Yazıçının əsərləri rus, qırğız, türkmən və tacik dillərinə tərcümə edilmişdir.
Əlfi Qasımov 1985-ci ilin 12 martında qəflətən vəfat etmişdir.
Müasir Azərbaycan nəsrində öz yazı manerası, öz üslubu olan Əlfi Qasımov doğma Azərbaycanda deyil, eyni zamanda kənar respublikalarda da yaxşı tanınır və sevilir. Əlfi Qasımovu oxuculara sevdirən, hər şeydən əvvəl, mövzularının yeniliyi, rəngarəngliyi, problemlərin çoxluğu və aktuallığı, böyük sənətə xalq ruhundan, milli ənənələrdən müasir tələb və ehtiyaclardan gəlməsi və novator sənətkar olması idi. O, əsərlərini zəngin həyati müşahidələri əsasında yazan realist yazıçılarımızdan olmuşdur. Ədibin yaradıcılığı həm mövzu əhatəliyi, həm də janr üslubu baxımından çoxcəhətlidir.
.
Əvvəldə qeyd etdiyimiz kimi bu il oxucuların sevimlisi Əlfi qasımovun 90 illik yubileyi qeyd ediləcək.Yubiley ilində kitabxanalar fəal iştirak etməli, yazıcının həyat və yaradıcılığı geniş oxucu kütlələri arasında təbliğ olunmalıdır.
Görkəmli yazıçı Əlfi Qasımovun anadan olmasının 90 illik yubileyi ilə əlaqədar olaraq kitabxanalarda bir sıra tədbirlər; kitab müzakirəsi, oxucu konfransı, ədəbi-bədii gecə, kitab sərgisi, dəyirmi masa, məlumat həftəsi , sual –cavab gecəsi ,xatirə gecəsi, inşa müsabiqəsi və sair tətbirlər keçirilə bilər.
Tədbirləri aşağıdakı başlıqlar altında “ Əlfi Qasımov -90”,” Unutmadığımız qəhrəman obrazların müəllifi”,”Yeniləşən ədəbiyyatımızın yeni insanı “, “ Ə. Qasımov yaradıcılığına vətən sevgisi”, “ Azərbaycan ədəbiyyatında Ə. Qasımov yaradıcılığı “,” Ə. Qasımovu xatırlayərkən “, “ Ə .Qasımv yaradıcılığında ən çöx sevdiyim ədəbi qəhrəman “, “ Unudulmaz yazıçı Ə. Qasımov” və sair başlıqlar altında keçirmək olar.
Qeyd etmək lazımdır ki, kitabxanalarda ədəbiyyatın təbliğinin forma və metodları müxtəlifdir. Ümumiyyətlə , çalışmaq lazımdır ki , tədbirlər forma və məzmunca maraqlı , təsirli olsun , görkəmli yazıçımız Əlfi Qasımovun həyat və yaradıcılığı , onun Azərbaycan ədəbiyyatında mövqeyi haqqında oxucularda tam təsəvvür yaratsın. Hər bir kitabxanaçı keçirilən yubiley tədbirlərinə yaradıcı münasibət bəsləməli , onun yüksək ideya və bədii səviyyədə keçirilməsinə çalışmalıdır.