Ağayev Samir


Qanunvericilik Bazası İslam Maliyyə Sistemi qarşısında ən böyük əngəl kimi



Yüklə 1,34 Mb.
səhifə92/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   88   89   90   91   92   93   94   95   ...   162
1.1 Qanunvericilik Bazası İslam Maliyyə Sistemi qarşısında ən böyük əngəl kimi
İslam Maliyyə Sisteminin qlobal miqyasda qarşısında duran ən böyük problem dövlətlərin qanunvericiliyidir. Hal-hazırda yalnız Paksitan, İran və Sudan respublikalarının bank sisteminə dair qanunları tam İslam qaydalarına əsaslanır və ya ən azından İslami hüquqi çərçivəyə malikdir. Ərəb dövlətləri ənənəvi bankların öz ərazilərində fəaliyyətinə icazə versələr də, yerli əhalinin dindar təbəqəsi İslam Banklarının xidmətlərindən istifadə edir. Bu dövlətlər İslam Bankları haqqında ayrıca qanun qəbul edib. İslam Bankları haqqında qanunvericiliyin olmadığı dövlətlərdə isə bu maliyyə institutlarının fəaliyyəti böyük problemlərlə üzləşir. Bunları nəzərə alaraq bu tip bankingin fəaliyyətində maraqlı olan dövlətlər yalnız bu institutların fəaliyyətinə icazə verən ümumi qanunların qəbul olunması ilə qalmır, həm də stimullaşdırma məqsədilə vergi qanunvericiliyində də müəyyən dəyişikliklər edirlər. Bu konteksdə İslam Maliyyə İnstitutlarının üzləşdiyi bəzi çətinliklərə nəzər salaq.

İlkin qanunvericilik bazası olaraq İslam Bankları ölkələrdə ayrıca İslam Bankları haqqında qanunun olmaması və ya mövcud qanunun İslam Banklarının fəaliyyətini nəzərdə tutmaması səbəbindən ciddi problemlərlə üzləşirlər. Çünki, banklar haqqında əksər dövlətlərin qanunu banklara malların ticarətini və bankların başqa şirkətlərə investisiya qoymasını qadağan edir ki, bu da İslam Bankçılıq praktikasında tətbiq olunan Murabaha, Muşarakah və Mudarabah alətlərinin tətbiqini imkansız edir. Bundan başqa, qanuna görə İslam Banklarının Mərkəzi Bankla münasibətləri aydın olmur və İslam Bankları Mərkəzi Bankın hər hansı bir şəkildə tənzimləmə metodlarından kənarda qalır. İslam Banklarının fəaliyyət göstərdiyi ölkələrin praktikası göstərir ki, bu bankların fəaliyyətində maraqlı olan dövlətlər ya ayrıca qanun qəbul edir (məsələn Malaziya, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Livan və s.), ya mövcud qanuna düzəlişlər edərək vahid qanun çərçivəsində ikili bank sistemini tənzimləyir (məsələn İordaniya, Küveyt, Türkiyə və s.), ya da qanundan daha aşağı hüquqi qüvvəli sərəncamlar verir və ya normativ sənədlər müəyyənləşdirir.

Qanunvericilik bazası ilə bağlı İslam Maliyyə İnstitutları qarşısında duran digər böyük bir maneə mövcud vergi rejimləridir. Məlumdur ki, dövlətlərin əksəriyyətində mövcud vergi qanunvericiliklərinə əsasən depozitlərə və digər cəlb olunan vəsaitlərə görə ödənilən faizlər faiz xərci kimi mənfəətdən çıxılır və vergiyə cəlb olunmur (tax deductible). Amma İslam Banklarının investisiya hesabları üzrə qəbul olunmuş depozitlərə görə ödədiyi məbləğlər də vergiyə cəlb oluna bilər, çünki onlar faizlə borc götürə bilməzlər. Beləliklə, ənənəvi banklar leverage imkanlarından yararlana bilir, buna görə də daha mənfəətli olurlar. Lakin, artıq İngiltərədə İslam Banklarının vergi yükünü azaltmaq üçün vergi qanunvericiliyində investisiya hesabları üzrə cəlb olunmuş vəsaitlər ənənəvi bank depozitləri üzrə ödənilən faizlər kimi vergidən azad olunub. Bu da İslam Banklarının mənfəətinin artımına səbəb olacaq (və ya ola bilər). Həmçinin bu dəyişiklik İslam istiqrazları hesab edilən Sukuklara da şamil olunur ki, bu da öz növbəsində İngiltərədə Sukuk emisiyasını daha da stimullaşdıracaq və genişləndirəcək. Türkiyə də analoji addımları atmaq niyyətindədir və bu proses artıq başlayıb.

Vergilərlə bağlı digər bir problem Murabaha əməliyyatı zamanı yarana bilər. Yuristiksiyalardan asılı olaraq Murabaha Əlavə Dəyər Vergisinə cəlb oluna bilər, çünki, bu əməliyyat satış üzərində qurulub.



MuşarakahMudarabah alətləri də vergi rejimi ilə bağlı böyük məhdudiyyətlərlə üzləşə bilər. Bu alətlər investisiya xarakteri daşıdığı üçün İslam Bankları əlavə olaraq kapital artımına görə vergiyə (capital gain taxes) və dividend vergisinə cəlb oluna bilər. Bütün bu sadalanan hallar isə öz növbəsində İslam Bankları üçün çox ağır vergi yükü ola bilər. Nəticədə İslam Maliyyə İnstitutları daha az mənfəətli və daha az effektli olur. Lakin, yuxarıda da deyildiyi kimi, bu tip xidmətlərin fəaliyyətində maraqlı olan dövlətlər vergi rejimlərinə müəyyən düzəlişlər edərək İslam Maliyyə xidmətlərini ənənəvi xidmətlərə bərabər tutur və nəticədə də hər iki mexanizm üçün bərabər şərait yaratmağa cəhd edir.

Qanunvericiliklə bağlı digər bir çatışmazlıq isə İslam Maliyyə İnstitutları üçün müflisləşmə haqqında dəqiq qaydaların və proseduraların olmaması hesab oluna bilər. Məlumdur ki, müflisləşmə zamanı kreditorlar imtiyazlarına uyğun olaraq sıralanırlar. İslam Maliyyə Sistemində isə ənənəvi qaydalar və proseduralar İslam Maliyyə İnstitutları və İslam Maliyyə alətləri üçün münasib olmaya bilər. Məsələn, bankın investisiya hesabları üzrə qəbul etdiyi depozitlər ənənəvi depozit sahibləri kimi qəbul edilərək müflisləşmə halında təmin oluna bilərlər. Halbu ki, İslam Bankçılıq modelində bu hesabların sahibləri risk daşıyır və onların təminatı müəyyən kreditorlardan daha əvvələ keçirilə bilməz. Buna görə də İslam Maliyyə İnstitutlarının müflisləşməsi ilə bağlı münasib qaydaları və proseduraları dəqiq müəyyən edən hüquqi çərçivələrə ehtiyac var.



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin