Ağayev Samir


Şəriətə zidd fəaliyyət riski



Yüklə 1,34 Mb.
səhifə67/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   63   64   65   66   67   68   69   70   ...   162
4.3 Şəriətə zidd fəaliyyət riski
İslam Bankçılığının fəaliyyətini ənənəvi bankçılıqdan fərqləndirən ən əsas risk növüdür. Yəni bu risk yalnız İslam Banklarının fəaliyyətində nəzərə alınır. İslam Bankları əməliyyatlarının şəriətə müvafiq olub-olmamasını müəyyən etməli və yalnız şəriətə müvafiq (shariah – compliant) fəaliyyətləri həyata keçirməlidir. Bu məqsədlə İslam Banklarında xüsusi bir struktur - şəriət şurası (shariah board) fəaliyyət göstərir. Bu şurada yüksək kvalifikasiyalı İslam alimləri və ekspertləri təmsil olunurlar. Banklar hər bir yeni layihə və ya bazara təqdim etmək istədikləri yeni məhsul haqqında həmin layihənin və məhsulun şəriətə müvafiq olub-olmaması barədə şəriət şurasından icazə alırlar. Göründüyü kimi, belə bir struktur ənənəvi bankçılıqda müşahidə olunmur. İslam banklarının şəriətə zidd hər hansı bir fəaliyyəti onun İslam dünyasında reputasiyasının itirilməsinə səbəb ola bilər ki, bu da öz növbəsində mövcud və potensial depozitorları və müştəriləri itirməklə bankın mövcudluğuna böyük ölçüdə son qoya bilər.
4.4 Bazar riski
Məlum olduğu kimi, İslam Banklarının fəaliyyət istiqamətlərindən biri də Murabaha, Salam və İstisna alətləri vasitəsilə həyata keçirilən əməliyyatlardır. Məhz bu əməliyyatların subyekti olan mallar (əmtəələr) bankların aktivləri hesab olunur. Bu malların qiymətlərinin enməsi isə bankın balans hesabatında aktivlərinin dəyərdən düşməsi ilə nəticələnir və bu hal özünü İslam Bankları üçün spesifik olan (və ənənəvi bankçılıqda məlum səbəbdən müşahidə olunmayan) bazar riski formasında biruzə verir.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin