Ağir iTKİ Şəhid Həsən Baqirinin (Qulamhüseyn Əfşurdinin) həyatı


Öz ratsiyasını, batalyon və taqımların ratsiyalarını bir ferekans üzərində tənzimləyib dedi: "Allaha təvəkkül edin, Ondan kömək istəyin"



Yüklə 8,06 Mb.
səhifə14/43
tarix10.01.2022
ölçüsü8,06 Mb.
#110592
1   ...   10   11   12   13   14   15   16   17   ...   43
Öz ratsiyasını, batalyon və taqımların ratsiyalarını bir ferekans üzərində tənzimləyib dedi: "Allaha təvəkkül edin, Ondan kömək istəyin".

Bəlkə də bütün döyüşçülər gənc olduqlarına görə Həsən Baqiri o əməliyyatı həzrət Əli Əkbərin (ə) şərəfinə “Ya Əli ibn Hüseyn” parolu ilə başladı. Həsən Baqirinin ruh yüksəkliyi şəxsi heyəti həvəsləndirdi. Həsən onlara təpənin şimalından yaxşı bir yol göstərmişdi. Bəəsçilərin döyüş düzülüşü şərqə doğru olduğuna görə bu onları çaşdıra bilərdi. İyirmi iki nəfərlik taqımlardan bəzi döyüşçüləri seçib iki yeni taqım yaratdılar: bir taqım şərqdən müdafiə və vuruşmaq üçün, digəri də təpənin şimalından hücuma keçmək üçün. Həsən dedi: "Yaxşı qumbaraatanlardan üçünü götürün, Nəbəənin aşağısından keçəndə yaxındakı düşmən səngərlərini vursunlar”.

Döyüş bir saat davam etdi. Həsən Baqirinin ratsiya danışığından bildik ki, döyüşçülərimiz səhər işğal olunmuş təpənin üstünə çıxıblar. Təkbir səsləri bütün bölgəni bürüdü. Düşmənin məğlubiyyətindən sonra atəşlər azaldı. Həsən Baqiri dəqiq müşahidəçi idi və atəşi yaxşı yönləndirirdi. Bizim minaatanlarımızın atəşləri də öz bəhrəsini verdi".(Qeyd)1

Üç gün də keçdi. İraq ordusu oraya çoxlu canlı qüvvə topladı. Bir batalyon səhər gəlib mövqeyi təhvil alır, axşam da yerini təzə nəfəsli bir batalyona verirdi. İraqlılar əməliyyatı dayandırmaq fikrində deyildilər. Həsən Baqiri qərara gəldi ki, şəxsən özü kəşfiyyata gedib bu böhranı sonlandırmağa bir yol tapsın. Əlimərdaninin şəhadətindən sonra Nəbəə mövqeyinə rəhbərliyi üzərinə götürmüş Fətulla Cəfəri bu əhəmiyyətli kəşfiyyatda Həsən Baqirinin yanında idi.

"Həsən fevralın 12-də səhər tezdən qapısız, pəncərəsiz və üstüaçıq SUV avtomobili ilə döyüş yerinə gəldi. Maşının arxasındakı uzun anteni açıb yerinə qısa bir anten bağladı. Oturacağı qaldırdı, altında qısa qundaqlı bir kalaşnikov avtomatı vardı. Onu yoxladı, yanına bir neçə daraq patron, bir dördlitrlik qabda su, iki lobya konservi və bir qədər quru çörək qoydu. Bölgənin göydən çəkilmiş fotosunu və planını götürdü. Haraya hazırlaşdığını bilmək istəyirdim. Bunlar kəşfiyyat avadanlıqları idi. Danışıb dəvət etməsə də, mən də maşına oturdum. Heç bir söz deməyib yola düşdü. Onun Sədə boğazına gedəcəyini düşünürdüm, amma Çəzzabə boğazına doğru getdi. Qumluğa girdi və açdığımız yoldan keçdi. Həmin yol bir cərgə tank əleyhinə, bir cərgə sıçrayan minalarla dolu sahədən, bir cərgə də tikanlı məftillərdən keçirdi. Oradan Nəbəə təpələrinə qədər təxminən 6 km məsafə vardı. Nəbəənin şərqindən, ona paralel şəkildə gedirdik. Nəbəədən keçib düzənliyə çatdıq. Sonra Nəbəənin şimalına doğru döndü. Dərənin içindəki yoldan və bir təpəcikdən cığıra girib dövrə vurdu. Nəbəə təpələrinin şimalında idik, getdikcə onlardan uzaqlaşırdıq. Hər iki tərəf təpə olduğuna görə heç bir yeri görmürdük. O, yolu yaxşı tanıyırdı, haradansa öyrənmişdi. Arxayın şəkildə sürür, dodaqaltı zikr deyirdi. Bir ağacın yanına çatdıq. Oraya qədər nə mən danışdım, nə o. Onunla getdiyimə görə sevinirdim. O da narahat görünmürdü. Avtomobilin təkərləri qumların üstündə xüsusi səs çıxarırdı.

Nəbəədəki atışmaların səsi uzaqdan eşidilən bir yerə çatdıq. Maşını oraya qoydu, planı, silahı, durbini, kompası və fotonu götürdü. Mən də silahımı çiynimə keçirdim, 1 km piyada yol getdik. Oranı tanımırdım, heç nə bəlli deyildi. İri addımlarla tez-tez yeriyirdi. Bir qum təpəsinin üzərində oturdu. Ətrafda heç nə görünmürdü. Durbini mənə verib dedi: "Bax, bir şey görünürmü?" Özü fotonu və planı açdı, qələmini çıxarıb işarə qoymağa başladı. Gəldiyimiz yol və cığırları xətlədi. Bildim ki, əvvəl də burada işləyib. Durbinlə baxıb İraq artilleriyasının Nəbəə səmtinə atəş açdığını gördüm. Maşınlar get-gəl edirdi, düşmən istehkamı yaxşı görünürdü. Soruşdu ki, nə görürsən? Dedim ki, iraqlıları. Zarafata dedi: "Doğru deyirsən?!"

Nişanları qoyandan sonra qollarını çırmayıb durbini götürdü və təxminən bir saat ətrafa baxdı. Qolu yorulmurdu. Subələ zastavasından Nəbəəyə qədər hər yerə baxırdı. Ondan sonra başqa bir yolla təxminən 800 metr də irəli getdik. İraqlıların önündə idik, ehtiyatla gedirdi. Başqa bir qum təpəsinə çatdıq. Orada da təxminən bir saat durbinlə baxıb işarə qoydu. Sonra bir qədər geri qayıdıb başqa bir cığıra girdik. Günorta oldu. İki saat yarım idi oralarda idik. Həsən namaz qıldı, mən də ona iqtida etdim. Qumun üzərinə səcdə edirdim. İki ikirəkətli namaz qıldıq. Səcdə, rüku və qünutu uzun oldu. Qünutda Kumeyl duasının bəzi hissələrini oxuduğunu eşitdim. Namazdan sonra maşına doğru getdik. Konservləri açıb quru çörəklə yedik. Mən üstündən bir stəkan su içdim. Dedi ki, xörəyin üstündən su içmə. Dedim: "O qədər susuzam ki, məkruhlar yadımdan çıxıb".

Yenidən başqa bir yolla hərəkət etdik. Təyyarədən çəkilmiş fotonu orada da önünə qoydu və bəzi şeylər yazdı. Alnının hələ tam sağalmamış yarası məzlum simasını gümrah göstərirdi.

Ondan sonra iki başqa yerə də getdik. Yenə fotonu çıxarıb nişanlar qoyur və yazırdı. Namazdan sonrakı yerlər də təxminən üç saat vaxt aldı. Oradan şərqə doğru getdik. Təxminən 1 km irəliləyib orada bir saat dayandıq. Günbatana yaxın əşyaları toplayıb dedi ki, gedək. Dedim ki, yenə başqa bir cığıra? Dedi ki, yox.


Yüklə 8,06 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin