Ağir iTKİ Şəhid Həsən Baqirinin (Qulamhüseyn Əfşurdinin) həyatı



Yüklə 8,06 Mb.
səhifə37/43
tarix10.01.2022
ölçüsü8,06 Mb.
#110592
1   ...   33   34   35   36   37   38   39   40   ...   43
2

Komandirlərin xatirələrində Rəhim Səfəvinin adı həmişə Həsən Baqiri və Qulaməli Rəşidin adlarının yanında çəkilir. Onlar hadisə günü İmam Xomeyni ilə görüşdən sonra nahar yeməyinə Polkovnik Seyid Ələkbər Musəvi Qəvidelin qonağı olmuşdular.

"Heç iki qaşıq yeməmişdik ki, gəlib dedilər: "Cənab polkovnik, cəbhədən zəng vurublar, sizinlə işləri var".

Dəstəyi götürdüm. Korpus uşaqlarından biri idi. Tanıyırdım, ancaq adı yadımda deyil. Dedi ki, cənab polkovnik, ağa Rəhim yanınızdadır? Dedim ki, elə birlikdə oturub yemək yeyirik. İndi danışmağınız zəruridir? Nahardan sonra sizə zəng vura bilərik? Dedi ki, çox zəruridir.

Onu çağırdım. Dəstəyi götürüb danışmağa başladı. Gözləyirdim ki, söhbəti qurtarsın və nahar yeməyinə qayıdaq. Bir də gördüm ki, gözlərindən yaş axır. Özümü itirdim. Soruşdum ki, ağa Rəhim, bir şey olub? Gördüm ki, bu adamda telefonun dəstəyini saxlamağa taqət yoxdur. Dəstəyi alıb soruşdum ki, nə olub? Dedi ki, Həsən şəhid olub".(Qeyd)1

Cənub qərargahında komandirlər arasında söhbət gəzirdi ki, Həsənin ata-anası oğullarının şəhid olduğunu radio və televiziyadan eşitmədən onlara xəbər vermək lazımdır. Sonda qərara gəldilər ki, Məhəmməd evə zəng vurub bu xəbəri versin.


Yüklə 8,06 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin