbiq olunan ticarət üsullarının əksəriyyətinə toxunmadı, yalnız sələmlə (faizlə), ğərarla, qimarla və s. ilə bağlı məhdudiyyətlər tətbiq etdi. Bununla belə qeyd etmək lazımdır ki, hətta bu məhdudiyyətlər belə İslamı digər iqtisadi sistemlərdən fərqləndirir və spesifik edir. Xüsusilə də nəzərə alınmalıdır ki, müsəlmanların inancına görə İslam Hüquq Sistemi və ya şəriət insan beyninin məhsulu olan digər sistemlərdən kəskin olaraq fərqlənir. Ona görə də, səhih olan budur ki, İslam mütləq ayrıca bir iqtisadi model kimi tədqiq olunmalıdır.

Bu paraqrafda əvvəlcə İslam İqtisadi Modelinin digərlərindən fərqləndirən əsas xüsusiyyət – pul və əmtəə anlayışlarına İslamın fərqli baxışı geniş müzakirə olunacaq. Sonra isə İslamda ticarətin spesifikliyi və qaydaları haqqında bəhs ediləcək. Növbəti hissədə borc məsələlərinin İslamda necə tənzimləndiyi araşdırılacaq. İqtisadi fəaliyyətlərlə əlaqəli İslam dövlətinin funksiyaları isə sonrakı hissənin mövzusu olacaq. Digər mövzular isə İslamda mülkiyyətin əsas qaynağı və fərdlərin mülkiyyətinə İslami yanaşma, fərdlərin əqdlərlə bağlı öhdəlikləri və İslamda əsrlər əvvəl mövcud olan bəzi ticari – iqtisadi fəaliyyət növləri haqqındadır.

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin