Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 64.74 Kb.
tarix14.07.2018
ölçüsü64.74 Kb.



Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi

Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Mərkəzi kitabxananın Metodika və biblioqrafiya şöbəsi

c:\users\user\desktop\images.jpg

Milli İftixar Günümüz - 28 May 1918-ci il

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə

Metodik vəsait

Zərdab- 2018

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik

yubileyi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur.



Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.

XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli teatrın, məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırladı. Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə başlayan bu yolu yeni tarixi mərhələdə Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmli şəxsiyyətlər davam etdirərək milli məfkurənin təşəkkülü və inkişafına mühüm təsir göstərirdilər. Həmin dövrdə güclü sahibkarlar təbəqəsinin formalaşdığı neft şəhəri Bakı, eyni zamanda, milli ruhlu ziyalılar nəslinin yetişdiyi ictimai-siyasi fikir mərkəzinə çevrilmişdi. Rusiyanın Dövlət dumalarına və Müəssislər məclisinə seçilmiş azərbaycanlılar müstəmləkədən azad, demokratik dövlət sistemi yaratmağa hazır idilər.

Bununla yanaşı, Rusiyada çarizmin süqutundan sonra bolşeviklərin hakimiyyəti ələ keçirməsi ilə keçmiş imperiya ərazisində mürəkkəb geosiyasi vəziyyət yaranmışdı. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə marağının siyasi çarpışmaları daha da gərginləşdirdiyi belə bir şəraitdə Azərbaycanın tərəqqipərvər siyasi elitası müstəqil milli dövlətçiliyin yaradılması naminə birləşdi.

1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq, bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

1991–ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

3. Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 16 may 2017-ci il

Azərbaycan Xalq Cümhuriyyəti - 100

1918-1920

1918- ci il may ayının 28- də Azərbaycan Xalq Cümhuriyyəti – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradılmışdır. Bu demokratik respublika millətimizin tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşur.

Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Demokratik Cümhuriyyət Türk və İslam dünyasında ilk Parlamentli Respublika və ilk demokratik,hüquqi və dünyəvi dövlət nümunəsi idi.

1918- ci il may ayının 28- də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını elan etdi. Bu tarixi sənədə görə Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibətləri quracaqdı. Müstəqil Azərbaycan dövlətinin təşkil idarəsi Xalq cümhuriyyəti idi. Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyiski seçilmişdi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülmüşdü. 1918- ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə Bakı daşnak-rus qüvvələrindən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.

1918-ci il 9 noyabr tarixdə M. Ə. Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edildi.O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdə idi.

1918- ci il dekabr ayının 7- də Azərbaycan Parlamentinin ilk iclası keçrildi . Mili parlamentin təşəkkül tarixi də elə bu taxdən başlayır. Müstəqil Azərbaycan qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə etmişdi. Cümhuriyyət dövründə mili bank, mili pul, 40 minlik nizami ordu, Azərbaycan Teleqraf Agentliyi yaradıldı, Yelzavetbol yenə də Gəncə , Qaryagin Cəbrayıl adlandırıldı.Orden,medal, gerb ,himn, üç rəngli bayraq qəbul edildi. Ümumən xalqın savadlanmasına böyük ehtiyacın olduğunu dərk edən Azərbaycan hökumətinin başlıca vəzifələrindən biri də xalq maarifinin inkişafı, xüsusilə ali təhsil müəssisələrinin yaradılması idi. 1919-cu ildə Bakıda Dövlət Universiteti, müəllim kadrları hazırlayan Darülmüəllim açıldı. Firudin bəy Köçərlinin rəhbərliyi ilə Zaqafqaziya müəllimlər seminariyasının Azərbaycan bölməsi Gürcüstanın Qori şəhərindən Qazaxa köçürüldü. Yüz nəfər tələbə ali təhsil almaq məqsədilə xarici ölkələrə göndərildi. Məktəblərin milliləşdirilməsinə, latın əlifbasına keçmək üçün hazırlıq işlərinə başlanıldı. 1919-cu ildə artıq Azərbaycanda 700-ə qədər məktəb vardı. Uğurlu təhsil siyasəti nəticəsində hələ köhnə düşüncənin hökm sürdüyü bir şəraitdə, qızların məktəbə cəlb olunmasına nail olundu. 50 minə yaxın şagird kontingentinin 2 mini qızlardan ibarət idi.

Azərbaycan yenə də elm, maarif və mədəniyyətin, siyasi, ictimai və ədəbi fikrin aparıcı istiqamətlərində Yaxın Şərq məkanında irəlidə gedirdi. Təsadüfi deyil ki, Məmməd Əmin Rəsulzadə bu öncüllükdən iftixar duyğusu ilə söz açırdı: "Şərq ölkələri arasında ilk türk dramaturqu azərbaycanlı, ilk türk bəstəkarı azərbaycanlı, məzhəb uzlaşmazlığını ilk ortadan qaldıran yenə azərbaycanlı, əlifba islahatını ilk düşünən azərbaycanlı, nəhayət, islam aləmində ilk dəfə cümhuriyyət elan edən də azərbaycanlıdır.

Cümhuriyyətin böyük uğurlarından biri də 1920- ci il yanvarın 11- də Paris Sülh Konfransında Azərbaycanın müstəqil bir dövlət kimi tanınması idi.Lakin ölkənin öz neftini xarici bazatlara çıxarmaqdan təcrid edilməsi nəticəsində yaranmış siyasi ,iqtisadi və sosial böhrangüclənirdi.Parlament daxilində hökm sürən hərc-mərclik, Qarabağda və Zəngəzurdakı erməni silahlı dəstələri ilə qarşıdurmalar gündən - günə dərinləşirdi.Belə bir şəraitdə Azərbaycan Demokratik Respublikası cəmi 23 ay fəaliyyət göstərə bildi.Azərbaycan Xalq Cümhuriyyəti 1920- ci il aprelin 28- də bolşeviklərin hücumuna məruz qalaraq müvəqqəti olaraq devrildi.1922- ci ildə SSRİ Azərbaycanı məcburı surətdə öz tərkibinə daxil etdi.

Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

Nəhayət 1991- ci ildə M. Ə. Rəsulzadənin “Bir kərə yüksələn bayraq ,bir daha enməz! “ şüarı öz əksini tapdı.Sovet imreriyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.1991–ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan xalqımız hər il Respublika Günü olaraq dövlət bayramı kimi təntənə ilə qeyd edir.

Bu vəsaiti Azərbaycan xalq Cümhuriyyətinin 100 iliyi münasibətilə sizə təqdim edirik. Vəsaiti sizə təqdim etməkdə əsas məqsədimiz oxucuların bu gün haqqında olan məlumatlarını daha da artırmaqdır. Azərbaycan Xalq Cümhuriyyətinin 100 iliyi ilə bağlı keçiriləcək tədbirlər haqqında məlumatlarla kitabxana işçiləri vəsaitimiz vasitəsilə yaxından tanış ola bilər və işini qura bilər.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar

kitabxanalarda keçiriləcək tədbirlər

Bu il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsini təmin etmək məqsədi Azərbaycan Respublikası Prezidenti 16 may 2017-ci il tarixli Sərəncam imzalamışdır. Hazırda respublikamızın hər yerində bu möhtəşəm yubileyə geniş hazırlıq tədbirləri görülür.Bununla əlaqədar qarşıda duran vəzifələri layiqincə yerinə yetirmək üçün birinci növbədə bütün kitabxanalarda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlanmalıdır. Tədbirlər planında əyani və şifahi təbliğat formaları öz əksini tapmalıdır. Kitabxanalar bütün kütləvi tədbir formalarından istifadə edərək Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə, cümhuriyyətin qurulmasında mühüm rulu olan görkəmli ictimai-siyasi xadimlərin həyat və fəaliyyətləri haqqında olan nəşrlərin, müstəqillik illərində Azərbaycan Respublikasının keçdiyi zəngin inkişaf yolunda qazandığı nailiyyətlərə, xalqımızın milli tarixinə, , vətənpərvərlik ideyalarına dair nəşr olunmuş ədəbiyyatları təbliğ etməlidirlər.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar kitabxanalarda kitab sərgisi,məlumat guşəsi ,foto sərgilər ,məruzə, mühazirə, oxucu konfransı, əbədi - bədii kompozisiya, kitab müzakirəsi, dəyirmi masa, məlumat həftəsi, oxucu günü, söhbət,bilik yarışması və. s. tədbirlər təşkil edilməlidir. Tədbirləri aşağıdakı başlıqlar altında təşkil etmək olar: “Mili iftixar günümüz :28 may 1918-ci il”,”Azərbaycan Xalq Cümhuriyyəti 100 “, “ Milli oyanışın məntiqi nəticəsi - Azərbaycan Xalq Cümhuriyyəti -100”, “Azərbaycanın dünyaya tanıdılmasından 100 il ötür “, “ Bir kərə yüksələn bayraq, bir daha enməz “, “Azərbaycan Xalq Cümruriyyətinin yaranması və fəaliyyəti”,“ Azərbaycan Xalq Cümhuriyyətini ərsəyə gətirən fədakar insanlar”,“İstiqlal bayramı : Azərbaycan Xalq Cümhuriyyəti 100”, “Tarix unudulmur: 28 may 1918-ci il “,” Xalqımızın müstəqillik uğrunda mübarizə tarixinin şanlı səhifəsi “,“28 may 1918- ci il: Azərbaycan xalqının tarixində dönüş mərhələsi”,”Bugünkü müstəqil dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir”,“ 28 may Azərbaycanın istiqlal günüdür “, “ 28 may 1918- ci il : Adı da , amalı da yaşayır “, M. Ə. Rəsulzadənin Azərbaycan dövlətçilik tarixində roluvə sair.

Tədbirlərin başlanğıcı kimi kitab sərgilərinin təşkili vacibdir. Sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, cümhuriyətin görkəmli xadimləri haqqında və Azərbaycan Respublikasının dövlət müstəqilliyi ilə bağlı nəşr olunan kitabları, dövrü mətbuat materiallarını nümayiş etdirmək olar. Sərgilərin təşkilində sitatlar, izahlı mətnlər də öz əksini tapmalıdır.

Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı kiçik yaşlı oxucular üçün Azərbaycan, Vətən, müstəqilliyimizlə, üçrəngli bayrağımızlala bağlı yazıçı və şairlərin əsərlərindən ucadan oxular, səhərçiklər hazırlamaqla onlarda vətənə məhəbbət aşılamaq, müstəqilliyimizin nə olduğunu başa salmaq olar.

Azərbaycan Xalq Cümhuriyyəti 100 illiyi ilə əlaqədar kitabxanalarda sual-cavab gecələri, viktorinalar, oxucular arasında bilik yarışmaları da təşkil etmək olar. Bu tədbirlər oxucuların Azərbaycan Xalq Cümhuriyyəti haqqında biliklərini üzə çıxardır, bilmədiklərini isə öyrədir. Kitabxanada keçiriləcək kütləvi tədbirlərin ən canlı və maraqlısı sual-cavab gecəsi və viktorinalardır. Sual-cavab gecələri və viktorinalar canlı söhbət və müsahibə şəklində keçirilir. Bu da oxucuları maraqlandıran sualların aydınlaşdırılmasına xidmət edir. Sualları aşağıdakı kimi tərtib etmək olar :

  • Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət Azərbaycan Xalq

  • Cümhuriyyəti nə vaxt yaranıb?

  • Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən kimləri tanıyırsınız?

  • İstiqlal Bəyannaməsi neçə bənddən ibarətdir və o dövrün sənədlərində necə adlanırdı ?

  • Azərbaycan Demokratik Respublikası ilk dəfə hansı dövlət tərəfindən rəsmi surətdə tanınmışdır?

  • Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı nə vaxt qəbul edilib?

  • Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranma tarixi haqqında nə bilirsiniz?

  • Azərbaycan Demokratik Respublikası nə qədər fəaliyyət göstərdi?

  • Azərbaycan Demokratik Respublikası neçənci ildə süqut etdi?

  • Azərbaycan Demokratik Respublikası nə vaxt məcburən SSRİ-nin tərkibinə daxil edildi?

  • Bir kərə yüksələn bayraq, bir daha enməz “ şüarı kim tərəfindən səslənib?

  • Bu il Azərbaycan Milli Ordusunun yaranmasının neçə illiyidir?

  • Niyə 17 noyabr ölkəmizdə “Dirçəliş Günü” kimi qeyd olunur?

  • 1988- ci il 17 noyabrda hansı hadisə xalqın qəzəbini gücləndirib oyanışa nə səbəb oldu?

  • Bu il ölkəmizdə Milli Dirçəlişimizin neçə ili tamam olur?

  • Azərbaycanın Dövlət müstəqilliyi haqqında konstitusiya aktı nə vaxt qəbul edilib?

  • Müstəqil Azərbaycan Respublikasının himninin sözləri və musiqisi kimindir?

  • Üç rəngli bayrağımızın rəngləri nəyi göstərir?

  • Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası nə vaxt qəbul edilmişdir?

  • Azərbaycan Konstitusiyası neçə maddədən ibarətdir?

  • Hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına,gerbinə və himninə hörmət etməlidir. Bu sözlər konstitusiyanın hansı maddəsində verilmişdir?




  • Azərbaycan Respublikasının Dövlət Bayrağının üzərində hansı təsvirlər vardır?



  • Bayrağın üzərində hansı rənglər var və bu rənglər nəyi ifadə edir?



  • Dövlət bayrağı günü nə vaxt elan olunub?



  • Azərbaycanın gerbi haqqında nə bilirsiniz?



  • Demokratiya nədir və demokratiya deyəndə nəyi başa düşürsünüz?



  • Azadlıq” sözünü necə başa düşürsünüz?



  • Kim azadlığa, demokratiyaya aid sitatlar söyləyə bilər ?

Bütün suallara düzgün cavab verən oxucular kitabxananın müdiriyyəti tətəfindən mükafatlandırılır.

Kitabxanalarda Azərbaycan Xalq Cümhuriyyətinin100 illiyi ilə bağlı kitabxanaçı oxucularla söhbət apara bilər. Bildiyimiz kimi kitabxana bilik məbədgahıdır, kitab və ədəbiyyat isə tərbiyə işində böyük qüvvədir. Cümhuriyyətinin təbliği, izahı və öyrədilməsində kitabxanaların özlərinə məxsus spesifik imkanları vardır. Yəni başqa sözlə desək, kitabxanalar yubiley ilində təhsil müəssisələri ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyəti haqqında ədəbiyyatın təbliği və öyrənilməsi işində yaxından iştirak etməlidir. Kitabxanaçılıq işində adətən belə bir qayda özünü doğrultmuşdur ki, məktəblilərin, yeniyetmələrin, gənc oğlan və qızların düşünmək və öyrənmək qabiliyyətini fəallaşdırmaq üçün hansı iş üsulundan istifadə edilirsə edilsin kitabxananın apardığı söhbət aparıcı rol oynayır. Bu gün aparılan tərbiyə işinin əsas qayəsi müstəqil, demokratik, hüquqi dövlət qurmağa qadir olan və həmin cəmiyyətdə yaşayacaq gənclər yetişdirməkdir.Bu gün xüsusilə məktəblilərdə, gənclərdə Vətənə məhəbbət və vətənpərvərlik hissini inkişaf etdirmək daha vacibdir. Məhz bu məqsədlə kitabxanaçı uşaqlara, məktəblilərə, yeniyetmələrə öyrətməlidir ki, Cümhuriyyətin qurulmasında mühüm rolu olan Məhəmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin , Əlimərdan bəy Topçubaşovun, Nəsib bəy Usubbəyovun vətənə göstərdiyi xidmət onların vətənə sevgisindən doğur. Dirçəlişimizin, müstəqilliyimizin, konstitusiyamızın təbliğı mövzusunda olan tədbirlərdə məktəblilərdə, gənclərdə Vətənə , doğulduğu torpağa, mənsub olduğu xalqa, dövlətə və onun rəmzlərinə dərin hörmət hissi aşılanmalıdır. Dövlətimizin himni, Dövlət gerbi, Milli bayrağın mənasının izah edilməsi, bunların müqəddəslik ideyasının oxuculara öyrədilməsi ön plana çəkilməlidir.

Kitabxanlarda yubileylə əlaqədar şeir müsabiqəsi keçirimək də təqdirə layiq olardı.Müsabiqəni “Biz ilk demokratik dövlətimizin layiqli varisləriyik” başlığı altında keçirmək olar. Şeir müsabiqəsi uşaqların ən çox sevdiyi tədbirlərdən biridir. Çünki, uşaqlar belə tədbirlərdə özlərinin şeir demək bacarıqlarını nümayiş etdirirlər. Bu tədbir yaxşı olardı ki, yuxarı yaş qrup oxucular arasında keçirilsin. Ən yaxşı şeir söyləyən oxucu kitabxana müdiriyyəti tərəfindən mükafatlandırılır.

Oxucularımızın Azərbaycan Xalq Cümhuriyyəti haqqında olan fikirlərini öyrənmək məqsədilə anket sorğularının keçirilməsi məqsədəuyğundur.

Kitabxanalarda yuxarı sinif şagirdlərinin iştirakı ilə “Milli oyanışın məntiqi nəticəsi - Azərbaycan Xalq Cümhuriyyəti 100 ” adlı oxucu konfransı da təşkil etmək olar. Konfransdan öncə onun proqramı tərtib olunmalı, konfransın keçiriləcəyi dəqiq vaxt müəyyən olunmalıdır. Proqramda konfransda çıxış edəcək qonaqların, müəllimlərin və şagirdlərin adları, onların çıxış edəcəkləri mövzular, tədbirin keçiriləcəyi məkan və zaman qeyd olunur. Konfrans zamanı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı kitabxana rəhbərliyi, müəllimələr, jurnalist, və sair qonaqların çıxışları dinlənilir. Oxucu konfransının planını sizə təqdim edirik:

  1. Giriş hissə .Kitabna rəhbərliyinin tədbir barədə çıxışı

2.Azərbaycan Xalq Cümhuriyyəti yaranması. Məruzə

3. Azərbaycan dilinin AzərbaycanXalq Cümhuriyyətinin dövlət dili elan

olunması haqqında . Məruzə

4. Azərbaycan Xalq Cümhuriyyəti dövründə maarif, mətbuat,ədəbiyyat və

incəsənət .Məruzə

5. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin təşkili .Mərüzə

6. Azərbaycan Xalq Cümhuriyyəti haqqında müəllimlərin və jurnalislərin ,

və yuxarı sinif şagirdlərindən ibarət olan oxucuların çıxışları

Konfransın yekunu.

Kitabxanalarda oxucularımızın, məktəblilərin AzərbaycanXalq Cümhuriyyətinin yaranması haqqında ideya və maraqlarını öyrənmək məqsədilə dəyirmi masanın keçirilməsi də məqsədəuyğundur. Tədbirdə müəllimələrin, müxtəlif təşkilatlarda çalışan əməkdaşların, yazarların, məktəblilərin iştirakı vacibdir. Dəyirmi masada iştirakçıların məruzələri dinlənilir. Bundan başqa gənclərimizin öz ideyaları, gələcək planları barədə çıxışlarda da yer ala bilər və fikirlər müzakirə oluna bilər. Hər bir tədbir iştirakçıları dinlənildikdən sonra, onlara oxucular tərəfindən suallar verilir və iştirakçılar verilən suallara açıqlıq gətirirlər.

Mövzu ilə əlaqədar kitabxanalarda biblioqrafik icmal da təşkil etmək olar və eyni zamanda “ Azərbaycan Xalq Cümhuriyyəti -100” adlı mövzu kartotekası hazirlamaq yaxşı olar. Tədbirin keçirilməsində məqsədimiz oxucuları cümhuriyyətimizlə bağlı nəşr olunan bir çox kitablarla tanış etməkdir və təbliğ etməkdir.

Ədəbiyyat siyahısı:

  • Azərbaycan Xalq Cümhuriyyətinin 100 iillik yubileyi haqqında:Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.16 may 2017-ci il // Azərbaycan .- 2017.-17 may.-S.2

  • 2018- ci ilin Azərbaycan respublikasında “Xalq Cümhuriyyəti ili “elan edilməsi haqqında: Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.10 yanvar.-2018-ci il // Xalq qəzeti .-2018.- 11 yanvar.- S.4

  • Azərbaycan Demokratik Respublikası. - Bakı: Azərnəşr , 1992.- 192 s

  • Rəsulzadə , M. Ə. Azərbaycan cumhuriyyəti .- Bakı: Azərnəşr,1992 . 470s.

  • Azərbaycan Cümhuriyyəti / M. Ə. Rəsulzadə ; tərt. ed. A. Rüstəmov; red. İ. Həmidov , A. Həmidov .- Bakı : Elm, 1990.- 116 s.

  • Əsrimizin Səyavuşu : Çağdaş Azərbaycan Ədəbiyyatı : Çağdaş Azərbaycan Tarixi / M. Ə. Rəsulzadə ; red. A. Acalov.- Bakı : Gənclik , - 1990.- 96 s.

  • Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri: məqalələr / M. Ə.Rəsulzadə ; tərt. ed. S. Həsənli .- Bakı : Elm və təhsil , 2011.- 103 s.

  • Qafqaz türkləri / M. Ə. Rəsulzadə .- Bakı : Təknur , 2012 .- 112 s.

  • Əhmədov, S. Məhəmməd Əmin Rəsulzadə // S. Əhmədov.Azərbaycan tarixindən yüz şəxsiyyət .- Bakı : 2006.- s.230-235

  • Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası ıı cilddə. ı cild. – Bakı: “Lider nəşriyyatı”, 2004.- 440 s

  • Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası ıı cilddə. ıı cild. – Bakı:“ Lider nəşriyyatı “, 2005.- 472 s.

  • Azərbaycan Respublikasnın Konstitusiyası .- Bakı : 2017. - 80 s.

  • Əliyev, H. Müstəqilliyimiz əbədidir : Çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr. – Bakı: Azərnəşr, 1997 . 1 kitab. Iyun ,1993 , may 1994. 1997.- 597s

  • Əliyev , H .Müstəqilliyimiz əbədidir : Çıxışlar ,nitqlər , bəyanatlar ,məktublar , müsahibələr . – Bakı: Azərnəşr, 1997 . ıı kitab . May, 1994, dekabr, 1994. 1997 . - 588 s.

  • Əliyev , İ. Biz hər şeyə nail olacağıq .- Bakı: “Oskar NPM”. 2003, 268s.

  • Musayev,M. Heydər Əliyevin parlamentə qayıdışı .- Bakı: “Günəş nəşriyyatı”, 2007. - 192 s.

  • Orucov H. Heydər Əliyev və Azərbaycanda milli siyasət . – Bakı: “Şərq-Qərb “, 2002 . - 175 s.

  • Abdulla Qurbani .Heydər Əliyev və Azərbaycan ordusu.-Bakı: “Əbilov, Zeynalov və oğulları “, 2002 . - 392 s.

  • Seyidzadə,D.Azərbaycan XX əsrin əvvəllərində. Müstəqilliyə aparan yollar. -Bakı: 2004 . -348 s.

  • Müstəqilliyimizin memarı I kitab. - Bakı: Yazıçı , 2010 . - 296 s.

  • Kəhrizli Vaqif. Azərbaycan bayrağı.- Bakı, Yazıçı, 2011.- 192s

  • Mərdanov Misir, Quliyev Əsgər. Azərbaycan Respublikasının Dövlət Rəmzləri.- Bakı, Çasıoğlu, 2010.- 287s.

  • Vətənə nəğmə çələngi. “Poeziya günü” toplusunun xüsusi buraxılışı .- Bakı, QOLİAF Nəşriyyat evi, 2011.- 496s.

Tərtib edən :Metodika biblioqrafiya şöbəsinin müdiri- G. Qasımova

Redaktor Metodika biblioqrafiya şöbəsinin böyük metodisti -Ş. Abdullayeva

3. Kəhrizli Vaqif. Azərbaycan bayrağı.- Bakı, Yazıçı, 2011.- 192s

4. Mərdanov Misir, Quliyev Əsgər. Azərbaycan Respublikasının Dövlət Rəmzləri.- Bakı, Çasıoğlu, 2010.- 287s.

5. Vətənə nəğmə çələngi. “Poeziya günü” toplusunun xüsusi buraxılışı .- Bakı, QOLİAF Nəşriyyat evi, 2011.- 496s.

Tərtib etdi : Metodika və biblioqrafiya şöbəsinin müdiri: G.Qasımova

Xalq Cümhuriyyətinin yaradıcıları - M. Ə . Rəsulzadə , Fətəlixan Xoyski , Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Usubbəyov, Həsən bəy Ağayev, Xalq Cümhuriyyətinin ilk Milli Şurasının bütün üzvləri, Xalq Cümhuriyyəti hökumətinin üzvləri Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstəriblər. Xalqımız onların xidmətlərini bu gün minnətdarlıq hissi ilə yad edir. Onların gördüyü işlər və əziz xatirələri Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Ümummilli lider Heydər Əliyev

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə