Ağir iTKİ Şəhid Həsən Baqirinin (Qulamhüseyn Əfşurdinin) həyatı


O qədər çalışdı ki, axırda ərəbcəsi yaxşılaşdı və əsirlərlə asanlıqla danışmağa başladı"



Yüklə 8,06 Mb.
səhifə7/43
tarix10.01.2022
ölçüsü8,06 Mb.
#110592
1   2   3   4   5   6   7   8   9   10   ...   43
O qədər çalışdı ki, axırda ərəbcəsi yaxşılaşdı və əsirlərlə asanlıqla danışmağa başladı".1(Qeyd)

Məhdud əməliyyatlar başlayandan sonra korpus qüvvələri və xalq könüllüləri ölkənin müxtəlif şəhərlərindən cəbhələrə yollandılar, Cənub əməliyyat qərargahı tərəfindən planlaşdırılan və icra olunan əməliyyatlarda iştirak etməyə başladılar. Bu əməliyyatlar əvvəldə ordunu və Ali Baş Komandan olan prezident Bəni-Sədri razı salmasa da, ordunun inqilabçı qüvvələri könüllü şəkildə əməliyyatlarda iştirak etdilər və yaxşı uğurlar əldə olundu. Get-gedə ordu və hətta Ali Baş Komandanın özü də Həsən Baqirinin məlumatlarından istifadə etməyə başladı. Haranın vəziyyətini öyrənmək istəyirdilərsə, Həsən Baqiri oraya dair dəqiq informasiya verirdi. Sözləri doğru və dəqiq olduğuna görə hamı ona inanırdı, sonradan haqlı olduğunu da görürdülər. Düşmən artilleriyasının filan kənddən Əhvazı vurduğunu söyləyirdisə, əsir tutanda məhz elə olduğunu öyrənirdilər. Məhdud əməliyyatlar orduda ümid yaratdı.

1981-ci ilin 21 mayında ordunun bəzi hərbi birləşmələrinin iştirakı ilə eyni zamanda İmam Əli (ə) və İmam Mehdi (ə) adlı üç əməliyyat həyata keçirildi. Süsəngirdin şimalındakı Allahu-əkbər təpələrində həyata keçirilən İmam Əli (ə) əməliyyatı 92 saylı diviziyanın və korpusun ayrı-ayrılıqda hər birinin üç batalyonu və Nizamsız döyüş qərargahından 400 nəfərin iştirakı ilə baş tutdu. Bu əməliyyatda Allahu-əkbər təpələri və azad zonanın 21 kv km ərazisi ələ keçirildi, İraqın 35 saylı zirehli briqadası məhv edildi. Süsəngirdin qərbində həyata keçirilən İmam Mehdi (ə) əməliyyatı da korpus və 55 saylı aviabriqada tərəfindən baş tutdu. Eyni adlı üçüncü əməliyyat Şuşun Ənkuş bölgəsində Şuş korpusu və 21 saylı Həmzə diviziyasının dəstəyi ilə baş tutdu. Bu üç əməliyyatda düşmənin canlı qüvvəsindən 844 nəfər əsir tutuldu. Onların 19 nəfəri zabit idi. Bundan əlavə, 45 tank, çoxlu yüngül silah, bir neçə sedan, SUV və təcili yardım avtomobili və bir qədər fərdi sursat qənimət götürüldü. Həsən Baqiri İmam Əli (ə) əməliyyatı barədə yazdı:

"Bütün hərbçilərin etiraf etdiyi kimi, bu hücum çox çətin və düşmən mövqeləri güclü idi. Eyni zamanda bizim planımız da yeni idi və düşmən onu asanlıqla dəf edə bilmədi".1(Qeyd)

Məruzənin başqa bir yerində isə belə yazdı:

"Bu müharibə istedadların inkişafı üçün bizə çoxlu qızıl imkanlar yaratmışdır. Qüvvələrimiz inqilabçı cəhətlərinə görə göz və qulaqlarını bağlayıb xaricdən gələn qanunlara tabe olmurlar, stereotiplərdən çıxır və kreativ beyinləri ilə elə üsullar ixtira edirlər ki, düşmən özünü müdafiə edə bilmir".1(Qeyd)

Bu bir həqiqətdir ki, İraq ordusu və Səddamı müdafiə edən qərb və şərq supergücləri bizim ordumuzun quruluşundan və hərbi bacarıqlarından tam xəbərdar idilər. Belə olan halda yeni üsullar ixtira eləmək düşməni aldada bilərdi. Həsən Baqiri müharibənin əvvəlindən bunun zəruri olduğunu başa düşdü və öz planlarında tətbiq etdi.

"Bəlkə də o şəraitdə işləyənlərin, Həsən Baqirinin məhdud əməliyyatlar barədə öyrətdiyi şəxslərin çoxu bu gün aramızda deyil, amma onun qələmi ilə yazılmış sənədlər çox böyük əhəmiyyət kəsb edir. O, informasiya öyrənir, əməliyyat planı hazırlayır və əməliyyatların məruzəsini yazırdı. Onlar milli sərvətlərimizdən biri kimi yadigar qalmışdır".2(Qeyd)


Komandirlik


Prezident Əbülhəsən Bəni-Sədrin siyasəti, xüsusən də münafiqlərlə əlbir olması ölkədə böyük xaos yaratmışdı. Bu vəziyyət 1981-ci ilin iyununda pik həddə çatdı. Böhran ciddiləşəndə İmam Xomeyni təşəbbüsü ələ aldı və 11 iyun 1981-ci ildə gecə saat 12-də Bəni-Sədri Ali Baş Komandanlıqdan azad etdi. O zaman Rəhim Səfəvi, Həsən Baqiri və Rəşid gecə saat 03:30-da baş tutacaq İmam Hüseyn (ə) adlı bir əməliyyat hazırlamışdılar. Bəni-Sədrin Ali Baş Komandanlıqdan uzaqlaşdırılmasından sonra əməliyyatın adını "Xomeyni Ruhullah, Ali Baş Komandan" qoydular. Əməliyyatın məqsədi Darxuində, Karun çayı ilə Əhvaz-Abadan magistralı arasında 3 km irəliləmək idi. Xürrəmşəhrin işğalından sonra Səddamın ordusu Abadanın şimalına qədər irəliləmiş, Karun çayından keçib Abadan-Əhvaz və Abadan-Mahşəhr magistrallarını ələ keçirmiş, Abadanı mühasirəyə almışdı. Bu əməliyyat Abadanın mühasirəsini yarmağa kömək edə bilərdi. Hücumda korpus qüvvələrindən 350 nəfər, Xorasan diviziyasından bir tank bölüyü və 16 top iştirak edəcəkdi. Əməliyyata Rəhim Səfəvi rəhbərlik edirdi.

"Əməliyyat başlandı və biz təxminən 3 km irəlilədik. İraqın üçüncü diviziyasının mexaniki briqadasının üçüncü batalyonu tamamilə məhv edildi. Çoxlu əsir tutduq, tanklar ələ keçirdik. İraqlılar sayca çox idilər, bir-birinin ardınca əks-hücuma keçir, hətta istehkamın arxasına qədər gəlirdilər. O qədər yaxınlaşırdılar ki, onlara tərəf əl qumbarası atırdım. Əməliyyatın əvvəllərində başıma bir raket qəlpəsi dəydi. Qanı dayandırmaq üçün başımı çəfiyə ilə bağladım, amma qan dayanmadı. Başım gicəllənirdi. Özümə gələndə Darxuində təcili yardım məntəqəsində idim. Məndən sonra komandirliyi Həsən Baqiri üzərinə götürmüşdü".1(Qeyd)

Rəsul Kamal Rəhim Səfəvini təmas xəttinə aparmış və buna görə Həsən Baqiri tərəfindən danlanmışdı.

"Ağa Səfəvi yaralananda başını çəfiyə ilə bağlayıb irəlidəki komandir qərargahına apardım. Həsən Baqiri bunu görüb dedi: "Kim dedi ki, onu əməliyyat yerinə gətirəsiniz?" Dedim ki, özü dedi. Həsən Baqiri məni bərk danlayıb dedi: "Böyük səhv etmisən. Əgər o, 3 km irəliləməkdən ötrü şəhid olsaydı, dövlətə nə cavab verərdik?!"1 (Qeyd)

Rəhim Səfəvi düşmənin güclü əks-hücumları zamanı yaralanmışdı. Düşmən elə müqavimət göstərirdi ki, bəzi komandirlər geri çəkilməyi təklif edir və deyirdilər: "Burada qalsaq, düşmən bizi dövrəyə alar, döyüşçülərimiz ya şəhid olarlar, ya da əsir düşərlər. Bu itkinin qarşısını almaq üçün taktiki olaraq geri çəkilməliyik".

Bu mübahisə tibb məntəqəsinə qədər gedib çıxdı. Çoxlu qan itirdiyinə görə ağa Rəhimin vəziyyəti yaxşı deyildi.

"Ağa Rəhim yaralanandan sonra onu Darxuinə tibb məntəqəsinə apardım. Düşmən çox güclü əks-hücumlara keçirdi. Gənc ordu komandirləri və Bəsic üzvləri müharibə ilə çox da tanış deyildilər. Onlar çıxış yolu tapmaq üçün tibb məntəqəsinə ağa Rəhimin yanına gəldilər. O mənə bir məktub verib Həsən Baqiriyə çatdırmağımı söylədi. Ağa Rəhim məktubda mərhələ-mərhələ minimum geri çəkilməyi əmr etmişdi. Təmas xəttinə gedib məktubu Həsən Baqiriyə verdim. Məktubu oxudu. Məni həmişə adımla çağırırdı. Dedi: "Hüseyn, məktubu oxudun?" Dedim ki, bəli. Dedi: "Bu məsələ barədə heç kimlə danışma. Bunu yalnız mən biləcəyəm, sən və ağa Rəhim. Başqa heç kim xəbər tutmamalıdır". Dedim ki, baş üstə.


Yüklə 8,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin