Ağir iTKİ Şəhid Həsən Baqirinin (Qulamhüseyn Əfşurdinin) həyatı


Ağa Möhsünlə Səyyad Şirazi Vavi və Tinə bölgələrinə görə narahat idilər. Həsən Baqiri dedi: "Əgər Saytı alsaq, Vavi ilə Tinə də süqut edəcək"



Yüklə 8,06 Mb.
səhifə17/43
tarix10.01.2022
ölçüsü8,06 Mb.
#110592
1   ...   13   14   15   16   17   18   19   20   ...   43
Ağa Möhsünlə Səyyad Şirazi Vavi və Tinə bölgələrinə görə narahat idilər. Həsən Baqiri dedi: "Əgər Saytı alsaq, Vavi ilə Tinə də süqut edəcək".

Bir saat müzakirə aparılsa və qərar qəbul olunsa da, Həsən Baqiri elə əminliklə danışdı ki, heç kimdə şübhə qalmadı. Səyyad Şirazi Həsənin fikrini dərhal təsdiqlədi".(Qeyd)1

Radar yüksəkliyi Dezfulun qərbində və Şuşda ən uca yüksəklik idi, hündürlüyü yüz metri keçirdi. İraq ordusu Radarın zirvəsindən 15-20 km-ə qədər əraziyə nəzarət edirdi. Radarın yamacında bir zirehli, bir mexaniki və iki piyada briqadası yerləşdirmişdilər. Oranın süqut edəcəyi ağıllarına gəlmirdi. Sayt və Radarı ələ keçirmək Fəth qərargahına tapşırıldı. Lakin uzaq olduğuna və digər səbəblərə görə bunu bacarmadılar. Möhsün Rzayi ilə Əli Səyyad Şirazi bu işi Nəsr qərargahına, yəni Həsən Baqiriyə tapşırdılar. Həsən Baqiri əməliyyatdan ən azı bir ay öncədən Nəsr qərargahının istiqamətlərini öyrənmişdi. Lakin əməliyyatın ortasında təhlükəsiz keçidlərini tapmağa macal olmayan bir hədəfi ələ keçirməli oldu. Əməliyyatın yeddinci günü Möhsün Rzayi ilə Səyyad Şirazi Sayt və Radar məsələlərini öyrənməkdən ötrü Nəsr qərargahına getdilər.

"Əməliyyatın ortasında əlavə bir tapşırıq verildi. Yeni əməliyyat üçün vaxt lazımdır, kəşfiyyat işi görülməlidir, lazımi sayda canlı qüvvəyə ehtiyac var. İki diviziyanın birlikdə düşmənə hücum etməsi, sonra birinin işini tamamlaya bilməməsi, o biri diviziyanın isə həm öz hədəflərini, həm də onun hədəflərini ələ keçirməsi təxminən imkansız görünürdü. Səyyad Şirazi və ağa Rəşidlə birgə Kərbəla qərargahından Nəsr qərargahına gedib məruzələrinə baxdıq. Qardaşımız Səyyad tərəddüd içində idi. Dedim ki, bu gecə mütləq hücuma keçməliyik.

Həsən razılaşmayıb deyirdi ki, oraya dair yetərincə məlumatımız yoxdur. Dedim ki, qardaşların kəşfiyyatdan gətirdikləri informasiyalar yaxşıdır. Həsən dedi: "Batalyon komandirlərinin özləri gedib görməlidirlər, onlara deyə bilmərik ki, bir nəfər gedib və problem yoxdur".

Aramızda mübahisə yarandı və hətta bir qədər hirsləndim. Şəhid Səyyad dedi ki, nəticə nə oldu? Dedim ki, bu gecə mütləq hücuma keçməlidirlər. Həsən dərhal dilləndi: "Bu gecə mütləq hücuma keçib problemləri həll edəcəyik".(Qeyd)1

Nəsr qərargahı korpusun doqquz, ordunun da yeddi batalyonu ilə Fəthülmübin əməliyyatının üçüncü və taleyüklü mərhələsinə başladı. Həmin gün qürubdan sonra batalyonlar Radara yola düşdülər. Onlar hədəfə çatmaqdan ötrü təxminən 10 km piyada getməli idilər. Həsən Baqiri batalyon, bölük və taqım komandirlərinin hər biri ilə danışmışdı. Onlar öz rollarının hansı əhəmiyyətə malik olduğunu, habelə Saytla Radarın qələbənin açarı olduğunu bilirdilər. Sayt əməliyyatında iştirak edən batalyonların biri Vəliəsr diviziyasının Bilal batalyonu idi. Həmin batalyona Qulamhüseyn Kəluli başçılıq edirdi.

"Həsən bir xəritə çıxarıb düşmənin harada olduğunu və Saytı nə üçün almalı olduğumuzu söylədi. Sayt İraq cəbhələrinin əsas mərkəzi idi, sütun rolunu oynayırdı; götürülsəydi, hamısı uçacaqdı. Həsən Baqirinin sözlərindən sonra Saytın necə önəmli olduğunu və qarşımızda necə ağır işin durduğunu bildim. Bizim istiqamətimizdə üç batalyon vardı: bizim batalyon, ağa Məhəmmədəli Səburun batalyonu və ağa Xızrianın batalyonu. Bizdən bir neçə kilometr solda da üç batalyon gedirdi: Şəhid Hacı Əzim Məhəmmədinin batalyonu, ağa Fəzilətpurun batalyonu və ağa Mirzəpurun başçılıq etdiyi Şəhid Dəstqeyb batalyonu. Ağa Məhəmmədhəsən Kusəçi istiqamət komandiri olaraq hər üç batalyona rəhbərlik edirdi. Yavaş-yavaş gedirdik. Gecənin yarısından sonra Həsən tez-tez zəng vurub soruşurdu: "Kəluli, nə oldu? Haradasınız?"

Qaranlıqda, soyuq və yağışlı havada bu cığırdan o cığıra keçirdik. Sayt görünmürdü. Bizi qəribə məyusluq bürümüşdü. Saat 4-də birdən bizdən 500 metr aralıda bir şey işıqlandı. Durbinlə baxdım. İraqlıların ilk mövqeyi qarşımızda idi. Həsənlə əlaqə saxlayıb dedim ki, qardaş Həsən, çatdıq.

Sanki dünyanı ona verdilər. Ağa Xızrian və ağa Səburla da əlaqə saxladım. Üç batalyon bir araya gəldik. Həssas anlar yaşayırdıq. Hamı ümidini bizə bağlamışdı. Həsən Baqiri əlaqə saxlayıb dedi: "Kəluli, müqəddəs "Ya Zəhra" parolu ilə əməliyyata başla".

Digər iki batalyon bizim sağ və solumuzda, 300 metr aralıda idilər. "Ya Zəhra" parolu ilə hücum etdik. Düşmən qarovulları təpənin başından atəş açmağa başladılar, qalan hərbçilərinin çoxu isə yatmışdı. Buna görə də, özlərini itirdilər, ağır döyüş getmədi və tez səngərləri tutduq. Sonradan iraqlı əsirlərlə danışanda dedilər ki, biz tam hazırlıqlı vəziyyətdə idik, lakin gecə saat 3-dən sonra gəlməyəcəyinizə əmin olub yatmağa getdik.


Yüklə 8,06 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin