Ağayev Samir



Yüklə 1,34 Mb.
səhifə71/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   67   68   69   70   71   72   73   74   ...   162
4.10 Makroiqtisadi Siyasi risklər
Hər iki sistemdə müşahidə olunur və hər iki bankçılıq üçün eyni məzmunu daşıyır.
4.11 İslam Bankları üçün kapital adekvatlığı
Bildiyimiz kimi, İslam Maliyyə İnstitutları üçün mühasibat / audit / kapital adekvatlığı standartlarını hazırlayan, likvidliyin və digər risklərin idarəedilməsinə dair direktivlər müəyyənləşdirən AAOIFI (Accounting and Auditing Organisation for Islamic Financial Institutions) və IFSB (Islamic Financial Services Board) kimi təşkilatlar var. 2006-cı ildə IFSB (Islamic Financial Services Board) İslam Maliyyə İnstitutları üçün kapital adekvatlığı standartı (Capital Adequacy Standard) və İslam Bankları üçün risklərin idarəedilməsinə dair direktiv hazırlayıb. Kapital adekvatlığı standartı (KAS) bankın kredit, bazar, əməliyyat və s. risklərini idarə etmək üçün müəyyən tələblərdən ibarətdir və ənənəvi banklar üçün tərtib olunmuş Basel II standartına ekvivalent hesab olunur.

“KAS”la Basel II1 arasında əsas fərq maliyyə institutunun orta çəkili riskli kapitalının hesablanmasındadır. İslam Bankçılığında investisiya hesabları üzrə qəbul olunmuş depozitlər (mənfəət və zərərə şərik olmaqla cəlb olunmuş vəsaitlər - Mudarabah) vasitəsilə maliyyələşdirilən aktivlər institutun kapitalı üçün risk xarakteri daşımır, ona görə IFSB bu vəsaitlərin məbləğini ümumi orta çəkili riskli aktivlərdən çıxmağa icazə verir. AAOIFI isə öz müvafiq standartında bu aktivlər üçün 50%-lik risk dərəcəsi müəyyənləşdirir və bu məbləğin 50%-i ümumi orta çəkili riskli aktivlərdən çıxmağa icazə verir. Bu onunla izah olunur ki, bu tip aktivlər institutun kapitalı üçün risk xarakteri daşımasa da kapital (equity) da hesab oluna bilməz, çünki, investisiya hesabları, sahiblərinə səhmlər kimi səs vermə hüququ vermir.


Yekun
İslam Banklarının risklərinin idarəedilməsi sahəsində hələ də ciddi problemlər qalmaqdadır. Bu məqsədlə aşağıdakı tədbirlər həyata keçirilməlidir:

• İslam Banklarının rahat fəaliyyətini təmin etmək üçün qanunvericilik məhdudiyyətləri aradan qaldırılmalıdır.

• Bu sahədə beynəlxalq standartlar təkmilləşdirilməli və standartların tətbiqinin məcburi xarakter daşıması üçün müvafiq hüquqi rejimlər və bazalar yaradılmalıdır.

• Likvidlik risklərinin daha effektli idarəedilməsi üçün İslam İnterbank bazarları və likvid qiymətli kağızlar bazarı formalaşdırılmalıdır. Baxmayaraq ki, bu, İslam Maliyyə Sistemində çox çətindir, çünki İslam dini əməliyyatların real aktiv təminatlı (asset –based) olmasını tələb edir.

Şəriətə zidd fəaliyyət risklərinin idarəedilməsi üçün yüksək kvalifikasiyalı İslam alimlərinin saylarının artırılmasına ehtiyac var. Düzdür, İslam Banklarında şəriət şurası fəaliyyət göstərir. Lakin şəriət şurasında təmsil olunan ekspertlərin sayı o qədər azdır ki, bir ekspert bəzən 15 ayrı-ayrı İslam Bankının şəriət şurasında təmsil olunur.1 Bu isə öz növbəsində onların (şəriət ekspertlərinin) işinin effektliliyini aşağı sala bilər.

• Ümumilikdə İslam Banklarının və onların risklərinin effektli idarəolunması üçün yüksək ixtisaslı kadrların çatışmazlığı mövcuddur. Bu çatışmazlığı aradan qaldırmaq üçün universitetlər, professional dərəcələr təklif edən institutlar son zamanlar İslam Maliyyəsi / Bankçılığı / Sığortası üzrə elmi dərəcəli akademik proqramlar, beynəlxalq kvalifikasiyalar açsalar da hələ də bu sahənin ehtiyac duyduğu kadrlara tələb ödənilmir. Bu tendensiya davam etməli və daha da qlobal xarakter daşımalıdır.





  1. Yüklə 1,34 Mb.

    Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin