Ağir iTKİ Şəhid Həsən Baqirinin (Qulamhüseyn Əfşurdinin) həyatı


"Evə zəng vurdum. Anam soruşdu ki, necəsiniz? Dedim ki, Allaha şükür. Soruşdu ki, bir şey olub? Dedim ki, yox, bir şey olmayıb



Yüklə 8,06 Mb.
səhifə38/43
tarix10.01.2022
ölçüsü8,06 Mb.
#110592
1   ...   35   36   37   38   39   40   41   42   43
"Evə zəng vurdum. Anam soruşdu ki, necəsiniz? Dedim ki, Allaha şükür. Soruşdu ki, bir şey olub? Dedim ki, yox, bir şey olmayıb.

Analar duyurlar; onlardan gizlətmək mümkün deyil. Dedi ki, yox, nəsə olub. Dedim ki, dadaşım bir az yaralanıb. Soruşdu: "Şəhid olub?" Dərhal cavab verdim: "Hə".

Vay-şivən salmadı. Dedi ki, bu xəbəri gözləyirdim. Təbii ki, ona çox çətin idi. Atama da çox çətin idi".

Anası bu xəbəri gözləyirdi. Çünki həm oğlunun şəhidliyə həvəsini görürdü, həm də ana ilhamı onu xəbərdar etmişdi.

"Deyirdi ki, ana, dua elə, şəhid olum. Deyirdim ki, mən imamın sözünü təkrar edirəm: Dua edəcəyəm ki, müvəffəq olasınız, qalib gələsiniz. Mənə deyirdi: "Əgər qalsam, sabah qiyamətdə bəsicilərin ata-anaları qarşımda dayanıb, "sən hansı haqla uşaqlarımızı öndən şəhid olmağa göndərdin, özünsə qaldın?" - deyə soruşsalar, nə deyərəm?!

Şəhadətindən iyirmi gün qabaq yoldaşı uşağı ilə birgə bizə gəldi. Uşağı qucağıma götürdüm. Çox şirin və sevimli idi. Onu çox sevirdim; indi də çox sevirəm. Uşaqla oynadığım yerdə onun məsum üzünə diqqət kəsildim. Sanki birdən-birə dünya başıma uçdu. Birdən özümə gəldim. Bu halıma təəccübləndim, Allaha təvəkkül edib dedim ki, inşallah xeyirdir. Lakin o hal mənə şəhadət carçısı idi. Biz şəhadət xəbərini gözləsək də, adam dörd-beşaylıq bir körpənin atasını itirməsini bu asanlığa qəbul edə bilmir; hərçənd Allah yolunda, İslam və vətən naminə olsa da. Bu, hamıya çətindir, çünki insan hisslərinə tabedir".

Məhəmmədi qardaşının şəhid olduğunu elə açıq şəkildə anasına deməyə cürətləndirən amil anasının qüdrətli danışıq tərzi və rəftarı idi.


Yüklə 8,06 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin