Aidlik və ünvanlılıq



Yüklə 63,71 Kb.
səhifə10/12
tarix05.01.2022
ölçüsü63,71 Kb.
#111056
1   ...   4   5   6   7   8   9   10   11   12
Yaralı ceyran

2015-ci il Avropa Oyunlarının Bakıda keçirilməsinə çox böyük sevinclə hazırlaşırıq. Misal üçün, dünən qazımız kəsilmişdi, soyuqdan donurduq, çıxıb evin ətrafında marafon qaçdıq. 39-cu kilometrə çataçatda qonşulardan biri dedi ki, 39-cu paraleldə yerləşən respublikamıza qarşı ədalətsizliyə dünya birliyi nə üçün dözür, bilən varmıdır?


Çox yaxşı sual idi. Hələ də o sualın təsiri altındayam, baxmayaraq ki, təsir altına hələm-hələm düşən deyiləm.

-14-

Bundan başqa, Binəqədi yollarında böyük, “Təmiz Binəqədi” çalaları vardır, hər gün onların üzərindən hoppanırıq, şüvüllə tullanan yoldaşlar da vardır, böyük ehtimalla bu çoxnövçülükdə respublikamızın, Bakımızın, Binəqədimizin, Xaləddin müəllimimizin idman şərəfini daim yüksəklərə qaldıracağıq, xarici düşmənlərin gözü çıxsın! Denən, hə. 


Hökumət də Avropa Oyunlarına ciddi hazırlaşır, srağagün yarışmanın simvolu olacaq heyvan və bitkinin adları, rəsmləri açıqlanmışdır. Bunlar ceyran və nardır. İki gündür sosial şəbəkədə bu mövzuda qırğın gedir, başı çıxan-çıxmayan simvollarımızı, artıq 2 gündür dövlətçilik rəmzimizə çevrilən ceyran və narın şəklini lağa qoyurlar. Onlara burdan kəskin nifrətimi bildirirəm! Görüm sizi ceyran üzünə həsrət qalasınız, yediyiniz nar da əlinizdə “qranat” kimi partlasın, özü də bu zaman əyninizdə xeyrə-şərə geyindiyiniz tək ağ köynək olsun! İlahi, amin! Om mani padme xum! Hare krişna!
Biri yazır ki, ceyran distrofikdir, o biri deyir nar Çipollinoya - məşhur ədəbi soğana oxşayır. Oxşasın da, nə olsun? Bəlkə də Çipollino əsl türk imiş, Hövsan soğanı olubdur, kitabı yazan Canni Rodari bunu bizdən əkişdiribdir. Hətta sizə sirr açım (böyük ehtimalla bilmirdiniz, kitab oxumursunuz axı): Canni Rodari əslən bizdəndir, pasport adı da “Azərbaycanın Rodari” olub, sonradan İtaliyadakı Mussolini rejimi onun adından “Azərbay” hissəsini zorakılıqla çıxardıb. Bu haqda Tarix İnstitutunun direktoru Yaqub müəllimin “Əhvalati-soğan-Radari-badımcan” tarixi risaləsində çoxlu elmi məlumat var, oxuyanda adamın ürəyi ağrıyır, qarnı da gedir. 

Ceyrana qayıdaq. (Bəh-bəh, necə gözəl cümlə oldu!). Onun distrofik olmasını, əlinin qoltuğundan çıxmasını yazanlar özlərini elə aparırlar ki, guya birdən-ikiyə ceyran görüblər. Açığı, heç mən özüm də görməmişəm. Rəvayətə görə Şirvan qoruğunda, Muğanda, nə bilim, Salyan tərəfdə dolaşan bir heyvandır, hətta qoruğun müdiri bir ara hansısa “nemes” idi. Lakin görməyimiz qismət olmayıbdır, bir növ mistik heyvandır, su pəriləri, damdabacalar, qulyabanılar və sairə kimi. Əgər hökumət şəklini belə çəkibsə, demək hökumət onu belə görüb. Bacarırsan sən də gör, çək. Lap istəsən ceyranla selfi çəkdir. Kim sənə mane olur? Ölkəmizdə demokratik cəmiyyətdir.


Əlbəttə, ölkəmizdəki uğurları görmək istəməyənlər, soyuqdan donub evin ətrafında qaçmayanlar, bununla qəsdən iqtidara zərbə vuranlar ceyranı da görməyəcəkdir. Onlar həyatda ancaq ağ və qara rəngləri görürlər. Bu heç. Yəni, yazılası mövzu da deyil, bilmirəm bayaqdan gözünüzü zilləyib nəyi oxuyursunuz. Nə bekar adamlar var... 
Zarafat edirəm, oxucular şəxsən mənim başımın tacıdır, gözümün işığıdır. (Ona görə uzağı yaxşı görmürəm). O səbəbdən, Avropa Oyunlarının simvolu haqda çox ciddi bir yanlışlığı dəyərli oxuculara çatdırmaq istərdim. Qoy onlardan da kimsə

bunu hökumətə desin, çünki biabırçı yanlışdır.



-15-
Məsələ ondadır ki, simvolda ceyran qız paltarı geyinib, alnına qadın bəzəyi taxıb, hətta əlində də qızılgül tutub, ancaq başında buynuz vardır! Elmi baxımdan, dişi ceyranlarda heç vaxt buynuz olmur, məntiqlə belə çıxır ki, bizim Avropa Oyunlarının rəmzi olacaq ceyran... transvestitdir. Transvestizm, əgər bilməyən varsa, psixologiyada gender uyğunsuzluğunun bir növü sayılır, əks cinsin paltarını geyinən adamlara da transvestit deyirlər. Misal üçün, kişi qadın paltarı geyinib bundan seksual zövq alırsa və s. 
Görünür, şəkli çəkənlər elə zənn edib ki, heyvanın adı ceyrandırsa bunun erkəyi ola bilməz, bala ceyranları da... narın içindən tapırlar. 
Ümid edirəm Avropa Oyunlarına qədər Ceyranbatan qəsəbəsinin adı da dəyişdirilər.


Yüklə 63,71 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin