Ağir iTKİ Şəhid Həsən Baqirinin (Qulamhüseyn Əfşurdinin) həyatı



Yüklə 8,06 Mb.
səhifə4/43
tarix10.01.2022
ölçüsü8,06 Mb.
#110592
1   2   3   4   5   6   7   8   9   ...   43

Plan otağı


Həsən Baqiri qolf meydanında sonralar "Müharibə otağı" adlandırılan bir plan otağı ayırdı. Bu gün cəbhə bölgələrini ziyarət edənlər həmin otağa da baş çəkirlər. Həsən Baqiri otağın divarlarını Xuzistan cəbhələrinin xəritə və planları ilə doldurmuşdu, müxtəlif istiqamətlərə dair kəşfiyyat əməliyyatlarının məruzələrinə əsasən onların üzərində qeydlər edir, düşmənin və öz qüvvələrimizin mövqelərini cızırdı.

"Müharibənin əvvəlində xəritə və plandan istifadə edən yeganə şəxs Həsən idi. O, yalnız mövcud planlarla kifayətlənmirdi, yerlərə gedib onları dəqiqləşdirirdi. Müharibənin əvvəlində heç kim plana ciddi yanaşmırdı, hətta ona istehza edirdilər. Amma o, heç vaxt incimirdi, xoş dillə başa salıb onları utandırırdı".1(Qeyd)

Köməyə gəlmiş yeni qüvvələr hələ harada olduqlarını və ətraflarında hansı hərbi birləşmələrin mövcudluğunu bilmirdilər. Müharibə başlayanda Fars vilayətindən də Xuzistana yollandılar. Onların komandiri Cəfər Əsədi idi. O, Əhvazın Farsiyyat bölgəsində müdafiə mövqeyi yaratdı. Bir dəfə qolf meydanına gedəndə gözü arıq bir gəncə sataşdı; ayağının altına stul qoyub divara plan yapışdırırmış. Öz-özünə düşündü ki, bu cavan özünü müharibədə hiss edir, amma əlinə silah götürmək yerinə divara kağız yapışdırır. O, Həsən Baqirini ilk dəfə görürdü.

"Müharibə və Farsiyyat cəbhəsi, habelə kəşfiyyat və diversiyanın rolu barədə danışanda təhlillərindən çox dərin adam olduğunu bildim. Mənə dedi: "Mənə hər gün bir məruzə verin, Farsiyyat barədə hər şeydən xəbərdar olaq".

Farsiyyat barədə verdiyimiz məlumatları planların üzərində qeyd edirdi. Sonra bizi xorasanlı uşaqlarla barışdırdı! Onlar Əhvazın Nord cəbhəsinin önündə, biz də Farsiyyatda üz-üzə dayanmışdıq və bir-birimizi iraqlı sanıb atəş açırdıq. Onda bildik ki, Həsən Baqiri həmin otaqda xəritə üzərində hər şeyi görür, bizsə təmas xəttində görə bilmirik. Ondan sonra hər gün vəziyyəti Həsən Baqiriyə məruzə etməyə başladıq".1(Qeyd)

Məlumatsızlıq üzündən Cəfər Əsədinin şəxsi heyətinə atəş açan xorasanlıların komandiri Bəhruz İhmirari idi. Həsən Baqiri onun yerləşdiyi yeri və müdafiə istiqamətini də plan üzərində qeyd etmişdi. O, qolf meydanının plan otağında bildi ki, Cəfər Əsədinin şəxsi heyətini düşmənlə səhv salıb atəşə tutur.

"Ağa Əsədinin şəxsi heyəti Məlihan çayının o tərəfindən bizi vururdu, biz də onları iraqlı sanıb gecədən səhərə qədər atəş yağdırırdıq. Qolf meydanının plan otağında bundan xəbər tutduq. Cəfər Əsədi dedi: "Rəhmətliyin oğlu, bizim atamızı yandırdın, bir həftədir səhərə qədər yatmırıq".


Yüklə 8,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin