Ağir iTKİ Şəhid Həsən Baqirinin (Qulamhüseyn Əfşurdinin) həyatı


Əli Haşimi əvvəlcə inkar etdi, sonra özünü saxlaya bilməyib güldü. Həsən uşağı aldı və gülə-gülə dedi: "Qızım, Əli Haşiminin sir-sifətindən qorxdun?"



Yüklə 8,06 Mb.
səhifə42/43
tarix10.01.2022
ölçüsü8,06 Mb.
#110592
1   ...   35   36   37   38   39   40   41   42   43
Əli Haşimi əvvəlcə inkar etdi, sonra özünü saxlaya bilməyib güldü. Həsən uşağı aldı və gülə-gülə dedi: "Qızım, Əli Haşiminin sir-sifətindən qorxdun?"

Hamımız güldük.

Günorta dəstəmaz almağa getdik. Köynəyinin qolunu çırmaya-çırmaya göyə baxıb dedi: "Ağa Nasiri, nə qədər ki müharibə var, Allahın hüzuruna əlidolu gedək. Müharibədən sonra Allah bilir, aqibətimiz nə olacaq. Ən yaxşı aqibət elə şəhidlikdir".

Dostlarını görəndə onun üçün dua etmələrini istəyirdi. Bəzi adamlar bunu bir vərdiş kimi deyirlər, amma Həsənin dua istəməsi ayrı cür idi. O deyirdi: "Əli ağa, dualarında bizi unutma. Əgər məndən tez şəhid olsan, şəfaət yadından çıxmasın".

Üzünə baxdım. Həmişəki kimi deyildi. Bu, Həsən Baqiri ilə son görüşümüz oldu. O gedəndən sonra Əli Haşimiyə dedim: "Ondan nigaranam". Soruşdu ki, nə üçün? Dedim: "O, əvvəlki Həsən deyil, üzündən bəllidir ki, tezliklə gedəcək". Əli Haşimi bu məsələlərə çox da ciddi yanaşmırdı. Dedi ki, Allah böyükdür.

Hadisə günü Əli Haşimi ilə Süsəngird korpusunda idik. Xəbərləri dinləməkdən ötrü günorta saat 2-də radionu açanda əzizlərimiz Həsən Baqiri ilə Məcid Bəqayinin şəhid olduğunu eşitdik".(Qeyd)1

Qardaşı Məhəmməd də həmişə bu hadisəni gözləyirdi. O, Qulamhüseynin ömrünün son iki il yarımında da qardaşından ötrü darıxırdı. Çünki iş zamanı qardaşlıq hissini göstərə bilmirdi.

"Ətrafımızda həmişə belə hadisələr baş verirdi, amma elə düşünürdüm ki, qardaşımın başına belə iş gəlməz. İnanılmaz dərəcədə heyrət içində idim. Həqiqət budur ki, o müddətdə ona darıxırdım. Beş-altı nəfərlə birgə onun yanına gedəndə hamı ilə görüşüb-öpüşürdü, mənə isə yalnız əl verirdi, çox da məhəl qoymurdu. Mənə ağır gəlirdi. Hərdən tənə ilə özümü təqdim edib deyirdim ki, mənəm, filankəs. Qorxurdu ki, qardaşlıq, dostluq, yerlilik kimi hisslər işə qarışar. Buna görə ona yaxınlaşmağa, onunla işləməyə qoymurdu. Bir-iki dəfə onunla görüşüb-öpüşə bildim. Çox gözəl hiss idi".

Komandirlər xəbəri eşidən kimi bir təyyarə ilə Dezful hava limanına Şəhid Baqirinin cənazəsi ilə vidalaşmağa yollandılar. Orada onun başı üstə böyük bir əzadarlıq mərasimi keçirildi. Tehranda da izdihamlı dəfn mərasimi baş tutdu. Möhsün Rzayi və digər komandirlər ondan sonra qərargaha qayıtdılar.

"Ağa Möhsün Rzayi o qədər narahat idi ki, üç gün heç nə yemədi. Əsəbləri korlanmışdı. Komandirlər onunla nə qədər danışırdılarsa, xeyri olmurdu. Yeddinci gün qərargahda ona yas məclisi keçirildi. Ağa Səyyad Şirazi çıxış edib dedi: "Ağalar, sanki ilk dəfədir şəhid veririk. Bu qədər şəhid vermişik, ancaq Həsən Baqirinin şəhadəti dostlara elə təsir edib ki, sanki dünyanın sonu gəlib".


Yüklə 8,06 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin