Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi
Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Mərkəzi kitabxananın Metodika və biblioqrafiya şöbəsi
Yaddaşlarda qalan acı həqiqətlər
(31 mart Azərbaycanlıların soyqırımının 100 illiyi münasibətilə )
(Metodik vəsait )
Zərdab -2018
31 mart –Azərbaycanlıların soyqırımı-100
1918
«Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha
başa gələ bilər.Azərbaycanlılara qarşı zaman-
zaman tördilən bu ağır cinayətləri unutmamaq,
böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə
qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm
vəzifədir».
Ümummilli lider Heydər Əliyev
1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 100 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxmışdır. Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırım və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmiş və Azərbaycan xalqının yer üzündən tam silmək kimi iyrənc niyyətlərini bütün çılpaqlığı ilə üzə çıxarmışdır. Özlərini dünya ictimaiyyətinə “ yazıq millət, əzabkeş xalq “ kimi qələmə verərək azərbaycanlılara qarşı bu vəhşiliyi, amansız soyqırımı Bakıda,Qübada,Şamaxıda , Lənkəranda, Salyanda,Göyçayda və başqa onlarca Azərbaycan ərazilərində bolşevik adı ilə pərdələnmiş S. Şaumyanın rəhbərlik etdiyi Bakı Komunası hökumətinin əli ilə keçirdilər.
Bakı qırğınında Y. Koqanov və Petrovla birlikdə azərbaycanlı qanina sussamış A. Mikoyanın, Avetisyanın , Lalayanın quldur dəstələri xüsusi fəallıq göstərmişlər.Bakıda erməni daşnakları dinc əhaliyə üç gün divan tutmuş , 12 min azərbaycanlını məhv etmiş, müsəlman məhəllələrini talayıb –çapmış, “ İsmailiyə” binasını yandırmış,, bir neçə qəzet və jurnal redaksiyasını dağıtmışlar. A. Mikoyanın “ Qızıl qvardiyasının “ vəhşiliyi nəticəsində İçərişəhərdə yaralılar yatan xəstəxanaya od vurulmuş, 2 minədək xəstə yandırılmış, qaçanlar isə güllələnmişdir.Bakı ilə yanaşı , ermənilər Azərbaycanın digər şəhərlərində - Qərbi Azərbaycanda , Naxçıvanda, Zəngəzurda, azərbaycanlılar yaşayan başqa bolgələrdə onlara qarşı tarixdə görünməmiş qəddarlıq etmiş, azərbaycanlılara divan tutmuşlar.
Erməni quldurları Bakıdakı milli qırğınla kifayətlənməyib, 1918 - ci yazında Şamaxıda,Quba, Xaçmaz bölgələrində , Salyanda, Lənkəranda və başqa yerlərdə də azərbaycanlılara qarşı soyqırım törətdilər.
Şamaxıda qırğın törətmək üçün 1918- ci ilin əvvəllərində oraya 2mın nəfər erməni və 65 araba silah göndərilmiş, ermənilər tam silahlandırılmışdılar.Lalayan və Əmiryanın başçilıq etdikləri erməni quldurları 15 minlik əhalisi olan Şamaxı şəhərini və qəzanın 58 kəndini dağıtmış 12 min soydaşımızı qətlə yetirmişlər.
1918- ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 min azərbaycanlı qətlə yetirmiş,10 minlərlə insanı öz torpaqlarından qovmuşlar.1918-1020 –ci illərdə ermənilər Bakı quberniyasında 229, Gəncə quberniyasında 272, İrəvan quberniyasında 211,təkcə Zəngəzurda 115.Qarabağda 157, Qars əyalətində 92.Iğdır və Eçmiəzdin qəzalarında 60,Göycə quberniyasında 22, Sürməli qəzasında 96, Yeni Bəyaziddə 84, Şərurda 76, Vedibasarda 118, Dərələyəzdə74 kəndi yerlə -yeksan etmiş , yandırmış, və əhalisinin çoxunu qırmışdılar.Daşnaklar həmin illərdə Qərbi Azərbaycanda ( indiki Ermənistanda ) qədim ata-baba yurdlarında yaşayan 565 min azərbaycanlını məhv etmişdilər.Andranik Ozanyan Qarabağ, Şuşa, Zəngəzur, Cavanşir , Cəbrayıl qəzalarında azərbaycanlıları kütləvi surətdə qırmış, qılıncdan keçirmişdi.
Ümumiyyətlə , araşdırmalar nəticəsində sübut olunmuşdur ki, erməni hərbi birləşmələri 1914-1916- cı illərdə Azərbaycanın cənubunda150 min,Şərqi anadoluda, tarixən azərbaycanlıların yaşadığı bölgədə 200min,1918-1920- ci illərdə Azərbaycanda 250 min, Qərbi Azərbaycanda 132 min azərbaycanlını vəhşicəsinə qətlə yetirmişlər.
1918- ci il iyulun 15-də Azərbaycan Demokratik respublikasının yaratdığı Fövqəladə Tədqiqat Komissiyası bu qırğınla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib.1919-cu ildə Azərbaycan parlamenti 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib.
1919 və 1920 - ci ilin mart ayının 31 iki dəfə Azərbaycan Cümhuriyyəti tərəfindən matəm günü kimi qeyd edilmişdir.Lakin cümhuriyyətin süqutu o dövrdə yaradılan fövqəladə istintaq kommissiyasının işini başa çatdırmağa imkan verməmişdir.
1918-ci ilin yazında Bakı şəhərində və Azərbaycan qəzalarında daşnak-bolşevik birləşmələrinin türk müsəlman əhalisinə qarşı törətdikləri vəhşiliklər istər hüquqi baxımdan, istərsə də siyası cəhətdən soyqırım kimi qiymətləndirilməlidir
Müstəqil Azərbaycan Respublikası Azərbaycan Cümhuriyyətinin varisi kimi ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən bütün soyqırım faciələrinə hüquqi-siyasi qiymət verilməsi missiyasını öz üzərinə götürdü. Məhz həmin missiyadan çıxış edərək mərhum prezident Heydər Əliyevin 26 mart 1998- cil tarixli fərmanı ilə” 31 mart Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir.
1998-ci ildən bəri respublikamızda 31 mart hər il Azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilir.
Bu il 31mart Azərbaycanlıların Soyqırımının 100-cü idönumudür. 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2018 ci il tarixli Sərəncam imzalamışdır.
1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümü münasibətilə kitabxanalar qarşısında mühüm vəzifələr durur. Kitabxanalarda faciənin yüzüncü ildönümü münasibətlə tədbirlər planı hazırlanmalıdır.Bununla yanaşı, kitabxanalar soyqırımla əlaqədar olaraq çap olunmuş ədəbiyyatı düzgün komplektləşdirməli, kataloq və kartotekalarda xüsusi rubrikalar açmalıdırlar və nəşr olunmuş materialları vaxtaşırı orada əks etdirməlidirlər.
Kitabxanaların əməkdaşları nəzərə almalıdırlar ki, 31 mart Azərbaycanlıların soyqırımı günü tariximizin qanlı səhifələrindən biridir. Elə buna görə də kitabxanalar müasir oxucuları və geniş ictimaiyyəti tanış etmək üçün əyani və şifahi təbliğat formalarından: foto-sərgi , kitab sərgisi , məruzə , mühazirə, dəyirmi masa, ktab müzakirəsi, kitab həftəsi, söhbət, oxucu konfrası, biblioqrafik icmal və s. bu kimi ənənəvi formalardan önəmli şəkildə istifadə etməlidirlər. Tədbirləri aşağıdakı başlıqlar altında təşkil etmək olar:
“ Erməni vəhşiliklərini unutma “, “ Yaddaşlarda qalan acı həqiqətlər “, “ Qanla yazılan tarix ”, “ 31 mart Azərbaycanlıların soyqırımı günüdür”, “ Unudulmayan tarix “, “ Tarixi həqiqətlər şahidlik edir “, “ Tariximizin faciəli səhifəsi “, “ Yaddaşlara yazılan tarix “, “31 mart Azərbaycanlıların soyqırımı -100 “ və sair .
ƏDƏBİYYAT
-
Əliyev , N. 1917- 1920 –ci illərdə Azərbaycanda türk - müsəlman soyqırımları ilk mənbələrdə / N. Əliyev ; elmi red. İ. Musa; red. A. Əliyev .- Bakı : Nurlan ,2009 .- 203 s.
-
İsgəndərov , A . Azərbaycanda türk - müsəlman soyqırımı probleminin tarixşünaslığı : 1918- 1920 / A. İsgəndəroğlu; elmmi red. Y. Mahmudov , F. İbrahimli ; xüsusi red.Ş. Yaqubov .- Bakı : Adiloğlu , 2006.- 396 s.
-
Azərbaycan tarixi: 7 cilddə. 5 cild.- Bakı : Elm ,2001.- 672 s.
-
İmranoğlu, Ayaz . Erməni Vəhşiliyi – Ətürpədici Cəzalar / A . İmranoğlu, İ. Atabəyli .- Bakı : Yeni Poliqrafist MMC , 2010.- 189 s.
-
Müslumqızı ,S . Qar üstünə qan yağırdı / S. Müslümqızı .- Bakı : Azərnəşr, 1993 .- 174
-
Sultanov, Z. Ürək dözmür ayrılığa / Z. Soltanov .- Bakı : Adiloğlu, 2011.- 279 s.
-
Sultanov , Z. Xocalı faciəsi / Z. Sultanov; red. H. Sadıqov və ön söz. müəl.Q. Xəlil . – Bakı: İşıq, 1993 .-104 s.,şək.
-
Elli, E. Əsir harayı / E. Elli ; red. H. Musabəyli .- Bakı : Nərgiz nəşriyyatı, 2013 .- 198 s.
-
Elcanlı , S. Sükutun sonu : Romanlar ; povestlər və hekayələr.- Bakı : Şirvan nəşr ,2003 .- 928 s.
-
Bədəlov, Ə. Beynəlxalq ictimaiyyət erməni terrorizminə “Yox “deməlidir! / Ə. Bədəlov // Xalq qəzeti .- 2012 .- 6 sentyabr.- s 4.
-
Məmmədov ,V . Erməni vəhşiliyinin qurbanları / V. Məmmədov // Respublika .- 2012 .- 1 aprel .- s .3.
-
İsmayıl , E . Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları tarixi faktlar əsasında / E . İsmayıl // Xalq qəzeti .- 2013.- 31 mart.- s .2.
-
31 Mart Soyqırımı : Erməni terrorizminin növbəti səhifəsi // iki sahil .- 2013.- 30 mart.- s.6-7.
-
Rzalı , R. Erməni vəhşiliyi iki əsrdir davam edir [ Mətn] / R. Rzalı // Azərbaycan .- 2013 .- 31 mart .- s. 3.
-
Seyidzadə , H. T. Erməni vəhşiliyinin unudulmaz izləri / H. T. Seyidzadə // Azad Azərbaycan .- 2013.- 31 mart .- s.4
-
Turan , A . Mart soyqırımı : Bəşəriyyət sussa da, faktlar susmur // Xalq qəzeti .- 2013 .- 30 mart.- s 4.
-
1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında: Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 18 yanvar 2018-ci il // Azərbaycan.- 2018.-19 yanvar.-№13.- S.1
-
Mart soygırımı xalqımızın tarixində qanla yazılmış səhifədir // Azərbaycan.- 2016.-1 aprel.-S.5
-
Mahmud, Əvəz Lələdağ .Azərbaycanlıların soyqırımı tarixin qanlı səhifəsidir //Xalq qəzeti .- 2016.-24 aprel.- S.6.
Tərtib etdi : Metodika və biblioqrafiya şöbəsinin müdiri- G. Qasımova Redaktor: Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti-Ş.Abdullayeva
Dostları ilə paylaş: |