Yol qəzasında və ya yataqda ölməsi ona ağır gəlirdi. Qüds yolu əməliyyatı zamanı keçirdiyi qəza da ona pis təsir etmişdi".
Bəsicilərin və döyüş yoldaşlarının şəhadətinə görə çəkdiyi əzablarını xəlvət evdə yalnız həyat yoldaşı görə bilərdi. O, amalından irəli gələrək göz yaşlarını yoldaşından gizlətmir, zar-zar ağlayır, Allahdan onu şəhid dostlarına qovuşdurmasını istəyirdi.
"Ata olandan sonra iki dəfə mənə belə dedi: "Əgər qiyamət günü şəhidlərin uşaqları mənim önümü kəsib "sən kim idin ki, bizim atamız şəhid oldu, sənsə yox?" - desələr, nə cavab verərəm?” Ona təskinlik verirdim ki, sən öz vəzifəni yerinə yetirirsən. Şəhadəti səadət bilən bir komandirin tabeliyində olan uşaqların getməsi, onunsa baxması və bu əzablara dözməsi çox çətindir. O, gələcəyi görürdü, bilirdi ki, bir gün müharibə bitəcək və bir gün bir şəhidin oğlu ona “sən mənim atamla döyüş yoldaşı olmusan” - deyəcək. Bu fikirlər onu incidir və ağladırdı.
Bir əməliyyatın ortasında bir neçə saatlığa evə gəldi. Halı çox pis idi. Deyəsən, çox acınacaqlı olan bir-iki şəkil görmüşdü. Mənə dedi: "Bu gün uşaqlarımızın çiçək kimi üzərinə səpələndiyi bir düzənliyin şəklini görmüşəm. Əməliyyatın planını hazırlayan və əməliyyat əmri verən mənəm. Kim məni əmin edə bilər ki, bu uşaqların, İmam Mehdinin (ə) bu əsgərlərinin ölümünə görə mən məsuliyyət daşımıram?”
Sonra bərkdən ağlayıb dedi: "Əgər qiyamət günü onların yalnız birinin uşağı önümü kəsib "sən haraya baxırdın ki, mənim atam şəhid oldu?" – deyə soruşsa, nə cavab verərəm?"
Dostları ilə paylaş: |