Aidlik və ünvanlılıq



Yüklə 63,71 Kb.
səhifə11/12
tarix05.01.2022
ölçüsü63,71 Kb.
#111056
1   ...   4   5   6   7   8   9   10   11   12
-16-

Nəticə
Ümumiyyətlə, ictimai fikrin formalaşmasında mətbu sözün rolu qəzet və jurnallarda çalışan qələm sahiblərinin məsuliyyətini artırır, professional peşə etikası prinsipləri öz peşə borcunu yerinə yetirən jurnalistə etik-mənəvi normaları xatırladır, vətəndaşlarla, təşkilatlarla normal ünsiyyət yaradılması zərurətini tövsiyyə edir.
Unutmamalıyıq ki, cəmiyyətimizdə jurnalist sosial və hüquqi məsuliyyətlə yanaşı, mənəvi məsuliyyət də daşıyır. Etika elə bir elmdir ki, o insanların daxili aləminin, mənəvi şüurunun nəzəri qanunlarını və praktiki tələblərini öyrənir və formalaşdırır.

Lakin eyni zamanda etika elə konkret normaları da müəyyənləşdirir ki, adamlar tez-tez qarşılaşdıqları vəziyyətlərdə bu normaları əsas tutmalıdırlar.


Düzgünlük, təvazökarlıq, şəxsi ləyaqət hissi, qarşılıqlı hörmət, obyektivlik, vicdanlılıq, paklıq, şəxsiyyətə və özgə ləyaqətinə ehtiram, peşə həmrəyliyi – bunlar hər bir jurnalistin mənəvi simasının labüd keyfiyyətləridir və bu keyfiyyətlərə sadiq qalmaq onun borcudur. Jurnalistin əsas borclarından biri də ölkədə qüvvədə olan <>una dönmədən və qeyd-şərtsiz əməl etməsidir.
Etika normalarına əməl olunmasına jurnalistin ən əvvəl öz vicdanı nəzarət edir. Bu normaların pozulmasına görə jurnalist <>nə cəlb oluna biləcəyini unutmamalıdır, bu halda o, həmkərları tərəfindən ictimai məzəmmətə məruz qalır. Jurnalist etikası tələblərinin kobudcasına, dəfələrlə, şüurlu surətdə pozulmasına görə jurnalist məhkəmə qarşısında da cavab verməli olur.
Gəlin nəzərdən keçirək. Son zamanlar mətbuatı məhkəməyə verən şəxslər nədən şikayətləniblər: şərəf və ləyaqətin alçaldılması, böhtan, qərəzli informasiya və təhlillərin verilməsi. Əslində jurnalisti həmişə bu <>larla susdurmağa çalışırlar. Hətta jurnalist öz yazılarında kifayət qədər, korrektli olsa belə, bu cür bəhanələr tapmaq olar.
Azərbaycanda KİV-lə bağlı keçirilən məhkəmə prosesləri, onların nə dərəcədə ədalətli olub-olmadığı başqa mövzunun söhbətidir. Sadəcə bu məsələyə diqqəti çəkmək istəməyimin əsas məqsədi <>lara fikir yönəltməkdir. Heç bir halda böhtan və ittihamlarla <> yazı dərc etdirməmək, kimisə qəsdən gözdən salmaq üçün qərəzli yazılar yazmamaq, bir insan kimi həmin adamdan nə qədər xoşun gəlmirsə belə, onun şəxsiyyətini və ləyaqətini təhqir etməmək – bu proffessional jurnalist etikasının əsas prinsipləridir.

-17-

Lakin, obyektivlik naminə deməliyik ki, bəzən öz həmkərlarımızın da bir qismi bu prinsiplərə əməl etmirlər. Bunun isə öz səbəbləri var:


1. Jurnalist öz peşəsinin mahiyyətini başa düşmür, professional jurnalist etikasına riayət etməyin vacibliyini dərk etmir;
2. Bəzi jurnalistlər öz siyasi maraqlarını, şəxsi ambisiyalarını və bəslədikləri münasibəti öz peşə maraqlarına qurban vermək istəmirlər, hər iki şalın nəticəsində cəmiyyət qərəzsiz, obyektiv jurnalistikanı dinləmək əvəzinə, əksinin şahidi olur.
Bu isə ona sahib olur ki, jurnalist və mətbuat, daha sonra isə jurnalistika bütövlükdə gözdən düşür. Buna heç bir vəhclə yol vermək olmaz. Ümidverici haldır ki, jurnalistika fakültələrində professional jurnalist etikası fənni tədris olunur, peşə etikasına dair müxtəlif broşüralar çap edilir. Bu jurnalistə öz fəaliyyəti dövründə peşə etikasına riayət etməyin nə dərəcədə vacib olduğunu dərk elətdirir, öyrədir. Əks halda, qeyd etdiyimiz kimi, professional etikaya riayət etməməklə öz peşəsinə hörmət etməyən jurnalistə cəmiyyət hörmət etməz. Bu kütləvi hal alarsa jurnalistikanın iflası demək olacaq.
Unutmaq olmaz ki, həm də professional jurnalist etikası prinsiplərinə əməl etməklə Azərbaycan jurnalistikası dünya səviyyəsinə qalxa, beynəlxalq standartlara cavab verə bilər. Yalnız bu yolla ölkə jurnalistləri xalqımızın hörmətini və rəğbətini qazana, dövlətimizin milli-istiqlalımızın, həmçinin demokratiyanın öz qələmi ilə yorulmaz və dönməz müdafiəçisinə çevrilə bilər.


Yüklə 63,71 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin