Ağir iTKİ Şəhid Həsən Baqirinin (Qulamhüseyn Əfşurdinin) həyatı



Yüklə 8,06 Mb.
səhifə16/43
tarix10.01.2022
ölçüsü8,06 Mb.
#110592
1   ...   12   13   14   15   16   17   18   19   ...   43
1

Eynxoş Qüds qərargahının əməliyyat zonasında yerləşirdi. Bu qərargaha Əziz Cəfəri başçılıq edirdi. Qüds qərargahı birinci gündə Eynxoşu tutdu, amma düşmən dərhal hücuma keçib orada 202 təpələrini, sonra da Abbas düzünü geri aldı. Qüds qərargahının vəziyyəti ağırlaşdı. Kərbəla qərargahı fövqəladə iclas təyin etdi. Bu qərargah Şuşda yerləşmişdi. Problemdən çıxış yolu tapmaq üçün bütün komandirlər qərargaha gəldilər.

"Komandirlərin biri asfalt yolun şimalına qədər geri çəkilməyi təklif etdi. Həsən Baqiri isə dedi: "Qüds qərargahına kömək edib Eynxoş boğazını və Qüds istiqamətini qorumalıyıq. Məğlub olmuş düşmənə əks-hücum imkanı verməməli, ona Abbas düzündən, Kəmərsorxdan və digər istiqamətlərdən hücum etməliyik.

Müzakirə bir qədər davam etdi. Həsən təklif etdi ki, iki batalyonla Qüds qərargahını gücləndirək, axşama qədər müqavimət göstərsinlər. Raufi Girehzədə gəlsin, Əhməd Mütəvəssilian Abbas düzünə gedib düşmənin Qüdsə təzyiqini azaltsın. Bu qərar qəbul olundu və nəticədə düşmən Eynxoşu geri ala bilmədi".(Qeyd)2

Abbas düzü Tinə və Şavəriyyə yüksəklikləri arasında yerləşən geniş bir düzənlikdir. Fəthülmübin əməliyyatının ikinci mərhələsi martın 24-də orada baş tutdu. Əməliyyatın bu mərhələsində məqsəd Eynxoşun süqutunun qarşısını almaq idi. Bu hücumda Həzrət Rəsul (s) və Zülfüqar briqadaları iştirak edirdi. Həsən Baqiri əməliyyatın ikinci mərhələsi barədə bunları söyləmişdi:

"Hücum sübhə yaxın baş tutdu və gec başlandığına görə təsadüfən düşmənin hücumu ilə üst-üstə düşdü. Yəni biz Dehloran magistralı ilə Eynxoşa getdiyimiz yerdə düşmənin zirehli birləşmələri də paralel olaraq Tinə yüksəkliyində və Tinə magistralında son işlərini görmək üçün irəliləyirdilər. Əgər o hücum baş tutmasaydı, Eynxoşun aqibəti işğaldan başqa bir şey olmayacaqdı. Həqiqətən, Allah lütf edib o ayıqlığı verdi ki, nəyin bahasına olursa-olsun, hücuma keçək. Həmin gün günortadan sonra Həzrət Rəsul (s) və Zülfüqar briqadalarına əmr olundu ki, axşam Eynxoşu mühasirədən çıxarsınlar. Əməliyyat üçün Zülfüqar briqadasından iki, Həzrət Rəsul (s) briqadasından da üç batalyon seçildi. Dezfuldan iki batalyonu da ehtiyat üçün nəzərdə tutduq. Əmr gec verildiyinə, hətta kəşfiyyata da vaxt qalmadığına görə bir qədər kor-koranə əməl olundu. Eynxoş güclü təhdid altında idi. Biz ya Eynxoşdan geri çəkilməli, ya da hücuma keçib onu qorumalı idik. Belə də oldu. Sübh vaxtı bölgəyə gedəndə bizimkilərin Eynxoşa getdikləri kimi, düşmən tanklarının və zirehli hərbi birləşmələrinin də paralel şəkildə oraya gəldiyini gördük. Bunlar Eynxoş üçün həlledici idi. Ən azı üç batalyon həddində canlı qüvvə Eynxoşa tərəf gedirdi. Onlar məcburi şəkildə İmamzadə Abbas düzündəki şəxsi heyətlə vuruşdular və hətta bir batalyonu geri qayıtdı. Yəni Eynxoşu mühasirədən çıxarmağa gedənlər Girehzəd səmtindən gələnlərlə vuruşdular. Bu əməliyyat Eynxoşun qorunması üçün mühüm rol oynadı".(Qeyd)1

Abbas düzündə və Eynxoşda əməliyyatın ikinci mərhələsi baş tutandan sonra Möhsün Rzayi və Əli Səyyad Şirazi növbəti əməliyyatlar barədə məsləhətləşmək üçün komandirləri Kərbəla qərargahına çağırdılar. Korpusun yeni yaradılmış zirehli briqadasının komandiri Fətulla Cəfəri də komandirlərin arasında idi. O, həmin iclasda mühüm bir qərarla nəticələnən müzakirələrə şahid oldu.

"Mövzu bu idi ki, növbəti əməliyyatlar üçün haraya gedək və nə edək. Hamı fikrini bildirdi və mövzu bağlandı. Qərara alındı ki, bir mərhələdə Vavi və Tinə yüksəkliklərinə, bir mərhələdə də Sayta gedək. Neçə batalyona ehtiyac olduğunu dəqiqləşdirdikləri yerdə birdən ağa Möhsün üzünü Həsənə tutub dedi: "Həsən, sən fikrini bildirmədin?"

Həsən Baqiri dedi: "Gördüyünüz iş yaxşıdır, inşallah həyata keçirərik, amma daha yaxşı olar ki, Tinəyə və Vaviyə getməyək, imkanlarımızı Saytla Radara yönəldək və asfalt magistrala qədər davam edək".


Yüklə 8,06 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin