Ağayev Samir



Yüklə 1,34 Mb.
səhifə69/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   65   66   67   68   69   70   71   72   ...   162
4.6 Valyuta riski
Hər iki sistemin məruz qaldığı risk növlərindəndir. Burada da ənənəvi bankların İslam Banklarına nisbətdə müəyyən üstünlüyü var. Ənənəvi banklar maliyyə derivativlərindən rahat istifadə edərək valyuta kursunun dəyişməsi ehtimalı ilə üzə çıxan riskləri daha yaxşı idarə edə bilirlər, lakin İslam Maliyyə Sistemində maliyyə derivativləri qadağan olunur. Buna görə də İslam Bankları xarici ölkələrdə əməliyyatlar zamanı itkilərə məruz qala bilərlər.

Bütün bu faktorlar Beynəlxalq Valyuta Fondunun rəsmi saytında İslam Bankları haqqında 2008 – ci ildə aparılan tədqiqatların nəticələrinə dair dərc olunan kitabda da öz əksini tapıb. Bu nəticələrə görə, kiçik İslam bankları böyük İslam banklarına nisbətdə daha səmərəlidir. Lakin daha böyük miqyasda əməliyyatlar zamanı İslam bankları daha az səmərəlidir. Bunun da səbəbi kiçik bankların böyük banklara nisbətdə daha çox komisyon gəlirləri və minimal riskli investisiyalara üstünlük verməsi ilə izah olunur. Böyük miqyasda əməliyyatlar zamanı isə banklar yuxarıda qeyd edildiyi kimi risklərin və likvidliyin idarə edilməsi problemləri ilə üzləşir ki, bu da onların kiçik banklara nisbətdə daha səmərəsiz olması ilə nəticələnir.1



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin