Ağir iTKİ Şəhid Həsən Baqirinin (Qulamhüseyn Əfşurdinin) həyatı


Bizə həqiqətən də inanılmaz idi. Bu sahələrdə çox düşüncəli idi və nəzərəçarpan üstünlüyü vardı"



Yüklə 8,06 Mb.
səhifə21/43
tarix10.01.2022
ölçüsü8,06 Mb.
#110592
1   ...   17   18   19   20   21   22   23   24   ...   43
Bizə həqiqətən də inanılmaz idi. Bu sahələrdə çox düşüncəli idi və nəzərəçarpan üstünlüyü vardı".(Qeyd)1

Kərbəla qərargahının komandirləri əməliyyatın ilk mərhələsində Əhvaz-Xürrəmşəhr magistralına getməyə ehtiyatlanırdılar. Həsən Baqiri isə təkidlə deyirdi ki, döyüşçülər Karun çayından keçəndən sonra dayanmadan asfalt magistrala getməlidirlər. O bu sözü gecələr çəkdiyi əziyyətlərinə və dəqiq kəşfiyyat əməliyyatlarına əsaslanaraq deyirdi. Dünya təcrübəsinə görə, düşmənin nəzarətində olan körpü ələ keçiriləndən sonra orada post qurulur, canlı qüvvənin və hərbi texnkanın girişinə şərait yaradılır. Düşmən də bundan başqa bir şey təsəvvür etmirdi. Ordu komandirlərimiz də deyirdilər ki, əvvəlcə Karunun qərb sahilində yerləşək, Əhvaz-Xürrəmşəhr magistralına doğru əməliyyatı isə növbəti mərhələdə davam etdirək. Lakin Həsən Baqiri belə şablon fikirlərə qarşı idi. Kəşfiyyatçıların müşahidələri də bu fikri təsdiqləyirdi. Onlar magistralın yaxınlığında İraq ordusunun tələsik hazırladığı və genişləndirdiyi bir istehkamla rastlaşmışdılar. Həsən bu müşahidələrlə və özünün xüsusi əsaslandırması ilə ordu və korpus komandirlərini qane etdi. Özü bu barədə deyirdi:

"Mövzu bu idi ki, körpünün yaxınlığında yerləşək, yoxsa asfalt magistrala qədər irəliləyək? Əməliyyat necə və neçə mərhələdə baş tutsun? Hansı hərbi birləşmələr həyata keçirsinlər? Sonda yekun qərar bu oldu ki, Fəth və Nəsr qərargahları Əhvaz-Xürrəmşəhr magistralında yerləşsinlər. Düşmən magistralın kənarında möhkəm bir mövqe seçmək istəyirdi. Əlbəttə, biz düşünmürdük ki, İraq tərəfi bizə mane olmaqdan ötrü Karuna yapışacaq. Çünki olduqca çoxlu piyada qüvvəyə ehtiyac olardı, Karunun qərb hissəsində hər 3-4 km-ə bir briqada qoymağa məcbur qalardı. 40 km uzunluğunda bir ərazidə on piyada briqadası yerləşdirməsi isə əsla mümkün deyildi. Xüsusən də artilleriya dəstəyi, ərzaq və silah-sursat çatdırmaq baxımından da mütləq sıxıntı yaşayacaqdı. Təbii ki, düşmən Karundan 4-5 km aralıda yerləşib önünü yaxşı görəcək və oraya nüfuzu çətinləşdirəcəkdi. Həm də Əhvaz-Xürrəmşəhr magistralındakı müdafiə mövqeyi hələ yerində idi".1(Qeyd)

Növbəti kəşfiyyat əməliyyatları düşmənin istehkamı tamamladığını bildirirdi. Tərəddüdlər ortadan qalxdı. Əməliyyatın mayın 7-də, İmam Əlinin (ə) doğum günündə başlanması planlaşdırılmışdı. Sonrakı günlərdə göydən çəkilmiş fotoları gətirəndə Həsən Baqiri bu nəticəyə gəldi ki, düşmən Karunun qərbini ələ keçirmək istəyir və əməliyyatı tezləşdirmək lazımdır. O, qərargahda bildirdi ki, İraqın 3 saylı zirehli diviziyası Fəkkədən Əhvaza və Xürrəmşəhrə doğru yola düşmək niyyətindədir, 10 saylı zirehli briqada da artıq hərəkətə başlayıb. Dedi ki, əgər geciksək və düşmən oraya yerləşsə, iş çətinləşəcək. Həsən deyirdi ki, magistrala çatsaq, düşməni qarşılıq verməyə məcbur edəcəyik. İndi öncəlik bizdədir, amma düşmən yerləşəndən sonra onda olacaq və biz qələbə çala bilməyəcəyik. Həsən Baqiri əməliyyatın 30 apreldə başlanmasını istədi. Möhsün Rzayi, Polkovnik Əli Səyyad Şirazi və digər komandirlər onun fikrini qəbul etdilər.

"Əməliyyatın bir həftə irəli çəkilməsi dildə asan deyilir, amma əməldə hər şeyi bir-birinə vurur. Mühəndis-istehkam işləri – körpülər, yollar və digər tikinti işləri yarımçıq idi. Hələ batalyonlar da təkmilləşməmişdi. Həsən deyirdi ki, 80 faizli hazırlıqla hərəkətə keçmək 100 faizli hazırlıqla məğlubiyyətdən yaxşıdır. Mənə də dedi: "Əməliyyat başlayanda tanklarının işıqlarını yandırıb qaza basır, magistrala qədər gedirsən. Bizim əlli tankımızın magistrala çatması istehkamın arxasında qalıb vurulmasından yaxşıdır”.


Yüklə 8,06 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin