Diviziya komandirləri artilleriya bölüyünü saymırdılar. Yalnız Həsən bizi dəstəkləyirdi. Bir şey lazım olanda onun yanına gedirdik.
Əvvəldə korpusun topxanası qarmaqarışıq idi. Məsələn, bir bölükdə dörd minaatan vardı, hərəsi bir modeldən idi. Dedim ki, artilleriya eyni kalibrdə olmalıdır. Bundan ötrü hər komandir bəzi texnikaları verib digərlərini almalı idi; məsələn, 130 kalibrli minaatanı verib 155 kalibrli minaatan alırdı. Məktubu hazırlamışdıq, ağa Möhsün hamıya yollamışdı. Əhməd Kaziminin yanına gedəndə deyirdi ki, olmaz, get. Əhməd Mütəvəssilian da razılaşmırdı. O qədər gedib-gəldim ki, axırda yorulub ağa Rəhimə dedim: "Heç kim sizin məktublarınıza məhəl qoymur". Dedi: "Nə edim?! Sözə qulaq asmırlar".
Dostları ilə paylaş: |