Ağayev Samir



Yüklə 1,34 Mb.
səhifə66/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   62   63   64   65   66   67   68   69   ...   162
4.2 Pay investisiyası riski
Bu risk Muşarakah (mənfəətə və zərərə şərik prinsipi ilə tətbiq olunan maliyyələşmə üsulu) və Mudarabah (Bank proyekti tamamilə maliyyələşdirir, müştəri isə biznesin idarəedilməsini həyata keçirir) əməliyyatları zamanı investisiyanın mənfəət normasının gözləniləndən aşağı olması ehtimalı ilə bağlıdır. Bu risk İslam Bankları üçün spesifik sayılacaq risklərdəndir. Çünki İslam Bankları ənənəvi banklardan fərqli olaraq real proyektlərə investisiya fəaliyyətinə də cəlb olunurlar. Ənənəvi bankçılıqda isə bu risk qeyd edilən məlum səbəblərdən müşahidə olunmur.

Muşarakah aləti üçün xüsusi problemlər də mövcuddur. Məsələn, şərik firma maraqlıdır ki, mənfəəti daha az göstərsin. İslam Bankı isə bu səbəbdən və vəsaitlərin təyinatına uyğun və effektli xərclənməsi üçün firmanın, obrazlı desək, kitablarını daha yaxından təhlil etməyə meyillidir. Şərik firma isə deyildiyi kimi, həm İslam bankına daha az ödəmək üçün, həm də vergi orqanlarına məlumatların sızmasının qarşısının alınması üçün kitablarını banka açmağa könülsüzdür.




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin