Ağayev Samir


İslam Bankçılığında depozitlər risklidir



Yüklə 1,34 Mb.
səhifə98/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   94   95   96   97   98   99   100   101   ...   162
1.8 İslam Bankçılığında depozitlər risklidir
İslam Banklarında gəlirli depozitlər investisiya xarakteri daşıdığı üçün dəyişkən gəlirli və risklidir. Amma ənənəvi banklarda depozitlər sabit gəlirlidir və əksər hallarda sığortalanır. Bu reallıq da müasir maliyyə sistemində İslam Banklarının çatışmazlığı kimi özünü göstərir.
1.9 Takafulla bağlı çatışmazlıqlar
İslam Maliyyə Sistemində ənənəvi sığorta mexanizminə alternativ hesab edilən Takafulun bir neçə istiqamətdə çatışmazlığı var. Bunlardan birincisi fondun menecmenti zamanı meydana çıxır. Yəni, Takaful operatoru adlanan fondun meneceri mənfəəti artırmaqda maraqlı olmaya bilər (xüsusilə vakala modelində) və ya fondun sahiblərinin (sığortalanan tərəflərin) maraqları istiqamətində fəaliyyət göstərməyə bilər. Sığortalanan tərəflərin fondun fəaliyyətinə nəzərət etmək alətləri və mexanizmləri isə Takaful üçün əlavə məhdudiyyətlər yaradır.

Takafulun ənənəvi sığorta ilə müqayisədə digər çatışmazlığı isə risklərin idarəedilməsi ilə bağlıdır. Takafulda bazar riskləri daha böyükdür. Çünki, faiz qadağası səbəbindən Takaful fondları ənənəvi sığorta şirkətləri kimi sabit gəlirli və risksiz maliyyə alətlərinə (məsələn dövlət istiqrazları, korporativ istiqrazlar) investisiya edə bilməzlər. Nəticədə Takaful şirkətləri səhm və daşınmaz əmlak kimi riskli alətlərə investisiya etmək məcburiyyətində qalırlar. Bu da öz növbəsində Takaful şirkətləri üçün böyük bazar riski yaradır.




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin