Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodika və biblioqrafiya şöbəsi



Yüklə 25,82 Kb.
tarix23.06.2018
ölçüsü25,82 Kb.
#54621

Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi

Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Metodika və biblioqrafiya şöbəsi

ŞUŞASIZ 25 il

( Metodik məktub )

Zərdab-2017

Şuşa qisas gününü gözləyir

Qarabağ təbiətin gözəlliklərini özündə əks etdirən gözəl bir diyardır və ən səfalı guşəsi Şuşa şəhəridir. Hər daşı, hər qarış torpağı xalqımızın həyatında baş vermiş bir çox tarixi hadisələrin şahidi olan bu şəhər görənləri valeh edirdi.

Şuşa təkcə cənnət məkanı deyil, həm də hərbi strateji əhəmiyyət kəsb edən bir alınmazlıq, basılmazlıq qalası olmuşdur. Şuşa dağdan açılan pəncərə, aydınlıq , işıqlıq paylayan ucalıqdı. Düşmənlərə , yadellilərə göz dağıdı.

Dəniz səviyyəsindən təxminən 1400- 1800 metr hündürlükdə yerləşən Şuşa hər tərəfdən uzunluğu 400- 600 metrə yaxın dərələrdə əhatə olunub , daha yuxarılarda isə Qırxqız , Kirs , Murov, Bağrıqan , Sarıbaba dağlarını görmək mümkündür. Şəhərin cənub tərəfi nisbətən hündür və horizontal düzənlikdir. Bura “ Cıdır düzü “ adlanır. Şuşanın yerləşdiyi sahə isə 350 hektardır. Şuşanın yalnız bir nəqliyyat yolu var idi. Ağdam- Əsgəran- Xocalı- Xanbağı- Ağa körpüsü- Şuşa. Bu yol şəhərin mərkəzinə qədər uzanır. Şuşanın şərq tərəfindəki o qədər də hündür olmayan dağ Dotələb adlanır.

Çoxsaylı erməni xəyanətinin nəticəsi kimi Şuşa XX əsrdə 3 dəfə erməni təcavüzünün qurbanı olmuşdur. 1905-1907-ci illərdə Şuşa şəhəri ermənilər tərəfindən hücuma məruz qalmış və yandırılmışdır. 1920-ci ildə şəhərin xeyli hissəsi ermənilər tərəfindən dağıdılmışdır. 3-cü dəfə 1992-ci may ayının 8-də erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının 40 zirehli texnikasının iştirakı ilə Şuşa şəhəri işğal edildi. 289 kvadrat kilometr ərazisi olan Şuşa şəhərində həmin dövrdə 24.900 əhali yaşayıb . İşğal zamanı 200-ə yaxın insan qətlə yetirilib , 600 nəfər yaralanıb , 150 nəfər əlil olmuş , 552 körpə yetim qalmış, 20 mindən artıq əhali isə məcburi köçkün vəziyyətinə düşmüşdür. İşğal nəticəsində mədəniyyət və təhsil ocaqlarımız- 8 muzey, 31 kitabxana, 17 klub , 8 mədəniyyət evi , 25 orta məktəb , 40 tibb müəssisəsi , 241 tarixi abidə dağıdılmış , viran edilmişdir. Şuşa muzeylərinin qiymətli sərvətləri - rəsm və heykəltəraşlıq əsərlərini , xalça və xalça məmulatlarını , xalq tətbiqi sənət nümunələrini , arxeoloji tapıntıları , , Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyalarını , digər qiymətli materialları Ermənistana aparmışlar. İndi həmin əşyalar xarici auksionlarda satılır , yaxud müxtəlif sərgi və muzeylərdə dünya ictimaiyyətinə erməni mədəniyyət nümunəsi kimi təqdim olunur.

Azərbaycan mədəniyyətinə Mir Möhsün Nəvvab , Xurşidbanu Natəvan, Molla Pənah Vaqif , Üzeyir Hacıbəyov, Qasım bəy Zakir , Nəcəf bəy Vəzirov , Bülbül və sair kimi dühalar , tarixi səxsiyyətlər , incəsənət xadimləri bəxş etmiş bu şəhər , nə qədər istəsələr də heç vaxt başqa millətin ola bilməz. Bu şəhəri özünün adına çıxarmağa çalışan hər hansı bir millətin arzusu ürəyində qalacaqdır. Düşmənlərimiz Şuşanı müvəqqəti işğal etsələr də kənd-kəsəklərinə yalançı adlar qoysalar da , onu heç vaxt özününküləşdirə bilməyəcəkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğal altında olan torpaqlarımızın sülh yolu ilə azad edilməsi üçün əzmlə mübarizə aparır.Cənab İlham Əliyev dəfələrlə birmənalı təkrar edib ki , Azərbaycanın ərazi bütövlü bərpa olunmamış , heç bir danışıqdan söhbət gedə bilməz.Erməni faşistləri başqalarının köməyi ilə zəbt etdikləri torpaqlarımızı, şəhərlərimizi, o cümlədən doğma Şuşamızı sülh yolu tərk etməlidirlər. Əks təqdirdə , Azərbaycan xalqı və onun rəşadətli ordusu düşməni məhv edərək öz torpaqlarını azad edəcəkdir.

Şuşanın işğalının 25-ci ildönümü ilə əlaqədar

kitabxanalarda həyata keçirilən kütləvi tədbirlər

Azərbaycanın əzəli torpağı olan Şuşa şəhərinin erməni işğalçı qüvvələri tərəfindən zəbt olunduğu gündən artıq 25 il keçir.

1992-ci il mayın 8-i Azərbaycan xalqı üçün ən ağır, ən üzüntülü gündür. Bu dərd, bu acı hər bir azərbaycanlının qəlbində dərin iz qoyub. Heç bir azərbaycanlı Şuşa , Qarabağ itkisi ilə barışa bilməz.

Azərbaycanın mədəniyyət və tarix incisi Şuşanın işğalının 25- ci ildönümü ilə əlaqədar kitabxanalarda ardıcıl kütləvi tədbirlər təşkil edilməlidir. Kitabxanalarda hər şeydən əvvəl hərbi-vətənpərvərlik hisslərini təbliğ edən , vətəni qorumaq, sevmək kimi güclü duyğuları aşılayan tədbirlər hazirlanmalıdır. Kitabxanaya daxil olan hər kəsin , hər bir oxucunun görə biləcəyi yerdə “ Bunları unutmaq olmaz “, “ Qan yaddaşımz “ və s.başlıqlar altında işğal altında olan rayonlarımızın adı , işğal tarixi diqqəti çəkən şəkildə yazılıb asılmalıdır. Kitabxanalarda Şuşanın işğalının 25 illiyi ilə əlaqədar anım mərasimləri, baş verən hadisələrin canlı şahidləri ilə görüşlər, ədəbi-bədii kompozisiya, kitab sərgisi, məruzə və mühazirələr, kitab müzakirəsi , dəyirmi masa,məlumat günləri , söhbət və s. tədbirlər təşkil olunmalıdır. Tədbirləri təxminən aşağıdakı başlıqlar altında keçirmək olar:

Şuşa bizi gözləyir “, “ Şuşa və onun tarixi keçmişi “, “ Şuşa qisas gününü gözləyir “, “ Şuşa Azərbaycanın mədəniyyət və tarix incisidir “, “ Şuşanın görkəmli yazıçı və şairləri “, “ Susanın dağları başı dumanlı “, “ Şuşasız 25 il “, “ Həsrətin mütləq sonu olacaq “, “ Qarabağın tacı Şuşa “, “ Musiqi beşiyimiz Şuşa “, “ Şuşa Qarabağ xanlığının paytaxtıdır “, “ Şuşasız Azərbaycan , Azərbaycansız Şuşa ola bilməz “ və s.



Kitabxanalarda İşğalın ildönümü ilə bağlı hadisələri oxuculara əyani çatdırmaq üçün əyani təbliğat vasitəsi olan kitab sərgilərinin təşkili vacibdir. Sərgiləri müxtəlif başlıqlar altında təşkil etmək olar. Məsələn :

Şuşasız 25 il “, “ Şuşa bizi gözləyir ”, “ Şuşa qisas gününü gözləyir “ və s. Sərgilərin təşkilində görkəmli şəxslərin Şuşa haqqında dedikləri sitatlardan və dövrü mətbuat materiallarından da istifadə etmək olar.



Şuşanın işğalının ildönümü ilə əlaqədar “ Şuşa qisas gününü gözləyir “, “ Şuşa Azərbaycanın tarixi mədəniyyət incisidir “, “ Şuşasız Azərbaycan , Azərbaycansız Şuşa ola bilməz “ və s. mövzularda məruzə və mühazirələr keçirmək olar.

Kitabxanalarda İşğalın ildönümünə həsr edilmiş “Şuşa Azərbaycanın mədəniyyət və tarix incisidir “, “ Şuşanın görkəmli yazıçı və şairləri” adlı məlumat günləri təşkil etmək olar. Bu tədbiri keçirməkdə məqsəd oxucuları Şuşa haqqında olan ədəbiyyatla tanış etmək və eyni zamanda təbliğ etməkdən ibarətdir.

Yuxarıda qeyd etdiklərimizlə bərabər kitabxanalarda işğalın ildönümünə həsr olunmuş ədəbi-bədii kompozisiyaların keçirilməsi də məqsədəuyğundur. Tədbiri “ Ruhumuzun ünvanı Şuşa “, “ Şuşanın dağları başı dumanlı “, “ Bu gecə yuxuma girmişdi Şuşa “ və s. başlıqlar altında keçirmək olar. Tədbirdə mövzusu ilə bağlı bədii qiraət , səhnəciklər göstərilməlidir. Ədəbi-bədii kompozisiyanın məzmunlu və maraqlı olması üçün tədbirə ciddi hazırlaşmaq lazımdır.

Şuşanın işğalının ildönümü ilə əlaqədar kitabxanalarda sual-cavab gecələrinin keçirilməsi də yaxşı olar. Suallar elə tərtib edilməlidir ki, Şuşa haqqında oxucularda düzgün və geniş təsəvvür yaransın. Aşağıda bir nümunəni təqdim edirik :

* Şuşa haqqında nə bilirsiniz ?

* XX əsrdə Şuşa neçə dəfə İşğal olunub ?

* İşğaldan əvvəl Şuşanın əhalisi nə qədər olub?

* Şuşanın memarlıq abidələrindən hansılarını tanıyırsınız və onlardan dünya əhəmiyyəti olanı hansıdır ?

*İşğal nəticəsində nə qədər mədəniyyət və təhsil ocaqlarımız dağıdılmış və viran edilmişdir?

*Şuşa şəhəri neçənci ildə qoruq elan edilmişdir ?

*Şuşa dünya musiqi mədəniyyəti xəzinəsinə kimləri bəxş etmişdir ?

*Şuşanın bugünkü vəziyyəti haqqında nə bilirsiniz ? və s.

Qeyd etmək lazımdır ki kitabxanalarda ədəbiyyatın təbliğinin forma və metodları müxtəlifdir. Kitabxana işçiləri bu metodlardan istifadə etməklə Şuşa haqqında materialları geniş oxucu kütlələrinə çatdırmalıdırlar. Tədbirlərin keçrilməsinə kömək məqsədilə vəsaitin sonuna ədəbiyyat siyahısı əlavə edirik.

ƏDƏBİYYAT

* Qarabağnamələr. I kitab.- Bakı , “ Şərq- Qərb “, 2006.- 216 s.

* Qarabağnamələr. II kitab.- Bakı ,” Şərq-qərb “, 2006.- 288 s.

* Qarabağnamələr. III kitab.- Bakı, “ Şərq- Qərb “, 2006.- 248 s.

* Dağlıq Qarabağ : Zəka qalib gələcək : Sənədli materiallar.- Bakı, “ Azərnəşr “,1989.- 463 s.

* Xudiyev İ. Qarabağ Münaqişəsi- faktlar və həqiqətlər.- Bakı, “ Ünsiyyət “,2007.-98s. *

* Səmədov V, Aslanov S. Təki Vətən Yaşasın : Azərbaycanın milli qəhrəmanları.- Bakı, “ Azərbaycan “ nəşriyyatı, 1993.-120 s.

* Zəlimxan Yaqub. Bir əli torpaqda , bir əli haqda.- Bakı ,” Azərbaycan “,1997.- 488 s.

* Şuşa qalalar şəhəri , muzeylər məskəni idi // Azərbaycan .- 2010.- 7 may.- s. 11.

*Süleymanov M. Milli qəhrəmanlar.- Bakı , “ Azərnəşr “, 1994.- 228 s.

* Zəlimxan Yaqub. Bir əli torpaqda , bir əli haqda .- Bakı , “ Azərbaycan “,1997.-488 s.

*Rza R. Qarabağ – baba yurdum // Seçilmiş əsərləri. V cilddə. III cild.- Bakı, “ Öndər nəşriyyatı “,2005.-s.7-24.

* Xəzri N. Şuşanın yolları : Çəkin Qarabağdan qara əlləri: Şuşa: Şuşa gəlir yuxularıma// Seçilmiş əsərləri. II cilddə. I cild.- Bakı , “ Lider nəşriyyatı “, 2004.- 248 s.

* Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü haqqında : Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 9 aprel 2012-ci il[Mətn] // Respublika.- 2012.- 10 aprel.-s.1

*İsmayılqızı X. Şuşanın dağları başı dumanlı [Mətn] // İki sahil.- 2012.- 11 aprel.- s.16.

*Xəlilzadə F. Ruhumuzun ünvanı [ Mətn] // Azərbaycan.- 2012.-13 aprel.- s.5.

Tərtib etdi: Metodika və biblioqrafiya şöbəsinin müdiri - G. Qasımova

Redaktor : Şöbənin baş biblioqrafı - B. Fətəliyeva
Yüklə 25,82 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin