"Qüds yolu əməliyyatında mən komandir, Həsən isə müavinim olsa da, ratsiya onda idi. Görürdüm ki, daha qaneedici danışır, mənsə quru və ciddi idim".(Qeyd)2
Komandir səngərində əməliyyatın bütün mərhələlərini izləyən Möhsün Rzayi Həsən Baqirinin rəftarlarını yaxından müşahidə edir, bacarıqlarını görüb vəcdə gəlirdi.
"Gördüm ki, Həsən bir il öncəki Həsən deyil. O zaman mənə məlumat verir, məruzə göndərirdi. Bu Həsən isə kəşfiyyat bacarıqlarından əlavə çox yüksək əməliyyat rəhbərliyi qabiliyyətinə yiyələnmişdi. Ratsiyadan danışanda müavin kimi danışmırdı, söhbət tərzi əsl komandir kimi idi. Həmin əməliyyatda məni sevindirən amillərdən biri də Həsənin bu inkişafı idi. Bundan olduqca həzz alırdım, fikirləşirdim ki, Allaha şükür, güclü kadrlarımız var. Mən iki ay idi Baş komandan olmuşdum və elə adamlar axtarırdım".(Qeyd)1
Əməliyyatın üçüncü axşamı xəbər verdilər ki, iraqlılar ratsiyadan Sabilə körpüsünü ələ keçirməkdə olduqlarını məruzə edirlər. Bostanın cənub-qərb istiqamətindəki bu körpü ön xətt hesab olunurdu, komandir qərargahından 7 km aralıda yerləşirdi. Həsən Baqiri Sabilə körpüsünə çox əhəmiyyətli yanaşdığına görə dərhal bir avtomobilə minib oraya yola düşdü. Maşınlar gecələr təmas xəttində işıqlarını yandırmırdılar. Həsən oraya baş çəkəndən və lazımi tövsiyələrini verəndən sonra qayıdanda bir su maşını ilə toqquşub yaralandı. Qardaşı Məhəmməd onu Əhvaz xəstəxanasında görə bildi.
"Başı dərindən yarılmışdı. Onu Tehrana göndərmək istəyirdilər. Yaşayıb-yaşamayacağı bilinmirdi. Birdən özünə gəldi. Gördüm ki, çətinliklə nəsə demək istəyir. Qulağımı ona yaxınlaşdırdım. Dediyi ilk söz bu idi: "Sabilə körpüsü nə oldu?" Mən dedim: "Sən hələ istirahət elə, yaxşı deyilsən".
Qolunda serum iynəsi vardı, tez-tez huşunu itirir və özünə gəlib deyirdi: "Uşaqlar o üçbucağı bərkitsinlər. İraqlılar oranı tutsalar, körpünü yenidən alacaqlar". Üç dəfə təkidlə tapşırdı: "Get, ağa Rəşidə de ki, diqqətiniz orada olsun".(Qeyd)1
Həsən Baqiri yaralanandan bir gün qabaq həyat yoldaşına zəng vurmuş, söhbət əsnasında demişdi ki, döyüşçülərin duaya daha çox ehtiyacları var. Xanım Daipur Xanımlar mərkəzinin üzvlərini toplamışdı və Təvəssül duası oxumuşdular. Bununla yanaşı, vücudunu qəribə həyəcan bürümüşdü, pis bir hadisə baş verdiyini hiss edirdi.
"Evə getdim. Sakitləşmədiyimi görüb namaz qılmağa başladım. Dua və ibadət zamanı ürəyimdən qəribə bir dilək keçdi. Dedim: "İlahi! Onun şəhidliyinə mane olmaq istəmirəm, amma şəhid olacaqsa, ondan bir övladım olmasını istəyirəm. Övladını görsün, sonra getsin!"
Dostları ilə paylaş: |